Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Genoqram
Genoqram – seçilmiş ailənin üzvləri arasındakı nəsillər arası qarşılıqlı münasibətlərin nümunələrinin xəritəsi və ya fotoşəklidir. Başqa sözlə desək, genoqram – ailənin, simvollar vasitəsilə çəkilmiş və ailə üzvləri arasındakı münasibətlərin qeyd edildiyi, şəcərə ağaçıdır ki, bu ağac mütəxəssisin ailə daxilindəki böhranın səbəblərini aşkar etməsi və ailəyə dəstək planını hazırlaması işini asanlaşdırır. Sosial işdə genoqramdan gücləndirici əlaqələrin, tələbatlar dairəsinin və müdaxilə məqsədlərinin aşkarlanması üçün istifadə edilir . İlk dəfə, uşaq və ailə ilə işdə genoqramdan Monika Mak Qoldrikin "Genoqramlar: Qiymətləndirmə və Müdaxilə" (Monica McGoldrick and Randy Gerson) "Genograms: Assessment and Intervention" kitabında istifadə edilmiş və populyarlıq qazanmışdır . Həmin vaxtdan etibarən, genoqramlardan müxtəlif ictimai elmlər, tibb, psixologiya, genetik araşdırmalar və s. geniş istifadə edilməyə başlamışdır. Bir çox klinik psixoloqlar genoqramı, Mürrey Bouenin 50-ci illərdə çap edilmiş ailə sistemləri nəzəriyyəsinə aid edir, belə ki, genoqramda ailə daxilində yaxınlıq və ya özgələşməklə bağlı nəsillər arası gərginliklərin ötürülməsini asanlıqla təsvir etmək mümkündür. Məhz bu dinamika Mürrey Bouenin nəzəriyyəsinin ana xəttini təşkil edir. Sistem nəzəriyyəsinə əsasən, ailə bir-biri ilə qarşılıqlı əlaqədə və bir-birindən qarşılıqlı asılı olan şəxsiyyətlər sistemidir. Hər-hansı şəxsiyyəti dərk etmək üçün, bu şəxsiyyətin ailə sistemini başa düşməliyik.
Stenoqram
Stenoqram (yun. stenos – sıx və grapho – yazıram) — protokolun bir növüdür. İclas, müşavirə və s. kolegiyal orqanların yığıncaqlarından məruzələrin, mitinqlərin və s. çıxışların stenoqrafiya üsulu ilə tərtib edilmiş sənəddir. Stenoqrafik yazı adi yazıdan 4-5 dəfə sürətlə yazılır. == Tarixi == Stenoqrafiya ilk dəfə qədim Misirdə meydana gəlmiş, sonralar Yunanıstanda və Romada təkmilləşmişdir. Qədim dövrün məşhur natiqi Siseronun qulu və şəxsi katibi Tiron Misir stenoqramları əsasında yeni, latın dilinə uyğun bir yazı sistemi yaratmışdır. Tiron bu yazı sistemini başqalarına da öyrətmişdir. Tironun şagirdləri isə yeni eradan əvvəl 63-cü ildə dekabrın 5-də Katonun Toiolina əleyhinə ittiham nitqini stenoqramlaşdırmışdılar.