Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rudge
Eduard Rudge (ing. Edward Rudge; 27 iyun 1763, Solsberi, Uiltşir[d] – 3 sentyabr 1846) - İngilis botaniki. == Elmi əsərləri == 1811. A description of several species of plants from New Holland. Ed. R.Taylor. == Şərəfinə adlandırılmış taksonlar == Rudgea Salisb. onun şərəfinə adlandırılmışdır. Eləcə də aşağıdakı bitki növləri: Calyptrostylis rudgei Nees, Panicum rudgei Roem. & Schult.
Eduard Rudge
Eduard Rudge (ing. Edward Rudge; 27 iyun 1763, Solsberi, Uiltşir[d] – 3 sentyabr 1846) - İngilis botaniki. == Elmi əsərləri == 1811. A description of several species of plants from New Holland. Ed. R.Taylor. == Şərəfinə adlandırılmış taksonlar == Rudgea Salisb. onun şərəfinə adlandırılmışdır. Eləcə də aşağıdakı bitki növləri: Calyptrostylis rudgei Nees, Panicum rudgei Roem. & Schult.
Edward Rudge
Eduard Rudge (ing. Edward Rudge; 27 iyun 1763, Solsberi, Uiltşir[d] – 3 sentyabr 1846) - İngilis botaniki. == Elmi əsərləri == 1811. A description of several species of plants from New Holland. Ed. R.Taylor. == Şərəfinə adlandırılmış taksonlar == Rudgea Salisb. onun şərəfinə adlandırılmışdır. Eləcə də aşağıdakı bitki növləri: Calyptrostylis rudgei Nees, Panicum rudgei Roem. & Schult.
Rafflesia tuan-mudae
Rafflesia tuan-mudae (lat. Rafflesia tuan-mudae) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Sümürgə
Sümürgə (lat. Asplenium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinə aid bitki cinsi.
Kəsik sümürgə
Kəsik sümürgə (lat. Asplenium incisum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Tükvari sümürgə
Tükvari sümürgə (lat. Asplenium trichomanes) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. == Sinonimləri == Asplenium melanocaulon Willd. Asplenium trichomanes subsp. trichomanes Chamaefilix trichomanes (L.) Farw.
Skolopendraşəkilli sümürgə
Skolopendraşəkilli sümürgə (lat. Asplenium scolopendrium) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. == Sinonimləri == Asplenium altajense (Kom.) Grubov Asplenium sarelii f. altajense Kom. Phyllitis japonica Kom. Phyllitis scolopendrium (L.) Newman == Növləri == == Yarpaq == Yarpaq ayası xətvari-neştərşəkilli, tamkənarlı, qalındərili, çılpaqdır, qaidə hissəsi ürəkşəkilli olub, saplağı qısadır; saplaqları təpə hissədə gərilmiş, açıq-qonur rəngli dəriciklə ortülüdür. == Sorus == Soruslar bir-birinə paralel cərgələrlə yerləşmişlər, adətən yarpaq ayasının kənarına və yarpağın orta damarına qədər gəlib çatmır. Sporlar qonurdur, böyrəkşəkillidirlər. Çoxillikdir. == Sporlaması == İyul-Avqust.
Qara sümürgə
Qara sümürgə (lat. Asplenium adiantum-nigrum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 8-45 sm olan bitkidir. Qurumuş yarpaqların saplaqlarının qalıqlarını üzərində daşıyan kökümsovu qısadır. Yarpaqları görünüşünə görə neştərvari və ya üçkünc-ovaldır, sivriləşmiş və parlaqdır. Yarpağın saplağı dairəvi və ya şırımlıdır, yuxarı hissəsi yaşılımtıl və yaxud qırmızımtıl-qonur, aşağı hissəsi qara və ya qırmızımtıl-qara rəngdədir. Birinci cərgənin seqmentləri uzanmış-oval, pazşəkillidir, saplaq üzərindədir, ikinci cərgənin seqmentləri isə uzunsov-ovaldır, qaidə hissəsi pazşəkilli, axırıncı dilimləri sivri-dişlidir. Sporları xətvaridir, örtükləri tamkənarlıdır. İyul-avqust aylarında sporlayır. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk.
Əhməd Şmide
Əhməd Şmide (7 dekabr 1935-10 oktyabr 2010)—ədəbiyyatşünas. == Həyatı == Əhməd Şmide 1935-ci ilin 7 dekabrında Berlində dünyaya gəlmişdir. 19 yaşında islam dinini qəbul etmiş Əhməd bəy gənc yaşlarından türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin tarixinə, mədəniyyətinə böyük maraq göstərmiş, ömrü boyu ədəbi abidələrimizi tədqiq etmişdir. Əhməd Şmide uzun illər Azərbaycan ədəbiyyatının incilərini, şifahi xalq ədəbiyyatı nümunələrini alman dilinə tərcümə etmiş, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi Almaniyada təbliğ etmişdir. O Almaniyada "Daşa dönmüş şəhər", "Xoruz ilə padşah" adlı Azərbaycan nağılları toplularını, "Kitabi-Dədə Qorqud" boylarını, Bəxtiyar Vahabzadənin "Azərbaycan oğluyam", "Musiqim Qarabağdır", "İkinci səs" adlı kitablarını tərcümə edərək çap etdirmişdir. Xüsusilə onun tərcüməsində Almaniyada nəşr edilmiş "Kitabi-Dədə Qorqud" gözəl bədii tərtibatı ilə diqqəti cəlb edir. Əhməd Şmide Türkiyədə də ədəbiyyatımızı təbliğ etmiş, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin şeirlərini Türkiyə türkcəsində çapa hazırlamış, Azərbaycan mətbuatında ədəbiyyatımıza, tariximizə dair məqalələri ilə çıxış etmişdir. Əhməd Şmide son illərdə Qarabağ həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüş, ermənilərin torpaq iddialarına, işğalçılıq siyasəitinə qarşı kəsərli cavablar vermişdir. Görkəmli alim AMEA M.füzuli adına Əlyazmalar İnstitutu ilə də əlaqələr saxlayır, araşdırmaları zamanı tapdığı maraqlı əlyazmalar barədə xəbər verirdi. O, Şərq əlyazmaları kitabxanalarından birində tapdığı "Oğuznamə" adlı yazılı abidənin surətini əldə edərək Əlyazmalar İnstitutuna göndərmiş, əsər Bakıda nəşr edilmişdir.
Mügə Anlı
Mügə Anlı (türk. Müge Anlı) — Türkiyəli prodüser, jurnalist və televiziya aparıcısı. == Həyatı və karyerası == Mügə İhsan qızı Anlı 19 dekabr 1973-cu ildə İstanbul şəhərində anadan olmuşdur. Ali təhsilini Mərmərə Universitetində, magistr təhsilini isə Kadir Has Universitetində almışdır. Televiziya həyatında ilk olaraq, şou-proqramla başlamışdır. Daha sonra 2006-cı ildə "Dobra Dobra" proqramında aparıcılıq etmişdir. 2008-ci ildən indiyədək ATV kanalında "Müge Anlı ile Tatlı Sert" realiti şousunda aparıcılıq edir. === Şəxsi həyatı === 1999-cu ildə jurnalist Burhan Akdağ ilə evlənmiş, 2008-ci ildə boşanmışdır. İkilinin bu evlilikdən bir qızı vardır.
Süqe toyon
Süqe Toyun (Saxa türkcəsi "Sayın Balta"), Saxa türk mifologiyasında ildırım tanrısı olub Ayığ kateqoriyasına aiddir. Bəzən üçlü ali yaradanın üçüncüsü olaraq bilinir. XVIII əsrin birinci yarısında Saxa türklәrinin bütün qəbilələri, bir neçə ali tanrılardan biri olaraq ona hörmət edirdilər. Ehtimal ki, başlanğıcda Süqe Toyun ildırımın ruhu kimi sayılırdı, amma nəticədə Abası adlandırılan pis ruhları təqib edən ilah kimi hesab olunmağa başladı. Əfsanəyə görə göy gurultusu onun atının dırnaqlarının taqqıltısıdır və ildırım onun baltasıdır, bəzi əfsanələrdə, göy üzündə və Yer kürəsində onu təqib edən pis ruhları vurur. Bundan əlavə, mal-qaraların qoruyucusu olub uşaqları, buzovları və dayçaları insanlara göndərir. Saxa türklərinin təsəvvürlərinə görə, ildırımla vurulmuş ağacın altında daş göz muncuğu və xoşbəxtliyi verən ildırımın baltasını taparlar. Ümumiyyətlə, saxa türklərinin həyatında bu tanrı heç bir rol oynamamışdır. Süqe Toyun mirasının tək qalığı arçı mərasimində ağacın ildırımıyla bölünmüşdən tilişkələrdən istifadədir. Bir çox ləqəbə malikdir; "acıqlı müdir", "cəld qoçağı" və s.
Fatma Müge Göçek
Fatma Müge Göçek (1950, İstanbul) — Türkiyə sosioloqu və Miçiqan Universitetinin professoru. == Əsərləri == Göçek, Fatma Müge. East Encounters West: France and the Ottoman Empire in the Eighteenth Century (ingilis). Oxford University Press. 1987. ISBN 978-0-19-536433-0. Gocek, Fatma Muge; Shiva, Balaghi, redaktorlar Reconstructing Gender in Middle East: Tradition, Identity, and Power (ingilis). Columbia University Press. 1995. ISBN 978-0-231-51391-3.