Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Slow Down (Daue Bob mahnısı)
Slow Down (azərb. Yavaşla‎) — Niderlandın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Daue Bob "Slow Down" mahnısı ilə Niderlandı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda musiqiçi yoldaşları olan Yan Peter Hoekstra, Yeroen Overman və Mattyis van Duiyvenbode tərəfindən bəstələnmişdir.
Slow Down (Douv Bob mahnısı)
Slow Down (azərb. Yavaşla‎) — Niderlandın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Daue Bob "Slow Down" mahnısı ilə Niderlandı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü və eyni zamanda musiqiçi yoldaşları olan Yan Peter Hoekstra, Yeroen Overman və Mattyis van Duiyvenbode tərəfindən bəstələnmişdir.
Slowdive
Slowdive — 1989-cu ildə Neil Halstead və Rachel Goswell tərəfindən İngiltərənin Redinq şəhərində qurulmuş dreampop/shoegaze qrupu. == Qrup haqqında == Yazdıqları demolar ilk başlarda yalnız əylənmək üçün idi və 1990-cı illərin əvəlinə qədər Slowdive fikri hakim ola bilmədi. Ən əhəmiyyətli dəyişiklik üçüncü gitarist Christian Savill'in qrupa daxil olması ilə baş verdi. Savill jurnalda gördüyü "Qadın gitarist" axtarılır elanına yazdığı içdən məktub ilə geri qayıdan tək üzv olmuş, lazım olsa qısa yubka belə geyinə biləcəyini demişdi. Beləliklə gitara və vokalda Neil Halstead, eyni müəllimdən gitara dərsi aldığı məhəllə yoldaşı Rachel Goswell; gitarada Christian Savill; zərb alətlərində Adrian Sell və bas gitarada Nick Chaplin ilə Slowdive studiyaya girmiş oldu. İkinci demo Creation Val şirkətinin diqqətini çəkmiş, qrupa daha təchizatlı imkanlarla başdan qeyd edə bilmə imkanını vermişdi. Özlərini hələ 20-li yaşlarda İngilis Shoegaze səhnəsinin ortasında tapan Slowdive, post punk'un daha atmosferik tərəfində dayanan qruplardan təsirlənmişdi. Creation val şirkətinin sahibi Alan McGee, prodüser Alan Moulder və My Bloody Valentine-nin gitaristi Kevin Shields; 90-cı illərin başında İngiltərədə ortaya çıxan, Mançester'a alternativ shoegaze tərzinin, nümunələri olaraq The Byrds, Jesus And The Mary Chain, Cocteau Twins, My Bloody Valentine, Chameleons və Spacemen 3'i göstərmək olar. Səsyazmaya başladıqları qeydlərdən sonra Creation'dan gələn müqavilə təklifi əsnasında Sell universitetə ​​getmək üçün qrupdan ayrıldı. Sell'in yerinə yalnız ikinci 45'lik "Morningrise" da iştirak etmək üçün bir ildən daha az bir müddətlə Neil Carter gəlmişdi.
Slot
Slot (СЛОТ) — Moskvada yaradılan, rusiya rok qrupu.
Show TV
Show TV — Ciner Mediya Qrupu tabeliyində nəşr edən, xüsusilə 2000-ci illərdə yarışma proqramları və seriallarıyla ön plana çıxmış, Türkiyənin ən çox izlənilən televiziya kanallarından biridir. == Tarixçə == === Quruluş === Show TV, Show Radio ilə birlikdə 1 mart 1991 tarixində Erol Aksoy, Dinç Bilgin və Haldun Simavi tərəfindən Fransada qurulmuş və yayıma Başka Bir Alem! şüarı ilə həmin ölkədə başlamışdır. 1 mart 1992 tarixində də Türkiyədə yayıma başlamışdır. Yayıma başladığı ilk vaxtlarda yayımlanmayan xəbər bülleteni, aylar sonra ilk dəfə Mehmet Ali Birandın təqdimatı ilə 2 mart 1992 tarixində yayımlanmağa başlanmışdır. Show TV bir vaxtlar qardaş kanalı olan Cine5 ilə birlikdə türk televiziya məkanına yeni həyəcan gətirmişdi. === 1991-2002 === Kanalın ilk baş müdiri Güneri Civaoğlu idi. Ana Haber Bülteni"ni kanalın ilk dövrlərində Gülgün Feyman, 1996-cı ildən 2002-ci ilə qədər Reha Muhtar təqdim etmiş idi. Reha Muhtar bu sayədə həmin dövrün Show TV-sinin ən məşhur simalarından biri idi. 1993-cü ildə Erol Aksoy və Dinç Bilgin arasında ortaqlıq, 1994-cü ildə Erol Aksoy, Dinç Bilgin və Aydın Doğan arasında ortaqlıq, 1995-ci ildə yenə Erol Aksoy və Dinç Bilgin arasında ortaqlıq olmuşdur.
Regular Show
Daimi şou (ing. Regular Show) — Ceyms Kuintelin "Cartoon Network" televiziyası üçün yaratdığı ABŞ istehsalı cizgi serialı. 2010-cu ilin sentyabrından 2017-ci ilin yanvarına qədər 8 mövsüm olmaqla 261 seriyası nümayiş olunmuşdur. Cizgi serialda yaşadıqları yerin parkında bağban işləyən Mordekay (adi zığ-zığ), Riqbi (yenot) və onların iş yoldaşları — Skips (qar adamı), Pops (şirinquş adam), Masl Men, Beşlik ruh — və onların müdiri Bensondan (saqqız aparatı) bəhs olunur. == Məzmun == Serialda parkda bağban işləyən iki dənə 23 yaşlı dost Mordekay və Riqbinin günlük həyatından bəhs edilir. Onların işdən yayınması və boş işlərlə məşğul olması müdiri Bensonu əsəbləşdirsə də bu park meneceri Popsun xoşuna gəlir. Onların digər iş yoldaşları artıq çəkili Masl Men və Beşlik ruhudur.
Let It Snow! Let It Snow! Let It Snow!
Let It Snow! Let It Snow! Let It Snow! və ya daha çox bilinən adıyla Let It Snow! 1945-ci ildə sözləri Semmi Kan, musiqisi Jüli Stayn tərəfindən yazılmış məşhur mahnı. Mahnı 1945-ci ilin iyun ayında Hollivudda yazlıb və Kaliforniyanın isti günlərindən birində lentə alınıb. Mahnı ilk dəfə Voqn Monronun ifasında, 31 oktyabr 1945-ci ildə lentə alınıb. Bundan sonra mahnının dünya turnesi başlayıb və mahnı dünyanın ən məşhur, dahi ifaçılarının repertuarına daxil olub. Hələ Voqn Monronun ifasında mahnı elə yazıldığı ildəcə Billboard hit paradının birinciliyinə yüksəlib və uzun müddət bu yerini qoruyub. Mahnının tarixçəsində sözsüz ki, ən sevilən və mükəmməl ifalardan biri Vudi Herman və Bob Krosbinin jazz qrupu tərəfindən 1945-ci ilin sonu, 1946-cı ilin əvvəllərində lentə alınan ifa olub.
Show Your Dance
Show Your Dance (Rəqsini Göstər) Rəqs Müsabiqəsi 02 sentyabr 2017-ci ildə yaranmışdır.Müsabiqə SYD-yə(Show Your Dance) üzv olan ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında keçirilir.Layihənin təşkilatçısı və rəhbəri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi Murad Süleymanlıdır.Müsabiqə "MS" Group Production tərəfindən ərsəyə gəlmişdir.İlk dəfə müsabiqə 26 dekabr 2017-ci ildə ADBTİA(Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) tələbələri arasında baş tutmuşdur.İkinci dəfə 04 may 2018-ci ildə musabiqə əhatəsini böyüdərək Universitetlər arası rəqs müsabiqəsinə çevrildi.ADBTİA müsabiqə ərzində ən çox qalib olmuş universitetdir.İki dəfə baş tutmuş müsabiqədə ən yüksək nəticə ADBTİA 2017-ci il "KSİNR 17-01" qrupuna məxsusdur. == Tarix == 02 sentyabr 2017-ci ildə Murad Süleymanlının hazırladığı layihə ADBTİA-nın rəhbərliyinə təqdim olunmuşdur.Rəhbərlik tərəfinən maraq yaranan bu layihənin keçirilməsinə icazə verilmişdir.Lakin ilk müsabiqə ADBTİA daxilində tələbələr arasında keçirilməsinə qərar verilmişdir. == Qaydalar == Müsabiqə yarandıqı günən qaydalarda bir sıra dəyişikliklər edilmişdir.Lakin müəyyən qaydalar dəyişilməz olaraq hələdə qalmalıdır. Rəqslər 4.00 dəq. keçməməlidir. Musiqi təşkilat komitəsinə müsabiqəyə 2 həftə qalmış təhvil verilməlidir.Təhvil verildikdən sonra dəyişdirilə bilməz. Müsabiqədə 2 iştirakçının rəqsi eynidirsə,hər 2 iştirakçıdan təşkilat komitəsinə sonuncu rəqsi təhvil verən dəyişməlidir. Universiteti təmsil edən qrupun tərkibindəki iştirakçıların sayı 10 nəfərdən çox olmamalıdır. Səs vermə 2 hissədən ibarətdir "İştirakçılar arası" və "Münsif" səsləri.İlk öncə iştirakçılar bir-birlərinə səslərini təqdim edir,daha sonra isə münsif səsləri ilə toplanaraq qalib bəlli olur. Səs vermə zamanı cüt rəqəmlərdən (2,4,6,8,10,12,14 və s.) istifadə olunur.(İlərləyən illərdə bu qayda üzüvlüklərə görə dəyişə bilər.
The Eminem Show
The Eminem Show Eminemin dördüncü stüdya albomudur. Albom 2002-ci ilin ən çox satan albomu oldu. 2003 Qremmi mükafatlarında İlin Albomu mükafatı üçün namizəd oldu və "Ən yaxşı rep albomu" mükafatını üst-üstə qazanan üçüncü albomu oldu. ABŞda 9.7 milyon nüsxə sataraq RIAA tərəfindən Almaz olaraq sertifikatlşdırılan albom, 20 milyondan çox nüsxə satıb. 2003-də Rolling Stone jurnalının Tarixin ən böyük 500 albomu siyahısında 317-ci sırada yer almışdır.
Bluetooth Low Energy
Bluetooth Low Energy, həmçinin Bluetooth LE, əvvəllər Bluetooth Smart — səhiyyə, fitness, mayaklar, təhlükəsizlik və ev əyləncəsi sahələrində yeni tətbiqlərə yönəlmiş, "Bluetooth Special Interest Group" (Bluetooth SIG) tərəfindən dizayn edilmiş və bazara çıxarılmış simsiz şəxsi şəbəkə texnologiyası. Klassik "Bluetooth"dan müstəqildir və uyğunluğu yoxdur, lakin "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) və LE birlikdə mövcud ola bilərlər. Orijinal spesifikasiya "Nokia" tərəfindən 2006-cı ildə "Wibree" adı altında işlənib hazırlanmışdır. 2009-cu ilin dekabrında "Bluetooth Low Energy" adı ilə "Bluetooth 4.0"a inteqrasiya edilmişdir. Klassik "Bluetooth" ilə müqayisədə "Bluetooth Low Energy" oxşar rabitə diapazonunu qoruyur. Bu, əhəmiyyətli dərəcədə azaldılmış enerji istehlakı və xərci təmin etmək üçün nəzərdə tutulmuşdur. iOS, "Android", "Windows Phone" və "BlackBerry", həmçinin "macOS", "Linux", "Windows 8", "Windows 10" və "Windows 11" daxil olmaqla mobil əməliyyat sistemləri lokal olaraq "Bluetooth Low Energy"ni dəstəkləyirlər. == Uyğunluq == "Bluetooth Low Energy" əvvəlki (çox vaxt "klassik" adlanır) "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) protokolundan fərqlidir, lakin iki protokolun hər ikisi bir cihaz tərəfindən dəstəklənə bilər. "Bluetooth 4.0" spesifikasiyası cihazlardan hər hansı birini, ya da LE və BR/EDR sistemlərinin hər ikisini həyata keçirməyə icazə verir. "Bluetooth Low Energy" klassik "Bluetooth" ilə eyni 2,4 GHz radio tezliklərindən istifadə edir.
European Computer Trade Show
.scot
.scot — Şotlandiyanın İnternet kodu.
Aloe
Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər.
Alov
Alov (film, 1979)
Blog
Blok
Blok (mexanika) — oxa nəzərən fırlana bilən çarx.
Bloq
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Eloy
Eloy – Almaniya proqressiv/psixodelik/kraut rok qrupudur. Qrup 1969-cu ildə Frank Bornemann tərəfindən yaradılmışdır. Qrup illər boyu çox üzv dəyişsə də Frank dəyişməz üzv olaraq qalmışdır. Eloy illərlə fəaliyyət göstərsə də 1998-ci ildəki Ocean 2 albomundan sonra məşhurlaşmışdır. Musiqi tərzi Pink Floyd, King Crimson, Yes qruplarının tərzinə yaxındır. == Adı == Qrupun adı H.G.Wells adlı yazarın The Time Machine (Zaman Maşını) kitabından götürülüb. Kitabda 800.000 il sonrakı dünyada yaşayan insan irqi Eloy adlanır.
Oslo
Oslo (norv. Oslo, 1624-cü ildən 1925-ci ilədək Kristianiya adlanıb) — Norveçin paytaxtı və ən böyük şəhəridir. Əhalisinin sayı 658.390 (1.403.268) nəfərdir (2018). Bunun 26%-ni immiqrantlar təşkil edir. Şəhərin əsası təxminən 1040-cı ildə Kral Harald III tərəfindən qoyulmuşdur. == Maraqlı yerləri == Akerhus qala-qəsri Norveç Mədəniyyət Tarixi Muzeyi (Norsk Folkemuseum) Silahlı Qüvvələr muzeyi Şəhər Darvazası – Nobel sülh mükafatı burada verilir. Tarix muzeyi Müasir sənətlət muzeyi Holmenkollen xizək tramplini – 1952-ci il Qış Olimpiya oyunlarının və Holmenkollen xizək festivalının keçirildiyi idman arenası Holmenkollen Xizək Muzeyi Kon-Tiki muzeyi Münk muzeyi Akerselva çayı Milli qalereya Norveç Dəniz Muzeyi Fram muzeyi-Fram gəmisinin nümayiş etdirildiyi muzey Oslo Şəhər Muzeyi Kral sarayı Heni-Onstad İncəsənət Mərkəzi Oslo (böyük) Kilsəsi Norveş Elm və Texnologiyalar Muzeyi Storting-parlament binası Vigeland parkı Vikinq Gəmi muzeyi Tryvannstårnet-tele-qülləsi == İqlimi == Ümumilikdə mülayimdir, qış və yay aylarını müqayisə etdikdə havanın temperaturu kəskin fərqlənmir. Orta illik temperatur göstəricisi – +5.3 °C-dir. İyul ayı üçün orta temperatur – +16.6 °C, yanvar ayı üçün isı bu göstərici – -5.8 °C təşkil edir. Atmosfer yağıntılarının miqdarı kifayət qədər yüksəkdir.
Plov
Plov və ya aş — düyü əsasında xörək. Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir.Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər". Plovun üstündən ya bir qab ayran içilir, ya bir fincan iskəncəbi.
Salo
Sа́lo — Heyvan mənşəli bərk piydir, heyvanların güclü qidalandığı dövrdə onların orqanizmində toplanıb yığılan yağ qatıdır. Salo heyvan orqanizmində yığılan, tərkibində yüksək miqdarda doymuş yağ turşrları olan qida ehtiyatlarıdır, kimyəvi tərkibi əsasən triqliceridlərdən ibarətdir. == Etimologiya == Salo praslavyan - qədim slavyan dilində sadlo sözündəndir. Sözün kökü «sad» — elə «садиться» (oturmaq, əyləşmək) sözündəki kimidir. == Tarix == Salo haqqında ədəbiyyatda ilk məlumata VII əsr Xəzər xanının yemək məclisinin təsviri verilən tarixi mənbələrdə rast gəlinir. İngilis tarixi və səyyahı Cayls Fletçer yazırdı ki, 1591-ci ildə Rusiyada, xaricə satmaq üçün, külli miqdarda salo hazırlanırdı. Ən yaxşı salo Smolensk, Yaroslavl, Uqlitck, Novqorod, Tver və Qorodetsk vilayətlərində hazırlanırdı. == Qida məhsulu olan salonun müxtəlif variantları == Salo təzə halda, duzlu, hisə verilmiş, qaynanmış, pörtülmüş və qızardılmış halda yeyilir. Duzlu və ya hisə verilmiş-duzlu donuz salosunu adlandırmaq üçün bəzən alman sözü olan Şpik (Speck) sözündən istifadə edilir. Lakin əhali arasında bu məhsul sadəcə olaraq, düzlu salo və ya hisə verilmiş salo adlandırılır.
Salon
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Salou
Salou (yun. Salauris) — İspaniyanın Taraqona vilayətində şəhər və qəsəbə.
Selom
Selom — Selom , əksər heyvanlarda əsas bədən boşluğudur və həzm sistemini və digər orqanları əhatə etmək və saxlamaq üçün bədənin içərisindədir. Bəzi heyvanlarda mezoteli ilə örtülmüşdür. Molyusklar kimi digər heyvanlarda da fərqlənməmiş olaraq qalır. == Etimologiya == Selom termini, qədim yunan κοιλία (koilía) sözündən əmələ gəlib, 'boşluq' deməkdir . == Tərkibi == === İnkişaf === Hamısı bağırsaqla bədənin xarici divarı arasındakı mezodermal boşluqdur. Embrionun inkişafı zamanı selomun formalaşması qastrulyasiya mərhələsində başlayır. Embrionun inkişaf edən həzm borusu əmələ gətirir. Başlanğıcda arxenteron əmələ gəlir və mezoderma iki qata bölünür: birincisi bədən divarına və ya ektoderma yapışaraq parietal təbəqə əmələ gətirir, ikincisi endoderma əmələ gətirir. Parietal təbəqə ilə visseral təbəqə arasındakı boşluq bütün və ya bədən boşluğu olaraq bilinir. == Mənşəyi == Selomun təkamül mənşəyi aydın deyil.
Alov-alov (teleserial, 2020)
Alov-alov — Ay Yapım yaradıcılığı, Türkiyə istehsalı olan teleserial. Fransa istehsalı Le Bazar de la Charite teleserialından uyğunlaşdırılmışdır.
Alov–alov (teleserial, 2020)
Alov-alov — Ay Yapım yaradıcılığı, Türkiyə istehsalı olan teleserial. Fransa istehsalı Le Bazar de la Charite teleserialından uyğunlaşdırılmışdır.
Elöd
Elöd (IX əsr, bilinmir – X əsr) — 7 macar qəbiləsindən biri olan Nyek qəbiləsinin başçısı. O qəbiləsini indiki Macarıstana doğru yönləndirmişdi və Balaton gölü ətrafında yurd salmışdı.
Şalom
Şalom (ivrit. שָׁלוֹם, Sülh) – İstanbulda yayımlanan həftəlik ictimai-siyasi qəzet. 29 oktyabr 1947-ci ildə yəhudi əsilli jurnalist Avram Leyon tərəfindən yaradılan qəzet Türkiyə yəhudilərinin yayım orqanıdır. Qəzet sefard dilində olan bir səhifəsi istisna olmaqla türk dilində çıxır. 2005-ci ildə orta hesabla gündə 5 000 ədəd tirajla çap edilmişdir. Qəzet hər həftənin çərşənbə günləri dərc olunur. Qəzetin baş redaktoru İvo Molinas, redaktoru Yakup Barokasdır. Qəzetin sahibi "Gözlem Gazetecilik Basın ve Yayın A.Ş." şirkətidir.