Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siyah
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Siyasi siyahı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı —adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. == Əvəzedici siyahılar == Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
Siyahı qutusu
Siyahı qutusu — istifadəçinin statik, çox sətirli mətn qutusunda olan siyahıdan bir və ya daha çox element seçməsinə imkan verən qrafik nəzarət elementidir.
Əlaqəli siyahı
Əlaqəli siyahı (en. linked list) – proqramlaşdırmada: verilənlər strukturunun göstəricilərlə (POINTER) bir-birinə bağlanmış bəndlərinin və ya elementlərinin siyahısı. Sadə bağlantılı siyahının hər bir bəndində bir göstərici var ki, həmin göstərici siyahının növbəti bəndinə göndərir (müraciət etdirir); ikiqat bağlantılı siyahının (DOUBLE-LINKED LIST) hər bir bəndində iki göstərici var ki, onlardan bir növbəti, o biri isə əvvəlki bəndə göndərir; dairəvi siyahıda birinci və axırıncı bəndlər əlaqəlidir. Massivlər kimi, bağlantılı siyahılardan da tez-tez siyahıların, steklərin və verilənlər növbələrinin yaradılmasında istifadə olunur. Bağlantılı siyahılar daha əlverişlidir, çünki onlarda bəndlər dinamik paylanır və bütün bəndlərin eyni tipdən olması tələb olunmur; massivlər isə, öz növbəsində, verilmiş bəndə birbaşa erişməyə imkan verir. == Həmçinin bax == Dövrün tapılması == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Abi-siyah
Abi-siyah — Qırxbulaq nahiyəsində kənd. == Toponimik izah == Abi-siyah 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. Asəcə (bax) kəndindən Abi Siyah (Qarasu) adlı yerdə yaranmış məntəqədir. == Həmçinin bax == Dağlıq Qarabağ Qərbi Azərbaycan == Ədəbiyyat == Azərbaycanın izahlı coğrafi adlar lüğəti. Bakı, 1960.
Siyah-Çal
Siyah-Çal (Qara çala) Tehranda (İran) hamamlar üçün yeraltı su anbarı olmuş, daha sonra qatı cinayətkarların saxlandığı yerə çevrilmişdir. Tarixdə daha çox Babilər hərəkatı önəmli şəxslərinin saxlandığı yer kimi məşhurlaşmışdır. Bəhai dininin peyğəmbəri Bəhaullahın məhz burada vəhy aldığı bildirilir.
Siyah (Germi)
Siyah (fars. سيه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 38 nəfər yaşayır (7 ailə).
Siyah Gilə
Siyah Gilə (fars. سیاه گله‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 238 nəfər yaşayır (81 ailə).
Siyah (dəqiqləşdirmə)
Siyah — rəng. Siyah Gilə — İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. Siyah-Çal — Siyah (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Aşağı açılan siyahı
Aşağı açılan siyahı - kompüter elmlərində qrafik istifadəçi interfeysində istifadəçilərə verilmiş siyahıdan bir seçim etmək üçündür. Əgər aşağı açılan siyahı aktiv deyilsə, deməli o, hazırda ancaq bir seçim imkanı verir. Aktiv olduqda isə, o aşağı açıla bilın bir neçə seçim imkanı verir ki, istifadəçi bunlardan ancaq birini seçə bilər. İstifadəçi yeni seçimini etdikdə, o yenidən qeyri-aktiv formaya düşür və seçilmiş menyu göstərilir.
Portuqaliya şəhərləri (siyahı)
Bu siyahı Portuqaliyadakı şəhərlərin siyahısıdır. Portuqaliyada şəhər (Portuqal dili: cidade) əhali vəziyyəti və infrastrukturu kimi bəzi meyarlara söykənərək müəyyən məskunlaşma yerlərinə verilən şərəf bir termin olaraq istifadə edilməkdədir. 1980-ci illərdə Portuqaliyadakı əhali hərəkətləri səbəbiylə bir çox qəsəbə şəhər mərtəbəsinə keçirilmişdir və hal-hazırda 151 məskunlaşma yeri şəhər olaraq tanınmaqdadır. Portuqaliyada şəhər inzibati bir bölünmə içində iştirak etmədiyindən hər bələdiyyə (Portuqal dili: concelho) şəhər sayılmadığı kimi, bəzi bələdiyyələrdə birdən çox şəhər vardır, əhalisi az olan bələdiyyələrdə isə heç şəhər ol/tapılmamaqdadır. Yenə şəhər, Portuqaliyadakı ən kiçik inzibati vahid olan bucaq ilə də (Portuqal dili: freguesia) ekvivalent deyil. Bəzi şəhərlər birdən çox bucaqdan meydana gəldiyi kimi kiçik olan şəhərlər tək bir bucaqdan da meydana gələ bilər. Bir bələdiyyənin mərkəzi və rəsmi dairələri ümumiyyətlə o bələdiyyənin ən əhəmiyyətli şəhər ya da qəsəbəsində iştirak edər. 1910-cu ilə qədər bir yerləşəm yerinin şəhər elan edilməsi kraliyet buyruğu ilə olmaqda idi. 25 dəfə kraliyet buyruğu çıxarılaraq qəsəbələr şəhər olmuşdur. Portuqaliyaın birinci respublika dövründə bu vəzifə parlamentə verildi və bu dövrdə üç qəsəbə şəhər elan edildi.
Tərsinə çevrilmiş siyahı
Tərsinə çevrilmiş siyahı ( ing. inverted list ~ ru. инвертированный список ~ tr. ters çevrilmiş liste) – verilənlər yığını üçün alternativ göstəricilərin yaradılması üçün metod. Məsələn, avtomobillər haqqında məlumatların toplandığı faylda 3, 7, 19, 24 və 32 yazılarının RƏNG sahəsində “Qırmızı” qiyməti ola bilər. Tərsinə çevrilmiş siyahının (indeksin) RƏNG sahəsində 3, 7, 19, 24 və 32 nömrəli göstəricilərlə müşahidə olunan “Qırmızı” yazısı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mehmed Siyah Kalem
Məhəmməd Siyah Qələm (türk. Mehmed Siyah Kalem) — XV əsrdə yaşadığı və fars, Çin və ya Orta Asiya mənşəli olduğu güman edilən rəssam. Tarixi mənbələrdə adına rast gəlinməyən bu rəssam haqqında yeganə mənbə Topqapı muzeyində saxlanılan və "Fateh albomu" adlandırılan rəsm kolleksiyasındakı bir neçə rəsmin üzərindəki "Ustad Məhəmməd Siyah Qələmin işi" imzasıdır. Şərq ölkələrində sənətçinin özünü "ustad" kimi təqdim etməsinə adətən rast gəlinmədiyi üçün bu qeydin sonradan edilmiş ola biləcəyi də güman olunur. Həmin rəsmlər ilk dəfə 1910-cu ildə Münhendə Maks van Berxemin dəstəyi ilə nümayiş etdirilmiş və sonrakı illərdə unudulmuşdur. II Dünya müharibəsindən sonra, o dövrdə Topqapı sarayı muzeyinin direktoru olan Tahsin Öz albomlardan birindəki Fateh Sultan Məhəmmədin 2 ədəd portretinə görə həmin albomu "Fateh albomu" adlandırmışdır. Lakin sonrakı araşdırmalar bu əsərlərin Sultan II Səlimin dövründə Topqapı sarayına gətirilməsi ehtimalını artırıb. Əsərlərin rəssamlıq texnikası baxımından mükəmməlliyi və müəllifin güclü fantaziyası tədqiqatçılar tərəfindən xüsusi vurğulanır. Siyah Qələmin əsərlərində cinlər, əjdahalar, müxtəlif canlılar, şamanlar, dərvişlər və köçərilərin təsvirlərinə çox rast gəlinir və əksər personajlar tünd rənglərlə, xüsusilə də qəhvəyi və göy rənglərlə çəkilib. Bu fantastik fiqurlar adətən bir-birinə qarşı təsvir edilib və heç bir peyzaj və ya ətraf mühitin təsviri yoxdur.
Məhəmməd Siyah Qələm
Məhəmməd Siyah Qələm (türk. Mehmed Siyah Kalem) — XV əsrdə yaşadığı və fars, Çin və ya Orta Asiya mənşəli olduğu güman edilən rəssam. Tarixi mənbələrdə adına rast gəlinməyən bu rəssam haqqında yeganə mənbə Topqapı muzeyində saxlanılan və "Fateh albomu" adlandırılan rəsm kolleksiyasındakı bir neçə rəsmin üzərindəki "Ustad Məhəmməd Siyah Qələmin işi" imzasıdır. Şərq ölkələrində sənətçinin özünü "ustad" kimi təqdim etməsinə adətən rast gəlinmədiyi üçün bu qeydin sonradan edilmiş ola biləcəyi də güman olunur. Həmin rəsmlər ilk dəfə 1910-cu ildə Münhendə Maks van Berxemin dəstəyi ilə nümayiş etdirilmiş və sonrakı illərdə unudulmuşdur. II Dünya müharibəsindən sonra, o dövrdə Topqapı sarayı muzeyinin direktoru olan Tahsin Öz albomlardan birindəki Fateh Sultan Məhəmmədin 2 ədəd portretinə görə həmin albomu "Fateh albomu" adlandırmışdır. Lakin sonrakı araşdırmalar bu əsərlərin Sultan II Səlimin dövründə Topqapı sarayına gətirilməsi ehtimalını artırıb. Əsərlərin rəssamlıq texnikası baxımından mükəmməlliyi və müəllifin güclü fantaziyası tədqiqatçılar tərəfindən xüsusi vurğulanır. Siyah Qələmin əsərlərində cinlər, əjdahalar, müxtəlif canlılar, şamanlar, dərvişlər və köçərilərin təsvirlərinə çox rast gəlinir və əksər personajlar tünd rənglərlə, xüsusilə də qəhvəyi və göy rənglərlə çəkilib. Bu fantastik fiqurlar adətən bir-birinə qarşı təsvir edilib və heç bir peyzaj və ya ətraf mühitin təsviri yoxdur.
Siyah Göl (Talış)
Siyah Göl (fars. سياهگل‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 533 nəfər yaşayır (121 ailə).
Siyah Kəmər (Əsədabad)
Siyah Kəmər (fars. سیاه‌کمر‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 28 nəfər yaşayır (10 ailə).
Əliabad (Siyah Mansur)
Əliabad (fars. علي آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 230 nəfər yaşayır (49 ailə). Əhalisini kürdlər təşkil edir.
Bağ siyah (Kuhbənan)
رده:مقاله‌های روستاهای ایران Bağ siyah (fars. باغ سیاه‎) — İranın Kirman ostanının Kuhbənan şəhristanının mərkəzi bəxşində kənd . İran Statistika Mərkəzinin 2005-ci ildə apardığı siyahıyaalmaya əsasən, əhalisi üç təsərrüfatdan az idi.
Demokratik Qüvvələrin Milli Şurasının üzvləri (siyahı)
Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura — Azərbaycanda siyasi ittifaq. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılmışdır. == Tarixi == 28 may 2013-cü ildə Respublika günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan Açıq Cəmiyyət Partiyası sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyası sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyası sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri Eldar Namazov və Müsavat Partiyası sədri İsa Qəmbərin iştiraki ilə bu partiyaların rəhbərlərinin görüşü baş verib. Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri üzərində geniş müzakirələr aparılmışdır. Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin Açıq Cəmiyyət Partiyası lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışlar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdır. Bununla da 28 may Respublika günündə "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdir. 7 iyun 2013-cü ildə qurumun təsis yığıncağı keçirilib. Beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrinin də iştirak etdiyi toplantıda Milli Şura təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Bəzi sənədlər qəbul edilib.2 iyul 2013 tarixində Milli Şura rəsmən Rüstəm İbrahimbəyovun vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı verib.
Miyanə
Miyanə (yerli əhali arasında həmçinin Miyana və Miyanıc olaraq da adlanır) (fars. میانه‎) — İranın Şərqi Azərbaycan ostanında şəhər, Miyanə şəhristanının inzibati mərkəzi. Tehrandan 439 km şimal-qərbdə, Təbrizdən isə 187 km cənub-şərqdə yerləşir. Əhalisi 200 min nəfərə yaxındır. Təbriz və Marağadan sonra Şərqi Azərbaycan ostanının üçüncü iri şəhəridir. 1828-ci ilin məşhur Türkmənçay müqaviləsinin imzalanma yeri olan Türkmənçay kəndi də məhz indiki Miyanə şəhristanının tərkibində, Miyanə şəhəri yaxınlığında yerləşir. == Etimologiyası == Bölgənin adı çox güman ki farsca "orta, mərkəz" mənalarını daşıyan "miyan" sözüylə bağlıdır; belə halda "Miyanə" adını "mərkəzdə yerləşən şəhər / mərkəzi şəhər" kimi açıqlamaq olar. Azərbaycanlı publisist-politoloq Reyhan Mirzəzadənin fikrincə, şəhər öz adını üç dağın — Büzgüm, Qaflantı və Üçtəpə dağlarının arasında yerləşdiyinə görə, rusiyalı tarixçi Vasili Bartoldun fikrincə erkən orta əsrlərdə bölgədəki iki ən böyük şəhərin — Ərdəbil və Marağanın arasında, hər iki şəhərdən təxminən eyni məsafədə (təxminən 20 fərsəx) aralı yerləşdiyinə görə, orta əsrlər tarixçisi Yaqut əl-Həməviyə görə isə Marağa və Təbriz arasında yerləşdiyinə görə və onlarla birlikdə bir üçbucaq təşkil etdiyinə görə almışdır. == Tarixi == Miyanə Azərbaycanın ən əski şəhərlərindən biridir. Əsası kənd kimi qoyulan bu şəhər tarixi Gərmərud (digər adı Gərməri) mahalının mərkəzi olub, vaxtilə Sərab xanlığının parçası olub.
Riyahi
Riyahi (fars. ریاحی‎ Riyaḥī) — İran soyadı.
Siyahkəl
Siyahkəl — İranın Gilan ostanında yerləşən şəhər. Siyahkəl əhalisinin əksəriyyətini giləklər və deyləmlilər təşkil edir.
Siyaku
Siyaku — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Kənddən rayon mərkəzinə olan məsafə təxminən 20–30 km.-dir. Kənddə beş tam, bir natamam orta məktəb, sahə xəstəxanası, poçt şöbəsi, klub və bir çox başqa tikililər mövcuddur. == Etimologiyası == Coğrafi adın tərkibində Sıya talış dilində «qara», ku «dağ» deməkdir (Siyaku Qaradağ mənasında). == Tarixi == Tunc və antik dövrə aid yaşayış məskənidir. == Coğrafiyası və iqlimi == Kəndin ərazisi 1227 hektardır.[mənbə göstərin] == Əhalisi == Əhalisinin sayı 8000 nəfərdən çoxdur.[mənbə göstərin] === Şəhidləri === Mahmud Əhmədov (1976-1996). Ramin Kəkəyev (1984-2002). == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq və maldarlıqdır.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.
Siyasət
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.
Səyahət
Səyahət — adam və ya obyektlərin (təyyarə, gəmi, qatar, və s.) uzaq yerlər arasında reallaşdırdığı hərəkətdir. Əyləncə, turizm və tətilin yanında dini, mədəni və öyrədici məqsədli səfərlər də edilə bilər. Səfər — yerli, regional, milli və ya beynəlxalq miqyasda da baş verə bilər.
Silah
Silah — insanların və ölkələrin bir başqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdir. Silahlardan həm də özünü müxtəlif yırtıcılardan və təhlükəli obyektlərdən qorumaq üçün istifadə edilir. == Silahın tarixi == İlk dəfə odlu silah XIV əsrdə Çində ixtira olundu. Daha sonra bu odlu silahlar Yaxın Şərqə, Avropaya və Afrikaya yayıldı. Hətta silahda istifadə olunan barıtı da çinlilər ixtira edib. Bu isə IX əsrdə ixtira olunub. == Silah növləri == Silahlar iki yerə bölünürlər: soyuq və odlu. === Soyuq silahlar === Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. aiddirlər. Soyuq silahlar da iki yerə bölünürlər: cinayət məsuliyyəti daşıyan və daşımayan.
Siyan
Siyan (fr. Sillans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Etyenn-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38490. Kommunanın 1999-cu il üçün əhalisi 1 405 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 393 ilə 567 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 32 km şimal-qərbdə yerləşir.
İlahə
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
Siyakeş
Siyakəş — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Siyo (sıya) talış dilində «qara», keş «çayın qolu» deməkdir.
Şirazə
Şirazə — toxuculuqda toxunmuş toxuculuq məmulatının (xalça, parça və s.) en tərəfdən qıraqları. Bir çox halda şirazələr iş üstündə hazırlanmır, xalça toxuma dəzgahından yerə salındıqdan sonra əsasən bazarda çalışan xüsusi şirazəbənd ustalar tərəfindən xalçanın yanlarına yun iplərlə dolandırırlar.
Şitake
Şiitake (Lentinula edodes) Şərqi Asiyada yerli olan və bir çox Asiya ölkələrində becərilən və istehlak olunan yeməli göbələk. Bəzi ənənəvi tibb formalarında bir dərman göbələk kimi hesab olunur.