Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siyahkəl
Siyahkəl — İranın Gilan ostanında yerləşən şəhər. Siyahkəl əhalisinin əksəriyyətini giləklər və deyləmlilər təşkil edir.
Siyahkəl şəhristanı
Siyahkəl şəhristanı (fars. شهرستان سیاهکل‎) — İranın Gilan ostanının 16 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Siyahkəl şəhəridir. 2006-cı il əhali siyahıya almasına əsasən şəhristanın ümumi əhalisi 46 991 nəfərdir. Şəhristanda əsasən giləklər yaşayır.
Siyahim Dəmirov
Siyahim Əlizamin oğlu Dəmirov (13 sentyabr 1990, Əlinəzərli, Beyləqan rayonu – 29 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 1997-2008-ci illərdə R. Nəsirov adına Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Siyahim Dəmirov 2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik giziri olan Siyahim Dəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyahim Dəmirov oktyabrın 29-da Şuşa istiqamətində şəhid olub.Beyləqan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyahim Dəmirov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyahim Dəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Siyahı qutusu
Siyahı qutusu — istifadəçinin statik, çox sətirli mətn qutusunda olan siyahıdan bir və ya daha çox element seçməsinə imkan verən qrafik nəzarət elementidir.
Əlaqəli siyahı
Əlaqəli siyahı (en. linked list) – proqramlaşdırmada: verilənlər strukturunun göstəricilərlə (POINTER) bir-birinə bağlanmış bəndlərinin və ya elementlərinin siyahısı. Sadə bağlantılı siyahının hər bir bəndində bir göstərici var ki, həmin göstərici siyahının növbəti bəndinə göndərir (müraciət etdirir); ikiqat bağlantılı siyahının (DOUBLE-LINKED LIST) hər bir bəndində iki göstərici var ki, onlardan bir növbəti, o biri isə əvvəlki bəndə göndərir; dairəvi siyahıda birinci və axırıncı bəndlər əlaqəlidir. Massivlər kimi, bağlantılı siyahılardan da tez-tez siyahıların, steklərin və verilənlər növbələrinin yaradılmasında istifadə olunur. Bağlantılı siyahılar daha əlverişlidir, çünki onlarda bəndlər dinamik paylanır və bütün bəndlərin eyni tipdən olması tələb olunmur; massivlər isə, öz növbəsində, verilmiş bəndə birbaşa erişməyə imkan verir. == Həmçinin bax == Dövrün tapılması == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Siyasi siyahı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı — adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. == Əvəzedici siyahılar == Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
Aşağı açılan siyahı
Aşağı açılan siyahı — kompüter elmlərində qrafik istifadəçi interfeysində istifadəçilərə verilmiş siyahıdan bir seçim etmək üçündür. Əgər aşağı açılan siyahı aktiv deyilsə, deməli o, hazırda ancaq bir seçim imkanı verir. Aktiv olduqda isə, o aşağı açıla bilın bir neçə seçim imkanı verir ki, istifadəçi bunlardan ancaq birini seçə bilər. İstifadəçi yeni seçimini etdikdə, o yenidən qeyri-aktiv formaya düşür və seçilmiş menyu göstərilir.
Portuqaliya şəhərləri (siyahı)
Bu siyahı Portuqaliyadakı şəhərlərin siyahısıdır. Portuqaliyada şəhər (Portuqal dili: cidade) əhali vəziyyəti və infrastrukturu kimi bəzi meyarlara söykənərək müəyyən məskunlaşma yerlərinə verilən şərəf bir termin olaraq istifadə edilməkdədir. 1980-ci illərdə Portuqaliyadakı əhali hərəkətləri səbəbiylə bir çox qəsəbə şəhər mərtəbəsinə keçirilmişdir və hal-hazırda 151 məskunlaşma yeri şəhər olaraq tanınmaqdadır. Portuqaliyada şəhər inzibati bir bölünmə içində iştirak etmədiyindən hər bələdiyyə (Portuqal dili: concelho) şəhər sayılmadığı kimi, bəzi bələdiyyələrdə birdən çox şəhər vardır, əhalisi az olan bələdiyyələrdə isə heç şəhər ol/tapılmamaqdadır. Yenə şəhər, Portuqaliyadakı ən kiçik inzibati vahid olan bucaq ilə də (Portuqal dili: freguesia) ekvivalent deyil. Bəzi şəhərlər birdən çox bucaqdan meydana gəldiyi kimi kiçik olan şəhərlər tək bir bucaqdan da meydana gələ bilər. Bir bələdiyyənin mərkəzi və rəsmi dairələri ümumiyyətlə o bələdiyyənin ən əhəmiyyətli şəhər ya da qəsəbəsində iştirak edər. 1910-cu ilə qədər bir yerləşəm yerinin şəhər elan edilməsi kraliyet buyruğu ilə olmaqda idi. 25 dəfə kraliyet buyruğu çıxarılaraq qəsəbələr şəhər olmuşdur. Portuqaliyaın birinci respublika dövründə bu vəzifə parlamentə verildi və bu dövrdə üç qəsəbə şəhər elan edildi.
Tərsinə çevrilmiş siyahı
Tərsinə çevrilmiş siyahı ( ing. inverted list ~ ru. инвертированный список ~ tr. ters çevrilmiş liste) – verilənlər yığını üçün alternativ göstəricilərin yaradılması üçün metod. Məsələn, avtomobillər haqqında məlumatların toplandığı faylda 3, 7, 19, 24 və 32 yazılarının RƏNG sahəsində “Qırmızı” qiyməti ola bilər. Tərsinə çevrilmiş siyahının (indeksin) RƏNG sahəsində 3, 7, 19, 24 və 32 nömrəli göstəricilərlə müşahidə olunan “Qırmızı” yazısı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tərs siyahılı verilənlər bazası
Tərs siyahılı verilənlər bazası ( ing. inverted list database ~ ru. база данных инвертированного списка ~ tr. ters listeli veritabanı) – relyasiyalı verilənlər bazasından aşağıdakı fərqləri olan verilənlər bazası: • Tərsinə çevrilmış siyahı cədvəlinin sətirləri (yazıları və ya kortejləri) hər hansı indeksləmə ardıcıllığından asılı olmayaraq müəyyən fiziki ardıcıllıqla yerləşir. • Ümumi verilənlər bazasını, bazanın cədvəlləri üçün qurulmuş müəyyən məntiqi birləşdirmə meyarlarından istifadə etməklə nizamlamaq olar. • Siyahının açarlarının sayı istənilən qədər ola bilər, həm də istər sadə, istərsə də mürəkkəb açarların əksinə olaraq, burada onlar istənilən sahə və ya sahələrin kombinasiyası ola bilər. • Bütövlüyə və ya unikallığa heç bir məhdudiyyət yoxdur. • Nə indekslər, nə də cədvəllər istifadəçiyə göstərilir. Belə verilənlər bazasının idarə olunması sistemindəki bu fərqlərə görə verilənlərin uzlaşmasını, bütövlüyünü və təhlükəsizliyini təmin etmək çox çətindir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Demokratik Qüvvələrin Milli Şurasının üzvləri (siyahı)
Demokratik Qüvvələrin Milli Şurası və ya qısaca Milli Şura — Azərbaycanda siyasi ittifaq. 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılmışdır. == Tarixi == 28 may 2013-cü ildə Respublika günü Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan Açıq Cəmiyyət Partiyası sədri Sülhəddin Əkbər, Azərbaycan Liberal Partiyası sədri Əvəz Temirxan, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyası sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri Eldar Namazov və Müsavat Partiyası sədri İsa Qəmbərin iştiraki ilə bu partiyaların rəhbərlərinin görüşü baş verib. Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri üzərində geniş müzakirələr aparılmışdır. Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin Açıq Cəmiyyət Partiyası lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışlar. Məsləhətləşmələr nəticəsində Milli Şuranın təsis bəyannaməsi və tərkibi razılaşdırılmışdır. Bununla da 28 may Respublika günündə "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdir. 7 iyun 2013-cü ildə qurumun təsis yığıncağı keçirilib. Beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələrinin də iştirak etdiyi toplantıda Milli Şura təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Bəzi sənədlər qəbul edilib.