Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sünnilik
Sünnilik (ərəbcə أهل السنة والجماعة — Əhl əs-Sünnə və əl-Cəmaat və ya qısa olaraq أهل السنة — Əhl əs-Sünnət) — İslamda ən böyük məzhəb. Dünyada İslam dininə etiqad edənlərin 85-90%-ni sünni məzhəbinin nümayəndələri təşkil edir. Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Məhəmməd peyğəmbərin ﷺ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 2 etiqadı, 4 fiqh məzhəbi vardır. Əşariyyə, Matüridiyyə etiqadı, Hənəfi, Maliki, Şafii və Hənbəli isə fiqhi məzhəblərdir.
Sifilis
Sifilis - xroniki yoluxucu dəri zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi solğun treponema (treponema pallidum) yarımnövündən olan spiraxetalardır (lat. spirochaetales). == Tarixi == Qədimdən sifilis xəstəliyi milli xüsusiyyətinə görə - "alman", "fransız" xəstəliyi kimi tanınırdı. Xəstəlik haqqında ilk yazılı məlumat 1530-c cu ildə Paduan universitetinin həkimi Ciralomo Frakastro (1483—1553) tərəfindən yazılmış "Sifilis və ya Qalliya xəstəliyi" poemasında verilmişdir. Poema mifoloji süjetə malikdir. Sifilis (yun. συς — donuz, yun. φίλος — həvəskar) adlı sadə bir donuzçu tanrıya meydan oxuyur ki, yerdəki tanrılar Olimp tanrılarından daha üstündürlər. Göy tanrıları bunun üstündə onu ağır azara salırlar ki, bu azar da onun adı ilə sifilis adlandırılmışdır.
Sufilik
Təsəvvüf (ərəbcə: تصوف) və ya Sufilik (ərəbcə: صوفية) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır. == Mənbəyi == Sufilərin mənəvi inkişaf yolu Məhəmməd peyğəmbər, onun əhli-beyti və ilk səhabələrinin örnəyinə uyğun olmalıdır. Buna görə də, digər İslam elmlərində olduğu kimi sufiliyin qaynağı da Quran və hədislərdir.
Qvatemalada sifilis tüğyanı
Qvatemalada sifilis tüğyanı — 1946-1948-ci illərdə Qvatemala hakimiyyəti ABŞ ilə birgə zöhrəvi xəstəliklərin tədqiqi məqsədilə böyük maliyyələşdirilən layihə. Təcrübə altına psixi xəstələri və həbsxana məhkumlarını salmışdılar. Onları bilərəkdən sifilislə yoluxdururdular. Məhkumun yanına artıq xəstələnmiş qadın göndərir, ya da cinsi orqanında cızıq çərtib bilərəkdən həmin yaradan xəstəliyə yoluxdururdular. Bu təcrübənin nəticələri və sonu barədə heç bir məlumat yoxdur. Amma 2010-cu ildə Amerikanın dövlət katibi Hillari Klinton 60 il bundan əvvəl keçirilmiş təcrübəyə görə Qvatemaladan üzr istəmişdir.
XBT-10 sinfinin siyahısı
XBT -10 — Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu yenidən işlənmiş variantı. XBT-10 hər biri xəstəliyin vəziyyəti və kodu olan yarımbölmələrdən təşkil olunmuş 21 bölmədən ibarətdir. I sinif. Bəzi infeksion və parazit xəstəliklər II sinif. Yeniyaranmışlar III sinif. Qan, qan əmələgətirən orqanlar və immun mexanizminə cəlb edilmiş orqanların finksiyasının pozulması IV sinif. Endokron sisteminin, qidalanma və maddələr mübadiləsinin pozulması xəstəlikləri V sinif. Psixi pozğunluq və davranışlardakı pozğunluq VI sinif. Sinir sistemi xəstəlikləri VII sinif. Göz və göz aparatı xəstəlikləri VIII sinif.
2.02 (Buran sinifli kosmik gəmi)
2.02 Sovetlər tərəfindən inşa edilmiş təkrar istifadə edilə bilən kosmik gəmilərin dördüncüsü idi. 1993-cü ildə Sovet Space Shuttle proqramı dayandırılmışdır, bu zaman 2.02 tikinti mərhələsinin hələ başlanğıc mərhələsində idi (10–20%). Natamam 2.02 sonradan istehsal binasında söküldü, bu və Moskva yaxınlığındakı Tushino Machine Buildin zavodundan çölə çıxarıldı. Shutlee 2.02-nin bəzi hissələri internetdə onlayn olaraq hərraca çıxarılaraq satılmışdır.
2.03 (Buran sinifli kosmik gəmi)
2.03 Sovetlər tərəfindən istehsal edilmiş təkrar istifadə edilə bilən kosmik gəmilərin beşincisi idi. 2.03, 2-ci seriyanın kosmik gəmilərindən biri idi. Beləliklə də, "2" rəqəmi ilə qeyd olunur. 1993-cü ildə Sovet kosmik gəmi proqramı dayandırılmazdan əvvəl 2.03-ün istehsalı demək olar ki, yeni başlanıldığı üçün kosmik gəminin çox az bir hissəsi hazır vəziyyətdə idi. Hazırlanan parçalar proqram dayandırıldıqdan qısa bir müddət sonra sökülmüşdür. 1995-ci ildə isə heç bir şey dəyişilməz qalmamışdı. Çox az yaşadığı üçün 2.03 şəkilləri demək olar ki, mövcud deyildir. Ancaq görünüşü demək olar ki, ikinci seriyanın kosmik gəmilərinə bənzəyir. Və ilk seriyadakı nümunələrlə də oxşar cəhətləri mövcuddur. 2.02.
2.03 (Buran sinifli kosmik gəmi))
2.03 Sovetlər tərəfindən istehsal edilmiş təkrar istifadə edilə bilən kosmik gəmilərin beşincisi idi. 2.03, 2-ci seriyanın kosmik gəmilərindən biri idi. Beləliklə də, "2" rəqəmi ilə qeyd olunur. 1993-cü ildə Sovet kosmik gəmi proqramı dayandırılmazdan əvvəl 2.03-ün istehsalı demək olar ki, yeni başlanıldığı üçün kosmik gəminin çox az bir hissəsi hazır vəziyyətdə idi. Hazırlanan parçalar proqram dayandırıldıqdan qısa bir müddət sonra sökülmüşdür. 1995-ci ildə isə heç bir şey dəyişilməz qalmamışdı. Çox az yaşadığı üçün 2.03 şəkilləri demək olar ki, mövcud deyildir. Ancaq görünüşü demək olar ki, ikinci seriyanın kosmik gəmilərinə bənzəyir. Və ilk seriyadakı nümunələrlə də oxşar cəhətləri mövcuddur. 2.02.