Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Philosophical Transactions of the Royal Society
Philosophical Transactions of the Royal Society Royal Society tərəfindən nəşr olunan elmi jurnaldır. Onun ilk nömrəsi 6 mart 1665-ci ildə nəşr olunmuşdur və o zaman cəmiyyətin katibinin şəxsi təşəbbüsü olmuşdur. Jurnal yalnız elmi məzmunlu ilk jurnal olmağı ilə bərabər, hələ də nəşr olunmaqda olan ən qədim elmi jurnaldır. 1752-ci ildə cəmiyyətin rəsmi nəşri olmuşdur.
Societa Sportivo Calcio Napoli
Società Sportiva Calcio Napoli — İtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984–1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2013–2014 mövsümünü 3-cü olaraq bitirmişdir. Napoli, 1986–1987 və 1989–1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 1990-cı ildə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988–1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. İllik gəlir baxımından İtaliyada 5-ci dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.400.000 € olmuşdur. == Tarixi == 2000–2001-ci il mövsümünü İtaliya A Seriyasında 36 xalla 17-ci bitirən Napoli İtaliya B Seriyası liqasına düşdü. 2001–2002 mövsümündə yüksək liqaya qalxa bilməyən klub, 2002–2003 mövsümündə son anda bir alt liqaya düşməkdən xilas olsa da 2003–2004 mövümündə maliyyə problemləri üzündən adını itirir və Napoli Soccer olaraq olaraq İtaliya C1 Seriyası liqasına düşürülür, 2004–2005-ci il mövsümündən isə İtaliya C1 Seriyası liqasında yarışa başlayır.
LGA 1366 socketi
SŞS 3166 (ing. land grid array 3166, həmçinin B Soketi (ing. Socket B) adı ilə də tanınır) — Intel tərəfindən istehsal olunmuş mərkəzi prosessor soketi. Masaüstü və yüksək keyfiyyətli performans seqmentlərində LGA 775-in xələfi hesab olunur.
Great Soviet Encyclopedia
Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqında nəşr edilmiş ən məşhur və tam ensiklopediyadır. Məqalələrin sayı 100 mindir. BSE üç dəfə nəşr edilmişdir. Birinci nəşr: 65 cild və əlavə nömrəsiz cild — SSRİ, 1926-1947 İkinci nəşr: 49 cild və əlavə cild №50, №51, №52 — SSRİ, 1949-1960 Üçüncü nəşr: 30 cild və əlavə cild №24 — SSRİ, 1969-1978. "Əlifba üzrə adların göstəricisi" adı ilə 1981-ci ildə nömrəsiz əlavə cild nəşr edilmişdir.Hər 3 nəşr "Sovet ensiklopediyası" (rus. "Советская энциклопедия") nəşriyyatı tərəfindən nəşr edilmişdir.