Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bustan əs-siyahət
Bustan əs-siyahət (azərb. Səyahət bustanı‎) Hacı Zeynalabdin Şirvaninin üçüncü əsəri Bustan əs-siyahət adlanır. Bu qiymətli mənbə uzun müddətdir tədqiqatçıların diqqətini özünə cəlb etmişdir. Bir çox alimlər, o cümlədən Çarlz Riyo, V. A. Jukovski, E. Braun, M. Tərbiyət bu əsərə böyük önəm vermişlər. Bu kitab da Hədayiq əs-siyahət kimi əlifba sırası ilə tərtib edilmiş və həmin tərtibatla ölkələr, şəhərlər və s. adlar qeyd edilmişdir. Bustan əs-siyahət ön sözdən, dörd müfəssəl babdan, 1 seyr, 28 gülşən, 4 gülzar və bir bahardan tərtib olunmudur. Gülşənlərin hər biri müəyyən 1 hərflə başlayır. Bu əsərdə çox sayda ölkə, şəhər, bölgə, kənd və qəsəbələr təsvir edilmişdir. Şirvani bir ölkə və ya bölgəni təsvir edərkən onların sərhədləri, suları, ərazisi, təbiəti və əhalisi, adət-ənənəsi, mədəniyyəti, məşğuliyyətləri, tarixi, təbii sərvətləri, ağac və meyvləri haqqında maraqlı məlumatlar verir.
Hədayiq əs-siyahət
Hədayiq əs-siyahət (azərb. Səyahət bağları‎) — Hədaiq əs-siyahət girişdən, 28 fəsildən və nəticədən ibarətdir. Mətn əlifba hərfləri tərtibilə yəni coğrafi lüğətə oxşar formada tərtib edilmişdir. Mətnin mütaliəsindən anlaşılır ki, Şirvani 30 ildən artıq bu əsər üzərində çalışmış və onu hicri-tarixi ilə 1242/1826–27-ci ildə Şiraz şəhərində bitirmişdir. Əsərin sonunda belə yazılmışdır: "Allahın lütfü ilə Hədaiq əs-siyahət adlı bu kitabı şənbə günü, Zilhiccə ayının iyirmi səkkizi, yəni Qədir-Xum bayramı günü, hicri-qəməri tarixi ilə 1242-ci ildə Şiraz şəhərində bitirdim. Bəndəniz hicri-qəməri tarixi ilə 1273-cü ildə dördüncü gün, mübarək ramazan ayının 5-i bu kitabın nüsxəsini də yazıb başa çatdırdım".
Riyaz əs-siyahət
Riyaz əs-siyahət (azərb. Səyahət bağçaları‎) Riyaz əs-siyahət — (fars. ریاض السیاحه‎) əsəri Hacı Zeynalabdin Şirvaninin əsəridir. Hacı Zeynalabdin Şirvaninin Riyaz əs-siyahət, Bustan əs-siyahət və Hədayiq əs-siyahət adlı əsərləri ona dünya şöhrəti gətirmişdir . Riyaz əs-siyahət əsəri 2 hissədən ibarətdir. "Riyaz əs-siyahət"in önəmli hissəsi hicri-tarixi ilə 1237-ci ildə (1821–1822) Qomşedə qələmə alınmışdır. "Riyaz əs-siyahət"in birinci hissəsinin sonunda bu yazı gözə çarpır: "Həqiqətən bu ürəkaçan bağın və ruhu oxşayan nüsxənin yazılması üçün son dərəcə ciddiyyət tələb olunduğu halda, lakin alicənab Abbasqulu Ağa ibn-Mirzə Məhəmmədxan səfərə tələsdiyi üçün onun yazılmasını tələb etdikdə məcbur qalıb bir neçə gün ərzində Məhəmməd Təqi ibn-Məhəmməd Qasim Salyani ilə birlikdə 1258-ci ilin şəvval/1842-ci ilin noyabr ayında Qubada onu bitirmək şərəfinə nail oldum. Ümidvaram ki, həqiqət axtaranlar onun nöqsan və qüsurlarını fürsətin azlığı və durumun gərginliyindən qaynaqlandığını bilərək islah etməyə çalışacaqlar. "Riyaz əs-siyahət"in ikinci hissəsi hicri-tarixi ilə 1242-ci ilin zilhiccə ayının 7-də, miladi tarixi ilə 23 iyul 1827-ci ildə sona çatmışdır. Aşağıdakı sətirlər bu mövzudan xəbər verir: "O, bu kitabın yazılmasını Məlik Vəhhabın köməyi ilə Şiraz şəhərində hicrətin 1242-ci ilində zilhiccə ayının 27-də bazar ertəsi günü bitirdi".