Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silver Link
Silver Link (シルバーリンク, Shirubā Rinku) — 2007-ci ilin dekabrında keçmiş Front Line üzvləri (bu studiya isə keçmiş J.C.Staff üzvləri tərəfindən qurulmuşdur) tərəfindən qurulmuş Tokio animasiya studiyası. Silver Link studiyasının solo məhsullarının əksəriyyəti Akiyuki Şinbo ilə birlikdə Shaft studiyasında köməkçi rejissor olan Şin Onumanın rejissorluğu ilə istehsal olunmuşdur.
Silver Sablinova
Gümüş samur (ing. Silver Sable) və ya əsl adı ilə Silver Sablinova – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan personaj. Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur. Gümüş samur muzdlu döyüşçü, Silver Sable International şirkətinin sahibi və cinayətkar ovçusudur. Əsasən Hörümçək-adamın müttəfiqi kimi göstərilir. 2017-ci ilin martında Sony Pictures Gümüş samur və Qara pişik personajları üçün ortaq film çəkəcəklərini anons etmişdi. "Gümüş və Qara" adlanacaq filmin istehsalı yubadılmış, sonda 2018-ci ilin avqustunda film ləğv olunmuşdur. Əvəzinə hər personaj üçün ayrıca film çəkmək qərarı alınmışdır. "Gümüş samur" filmi üçün studiya ssenaristlər axtarır. == Nəşrolunma tarixi == Tom Defalko və Ron Frenz tərəfindən yaradılmış personaj ilk dəfə "The Amazing Spider-Man" komiksinin 265-ci sayında (iyun 1985) peyda olmuşdur.
Sliver
Yonqar — 1993-cü ildə istehsal olunmuş ABŞ filmi.
Çallen Sievers
Çallen Sievers (19 aprel 1979) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Çallen Sievers Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Silven Viltor
Silven Viltor (fr. Sylvain Wiltord, 10 may 1974, Nyoyi-syur-Marn, Sena-Sen-Deni, Fransa) — Hücumçu mövqeyində oynamış olan keçmiş Fransa futbolçusu. Hücumçu "Bordo", "Olimpik Marsel", "Arsenal" və Fransa millisindəki çıxışları ilə məşhurdur. 11 iyun 2012 tarixində futbol karyerasını bitirdiyini açıqlamışdır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Silven Viltor ilə əlaqəli mediafayllar var.
Sivers yovşanı
Sivers yovşanı (lat. Artemisia sieversiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Nise da Silveira
Nise da Silveyra (15 fevral 1905, Maseyio, Braziliya — 30 oktyabr 1999, Rio de Janeyro) — psixiatriya üzrə ixtisaslaşan braziliyalı həkim, Karl Qustav Yunqun tələbəsi. O, xəstələri elektroşok, insulin terapiyası və psixologiya üzrə müalicə etmişdir. Nise da Silveyra ilk dəfə heyvanlar üçün zeoterapiya fəlsəfəsini irəli sürmüşdür. O, əri Mariyo Maqalhaes da Silveyra ilə birlikdə Şüursuz Şəkillər Muzeyini yaratmışdır və Casa das Palmeiras (Palma Evi)— psixiatriya müəssisələrinin keçmiş xəstələri üçün klinikanı yaratmışdı. == Kitabları == Jung: vida e obra, Rio de Janeiro: José Álvaro Ed., 1968 Imagens do inconsciente Rio de Janeiro: Alhambra, 1981 Casa das Palmeiras. A emoção de lidar. Uma experiência em psiquiatria Rio de Janeiro: Alhambra, 1986 O mundo das imagens São Paulo: Ática, 1992 Nise da Silveira Brasil, COGEAE/PUC-SP 1992 Cartas a Spinoza Rio de Janeiro: Francisco Alves, 1995 Gatos, A Emoção de Lidar Rio de Janeiro: Léo Christiano Editorial, 1998 == Mənbələr == Fernando Portela Câmara. "Vida e obra de Nise da Silveira" Psychiatry On-line Brazil, 2002 Id. "A contribuição de Nise da Silveira para a psicologia junguiana" - Psychiatry On-line Brazil, 2004 Gullar Ferreira. Nise da Silveira: uma psiquiatra rebelde, 1996 João A. Frayze-Pereira.
Nise da Silveyra
Nise da Silveyra (15 fevral 1905, Maseyio, Braziliya — 30 oktyabr 1999, Rio de Janeyro) — psixiatriya üzrə ixtisaslaşan braziliyalı həkim, Karl Qustav Yunqun tələbəsi. O, xəstələri elektroşok, insulin terapiyası və psixologiya üzrə müalicə etmişdir. Nise da Silveyra ilk dəfə heyvanlar üçün zeoterapiya fəlsəfəsini irəli sürmüşdür. O, əri Mariyo Maqalhaes da Silveyra ilə birlikdə Şüursuz Şəkillər Muzeyini yaratmışdır və Casa das Palmeiras (Palma Evi)— psixiatriya müəssisələrinin keçmiş xəstələri üçün klinikanı yaratmışdı. == Kitabları == Jung: vida e obra, Rio de Janeiro: José Álvaro Ed., 1968 Imagens do inconsciente Rio de Janeiro: Alhambra, 1981 Casa das Palmeiras. A emoção de lidar. Uma experiência em psiquiatria Rio de Janeiro: Alhambra, 1986 O mundo das imagens São Paulo: Ática, 1992 Nise da Silveira Brasil, COGEAE/PUC-SP 1992 Cartas a Spinoza Rio de Janeiro: Francisco Alves, 1995 Gatos, A Emoção de Lidar Rio de Janeiro: Léo Christiano Editorial, 1998 == Mənbələr == Fernando Portela Câmara. "Vida e obra de Nise da Silveira" Psychiatry On-line Brazil, 2002 Id. "A contribuição de Nise da Silveira para a psicologia junguiana" - Psychiatry On-line Brazil, 2004 Gullar Ferreira. Nise da Silveira: uma psiquiatra rebelde, 1996 João A. Frayze-Pereira.
Mareşal Pyer Silven
Mareşal Pyer Silven (fr. Sylvain Maréchal; 15 avqust 1750, Paris – 18 yanvar 1803, Monruj) - fransız materializmi və ateizminin plebey-demokratik qanadının nümayəndəsi. Mareşal təbiətin əbədi mövcudluğunu qəbul etmişdir. Onun yalnız konkret təzahürləri - "formaları" meydana gəlir və yox olur. Allah təbiətin sinonimidir. Qorxunun təsiri altında insanılar ali bir varlığı uydurmuş və ona təbiətin xassələrini vermişdir. Mareşalda ateizm ensklopedistlərə nisbətən daha ardıcıldır. İdrak haqqında təlimində sensualistdir.
Şilvə
Şilvə-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şilvə-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Silgərd (Culfa)
Silgərd (fars. سيلگرد‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 345 nəfər yaşayır (102 ailə).
Fridrix Şiller
İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller‎; 10 noyabr 1759[…], Marbax-am-Nekkar[d], Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası[…] – 9 may 1805[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Müqəddəs Roma imperiyası) — alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi. Ömrünün son illərində Yohann Volfqanq Göte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Hötenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Höte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq "Yadlar" ("Die Xenien") adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723–1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir.
Robert Şiller
Robert Şiller (ing. Robert James Shiller; d. 29 mart 1946) — amerikalı iqtisadçı. 2013-cü ildə aktiv varlıq qiymətlərinin emprik analizi mövzusundakı tədqiqatlarına görə Lars Piter Hansen və Eqini Fema ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həmçinin bax == İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı == Xarici keçidlər == Robert Şiller haqqında faktlar. Robert Şillerin şəkilləri. Robert Şillerin müsahibəsi. Robert Şillerin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.
Səlvər Aslanov
Səlvər Rza oğlu Aslanov (11 oktyabr 1930, Bakı – 3 avqust 2000, Bakı) — Azərbaycan Respublikasının əməkdar elm xadimi (20.12.1991), Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (26.11.1991), 8 nömrəli Nizami seçki dairəsindən deputat, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, АМЕА-nın üzvü (1989), Azərbaycanlı tarixçi, tarix elmləri doktoru (1965), Professor(1967). == Həyatı == Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlvər Rza oğlu Aslanov 1930-cu il oktyabrın 11-də Bakıda anadan olmuşdur. 1954-cü ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. O, Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək 1960-cı ildə fəlsəfə doktoru, 1965-ci ildə elmlər doktoru, 1966-cı ildə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir. S.Aslanov 2000-ci il 3 avqust tarixində Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == S.Aslanov 1955-1956-ci illərdə respublika və ittifaq miqyasında müxtəlif vəzifələrdə çalışmışdır. O, 1966-1973-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru olmuşdur. 1973-1998-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) əvvəlcə professoru, kafedra müdiri vəzifələrində çalışmış, daha sonra həmin institutun rektoru vəzifəsinə təyin edilmişdir. S.Aslanov 1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunun baş elmi işçisi olmuşdur.
Leon Şiller
Leon Şiller (pol. Leon Schiller;14 mart 1887[…], Krakov, Sisleytaniya[…] – 25 mart 1954[…], Varşava[…]) — Polşalı teatr rejissoru, teatr tənqidçisi və nəzəriyyəçisi, teatr və radio tamaşalarının ssenari müəllifi, bəstəkar. == Həyatı == Leon Şiller 1887-ci il martın 14-də Avstriya-Macarıstanın Krakov şəhərində avstriyalı polyak ailəsində anadan olub. O, Krakovda Müqəddəs Anna gimnaziyasında təhsil almış (1897-1905), 1906-cı ildə qiyabi bakalavr təhsilini başa vurduqdan sonra Yagellon Universitetində və Sorbonnada fəlsəfə və polonistika üzrə təhsil almışdır. == Fəaliyyəti == Kabare müğənnisi kimi debütünü 1906-cı ildə edən Leon Şiller 1917-ci ildə Varşavada Polşa Teatrında rejissorluğa başladı. 1922-ci ildə "Redut" teatrında çıxış edib. 1924-1926-cı illərdə (V.Xojitsa və A.Zelveroviçlə birlikdə) Varşavada Boquslavski teatrına rəhbərlik etmiş, burada Zeromskinin "Qızılgül" (1926) və Krasinskinin "İlahi komediya" (1926) tamaşalarını səhnələşdirmişdir. Teatr hakimiyyət tərəfindən bağlandıqdan sonra Şiller Polşa Teatrına keçir və burada Polşa və dünya klassikasının dram əsərlərini səhnələşdirir. Şillerin Samuel Zborovski (1927) və Yuliuz Slovatskinin "Kordial" (1930), Stanislav Vispyanskinin "Cəsur Boleslav" (1929) və "Qurtuluş" (1935), Şekspirin "Yuli Sezar" tamaşaları (1928-ci il) romantizmlə zəngindir. Qəhrəmanlıq monumental teatrının yaradılmasında Şillerin müstəsna nailiyyəti Böyük Şəhər Teatrının səhnəsində Adam Mitskeviçin “Dzyadov” əsərinin tamaşaya qoyulması olub (1932, indiki S.A.Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrı).
Silvə (Piranşəhr)
Silvə (fars. سيلوه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 919 nəfər yaşayır (168 ailə).
Şilvə-i Süfla (Germi)
Şilvə-i Süfla (fars. شيلوه سفلي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 117 nəfər yaşayır (22 ailə).
Şilvə-i Ülya (Germi)
Şilvə-i Ülya (fars. شيلوه عليا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 268 nəfər yaşayır (52 ailə).