ZİYADƏ

zərf [ ər. ]
1. Çox, artıq, çoxlu.
Dağdan endim piyada; Dərdim vardır ziyada; Biz xəlvətdə görüşdük; Aləmə düşdü səda. (Bayatı).
[Müsyö Jordan:] Bir il çəkər gedib gəlməyi, ziyadə çəkməz. M.F.Axundzadə.
İmtahan ilə bilinib ki, meşə olan yerə ziyadə yağış yağır.
Ol səbəbə bu yer artıq nəm olur. Əkinçi”.

// Zərf mənasında. Son dərəcə, olduqca.
Bu həqiqət Minanı ziyadə şad elədi. İ.Musabəyov.

// Qoşma mənasında.
Təsəvvür eyləmə kim, məst edibdi badə məni; Gözündü məst qılan badədən ziyadə məni. S.Ə.Şirvani.
Hamı dərddən ziyadə; Bu dərd mana kar elədi… Aşıq Ələsgər.

// Sif. mənasında. Ziyadə söz lazım deyil.
– Ziyadə qəmzədəyəm hicr ilə xoş ol günlər; Ki mən bu qəmzəlikdən ziyadə xürrəm idim. Füzuli.

□ Ziyadə etmək – artırmaq, çoxalmaq, daha da artırmaq, bollaşdırmaq.
Fərhadə, Məcnunə məni tay etdin; Elədin dərdimi ziyadə, fələk! Aşıq Zabit.

Ziyadə olmaq – artmaq, çoxalmaq, daha da artmaq, bollaşmaq. Ürəyim dəryadı, könlüm bir ada; Dərdim oldu günü-gündən ziyada. “Əsli və Kərəm”.
[Koroğlu Qırata dedi:] Günbəgündən dərdim oldu ziyadə; Alma gözlüm, qız birçəklim, Qırat, gəl! Koroğlu”.

Ziyadəsi ilə – artıqlaması ilə, artıq olaraq, olduqca çox.
Oğlanın anası, bacısı olduğunu bilib qızın anası bunlara ziyadəsi ilə hörmət elər… R.Əfəndiyev.

2. Ziyadədir şəklində – artıqdır, çoxdur.
Kürreyi-ərzin ömrü 10-20 min il deyil, bəlkə 10-20 milyon ildən də ziyadədir. H.Zərdabi.
Hacı Əsgərin təvanası nəinki yetmiş iki min, bəlkə iki yüz yetmiş iki mindən ziyadədir. S.M.Qənizadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZİYADƏ ziyadə bax çox
  • ZİYADƏ çox — artıq
ZİYADAR
ZİYADƏLƏNDİRMƏ
OBASTAN VİKİ
May Ziyadə
May Ziyadə (ərəb. مي زيادة‎, 11 fevral 1886, Fələstin, Suriya vilayəti, Osmanlı imperiyası – 17 oktyabr 1941, Qahirə, Misir krallığı[d]) — Nazaretdən yazıçı. Cübran Xəlil Cübranla məktublaşdı.

Digər lüğətlərdə

-инг- го́мо са́пиенс дотяну́ться недораста́ть обшива́ть перековыря́ть песка́рик позелене́лый придвига́ние распалённый угнетённость нали́вочка обряжа́ться перегно́й промока́тельный берет каржла agnominate aquae duty sue warily бурятский погожий эмалированный