Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Primo Sentimenti
Primo Sentimenti (d. 28 dekabr 1926 – ö. 13 oktyabr 2016) — Sentimenti V kimi də tanınan, yarımmüdafiəçi kimi çıxış etmiş İtaliya futbolçusu və baş məşqçisidir. Sentimenti Modena əyalətinin Bomporto şəhərində anadan olmuşdur. == Karyerası == Sentimenti bir neçə İtaliya futbol klunda çıxış etmişdir. Bunlardan ən yadda qalanı isə "Latsio" klubundakı oyunu olmuşdur. O, bu klubda 200-dən çox oyun keçirtmişdir. === Şəxsi həyatı === Sentimenti ailəsi İtaliya futbolunda məşhur ailələrdən idi. Lusidioda onun qohumlarının bəziləri və onun qardaşları yaşayırdı; Ennio, Lusidio, Vittorio və Arnaldo, xalası uşaqları Lino və qardaşı oğulları Roberto və Andreya Sentimenti. Primonun iki qardaşı Vittorio və Lusidio 1950-ci illərdə Latsioda çıxış etmişdir.
Shunkan Sentimental
"Shunkan Sentimental" (瞬間センチメンタル, Shunkan senchimentaru, azərb. "Duyğulu anlar"‎) — Yaponiya pop-rok musiqi qrupu "Scandal"ın 5-ci əsas (ümumilikdə 8-ci) sinqlı. Mahnıdan 2010-cu ildə "Fullmetal Alchemist: Brotherhood" animesininin 39-50-ci seriyalarında dördüncü bağlanış mahnısı kimi istifadə olunmuşdur. Sinqlın iki versiyası mövcuddur: məhdud versiyası və daimi versiyası. İkinci B tərəfi olan "Yumemiru Koro wo Sugitemo" (Hillbilli Bopsun eyni adlı mahnısının qapağı) əvvəki sinql olan "Yumemiru Tsubasa" mahnısının cavab mahnısıdır. Mahnı Oricon həftəlik çartında 7-ci yerə çatmışdır və bu çartda 13 həftə qala bilmişdir. Bu müddət ərzində mahnının 32.624 nüsxəsi satılmışdır. 2010-cu ilin aprelinə qədər mahnının 100.000-dən çox nüsxəsi satıldığına görə YSSB tərəfindən qızıl sertifikasiya almışdır.
Sentimentalizm
Sentimentalizm (fr. sentimentalisme və fr. sentiment - hiss, duyğu) — əxlaqi həyatın ölçüsü olaraq duyğunu əhatəyə alan təlimlərin ümumi adı. Fəlsəfə və ədəbiyyatda daha geniş rast gəlinir. Çox vaxt rasionalizmə qarşı çıxma olaraq qəbul edilir. Ədəbi termin kimi ilk dəfə Lessinqin təsiriylə J.J. Bode tərəfindən 1868-də istifadə edilib. Duyğunu əsas alan bir ədəbiyyat janrında duyarlığı və romantikliyi əsas və ölçü sayan sənət anlayışını ifadə edir. İçə bağlanma, dəymədüşərlilik, gözü yaşlı bir duyğululuq, gedərək xoşbəxtliyi ümidsizlik, heç nə etməmək kimi yollarda axtarır. == Tarixi == Sentiment - hissiyyat sözü ilk dəfə Lourens Stern "Sentimental səyahət" romanından götürülmüşdür. Dünya ədəbiyyatında sentimentalizimin ilk nümunəsini yaradan Samuel Riçardson olmuşdur.
Resentiment
Fəlsəfə və psixologiyada resentiment ( Fransızca tələffüz: [rəsɑ̃timɑ̃] ) inciklik və ya düşmənçiliyin formalarından biri hesab edilir. Bu konsepsiya 19-cu əsrin bəzi mütəfəkkirlərini, xüsusən də Fridrix Nitsşeni xüsusilə maraqlandırırdı. Onların fikrinə görə, nifrət insanın məyusluğunun səbəbi kimi müəyyən etdiyi obyektə qarşı yönəlmiş düşmənçilik hissidir, yəni məyusluğuna görə günahın təyin edilməsidir. Zəiflik, aşağılıq kompleksi və ya bunu yaradan "səbəb" qarşısında qısqanclıq hissini formalaşdırır. Bu dəyər sistemi daha sonra paxıllıq mənbəyini obyektiv cəhətdən "aşağı" hesab edərək öz zəif tərəflərinə haqq qazandırmaq vasitəsi kimi istifadə olunur, küsmüş şəxsin öz etibarsızlıqlarını və qüsurlarını aradan qaldırmasına mane olan müdafiə mexanizmi kimi xidmət edir. Eqo özünü günahdan qorumaq üçün düşmən yaradır. Bu psioxoloji fenomenin məzmunu aşağıdakı el məsəlində obrazlı şəkildə ifadə olunmuşdur: "Pişiyin əli ətə çatmayanda, deyir; ət iylənib". == Tarix == Resentiment anlayış kimi Fridrix Nitsşenin əsərlərində populyarlıq qazanmışdır. Volter Kaufmanın fikrincə Nitşe tərəfindən bu termindən istifadə etməsinin səbəblərindən biri alman dilində müvafiq ekvivalent terminin olmamasıdır. Bu termin onun " ağa-qul " sualının psixologiyası və nəticədə əxlaqın doğulması ilə bağlı fikirlərinin əsas hissəsini təşkil edir.