Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sinkləmə
Qalvaniz və ya Sinklənmə — 450-455 dərəcədə ərimiş sinkə batırılmış poladın örtülməsi prosesinə verilən addır. Sink dəmirlə güclü bağlar yaradaraq üç fazalı təbəqə əmələ gətirir. Xüsusilə korroziyaya qarşı həyata keçirilən bu proses hər cür hava şəraitində açıq havada işləyəcək metalların ömrünü uzatmaq üçün istifadə olunur. Sinklənmiş metalın səthi xromla örtülərsə, onun ömrü artacaqdır. Sinklənmə prosesindən sonra sinklənmənin mikron dəyərinə, materiala yapışması müvafiqliyinə, deşiklərdəki buruqlara, yaxud çapıqlara, uclardakı sinklənmiş çöküntülərə, bir-birinə yapışmış materiallara, çöküntü yapışmasına, örtülməmiş yerlərə və kül yapışmasına, həmçinin də ağ paslara diqqət yetirilməlidir. Dəmir materialı istehsal mərhələsində sinklənməyə müvafiq dizayn edilməlidir. İçi boş materiallarda sink giriş dəlikləri və təzyiqli çıxış delikləri xüsusilə vacibdir. Sinklənmə prosesi aşağıdakı kimidir. O, yağdan təmizləmə, durulama, aşındırma, yaxalama, flukslama, qurutma və örtülmə mərhələlərindən ibarətdir. Sinklənə bilən bəzi kiçik hissələr də mövcuddur.
Silkələ (teleserial, 2010)
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Ucdan uca şifrələmə
Ucdan-uca vəya başdan-sona şifrələmə (End-to-end encryption/E2EE) yalnız son uclardakı istifadəçilərin oxuya biləcəyi bir rabitə sistemidir. Onun məqsədi İnternet provayderləri və şəbəkə administratorları kimi potensial dinləyicilərin söhbətin şifrəsini açmaq üçün lazım olan şifrələmə açarlarına daxil olmasının qarşısını almaqdır. E-poçt və söhbət şəbəkələri də daxil olmaqla, bir çox mesajlaşma sistemlərində mesajlar vasitəçilərdən keçir və alıcının sonradan əldə etməsi üçün üçüncü tərəfdən saxlanılır. Mesajlar şifrələnsə belə, onlar adətən yalnız "tranzit yolunda" şifrələnir və üçüncü tərəfdən deşifrə olunmuş şəkildə saxlanılır. Bu, üçüncü tərəfə axtarış və digər funksiyaları təmin etməyə və ya qəbuledilməz məzmunu skan etməyə imkan verir, lakin bu, həm də o deməkdir ki, üçüncü tərəf sistemində saxlanılan mesajlara girişi olan hər kəs tərəfindən arxa qapı vasitəsilə və ya qəsdən oxuna və sui-istifadə edilə bilər. Bu, repressiv hökumətlər altında yaşayanlar, bilgi ifşası, kütləvi nəzarət, etibarları üçüncü tərəflərin məlumatlarını qoruma bacarığına bağlı olan bizneslər, "hack"lənmə riski olacaq dərəcədə önəmli anlaşmalar və xəbərləşmələr, və sağlıq, cinsəllik və yetkinlik yaşına çatmayanlar haqqında həssas məlumatların paylaşılması kimi yüksək gizlilik tələb edən hallarda narahatlıq yarada bilər. Başdan sona şifrələmə faktiki göndərici və alıcı istisna olmaqla, verilənlərin oxunmasının və ya gizli şəkildə dəyişdirilməsinin qarşısını almaq məqsədi daşıyır. Mesajlar göndərən tərəfindən yalnız alıcıya şifrlənir, ona görə də üçüncü tərəfin onun şifrəsini açmaq üçün bir yolu yoxdur və şifrələnmiş şəkildə saxlayar. Qəbuledici şifrələnmiş məlumatları qəbul edir və şifrəsini açır. Üçüncü tərəflər ötürülən və ya saxlanılan bu şifrələnmiş məlumatların şifrəsini deşifrə edə bilmədiyindən, məsələn, ucdan-uca şifrələmədən istifadə edən şirkətlər öz istifadəçilərinin mesajlarını səlahiyyətlilərlə paylaşa bilməzlər.