Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sarıağıl (Mahnişan)
Sarıağıl (fars. ساري اغل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 142 nəfər yaşayır (29 ailə).
Sarıyaqub
Sarıyaqub — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Sarıyaqub - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Məzrə çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Sarıyaqub kəndinin tarixi Oğuz Xanın, Bayandur Xanın vətəni, onların müqəddəs məzarlarının uyuduğu Göyçə mahalının tarixi qədər qədim və uludur. Kənddə yerləşən "Oğuz (Uğuz)" qəbristanlığı bunun ən mötəbər sübutudur. Kənd Səfəvilər dövlətinin qurucusu və hökmdarı Şah İsmayıl Xətainin (1487-1524) 1515-ci il tarixli fərmanı ilə Səfəvilərin böyük övliyası, sufi şeyxi Seyid Hüseyn Məhəmməd oğluna - Miskin Abdala (1430-1535) nəsilbənəsil pay kimi verilmişdir. Həmin fərmanın əsli hazırda da "Miskin Abdal ocağı"nda saxlanılır. Azərbaycan tarixinin ən şanlı dövrünün başlanğıcını qoyan Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətai bu kəndə gəlib ustadı, böyük övliya Miskin Abdal ilə görüşmüşdür. Səfəvi hökmdarı Sultan Hüseyn də (17-18-ci əsrlər) bu kəndə gəlib "Miskin Abdal Ocağı"nı ziyarət etmiş, orada xütbə oxutdurmuşdur. Bunu təsdiq edən sənədlər "Miskin Abdal Ocağı"nda indi də saxlanılır.