Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Borrou
Barrou (ing. Barrow) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sirroz
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Serros
Serros (isp. Cerros) — arxeoloji ərazi, indiki Belizin şimalında keçmiş Mayya yaşayış məntəqəsi. Bu, son klassik dövrdən postklassik dövrlərə qədər fəaliyyət göstərmişdir. Ərazi öz zirvəsinə Mesoamerikada gec preklassik erada çatmışdır və onun zirvəsində əhalinin sayı təxminən 1,089 nəfər idi. == Təsviri == Sahənin mərkəzi körfəzlə birbaşa bitişikdir və bir neçə nisbətən böyük strukturlardan və pilləli piramidalardan, akropol kompleksindən və iki top meydançasından ibarətdir. Sahənin cənub tərəfində sahənin mərkəzi hissəsini və bir neçə təpəni əhatə edən ayparaşəkilli kanallar şəbəkəsi var. Yaşayış strukturları kanaldan kənarda davam edir, ümumiyyətlə cənub-qərbə və cənub-şərqə doğru ayrılır; qaldırılmış sahələr kanal sistemindən kənarda da mövcuddur.
Arrow
Arrow, İsrailin təkmilləşdirdiyi anti-ballistik raket sistemidir. Bu sistem qısa və orta mənzilli döyüş raketlərinə qarşı müdafiə imkanları verir. İsrail və ABŞ tərəfindən müştərək olaraq maliyyələşdirilən bu sistemin yaradılması işinə 1986-cı ildən başlanılmışdır. İsrail Müdafiə Nazirliyi və ABŞ Raketdən Müdafiə Təşkilatının nəzarəti altında, İsrail Aviasiya və Kosmik Sənaye (IAI) ilə Boeing tərəfindən layihə davam etdirilir. Testləri edilib qurtaran və istehsalına başlanılan Arrow 1 döyüş raketinin ardınca Arrow 2 rakelərinin yaradılmasına başlanılmışdır. Arrow, indiyə qədər mövcud olmuş ən təkmilləşdirmiş anti-ballistik raket sistemi proqramlarından biri hesab olunur. Daha inkişaf etdirilmiş modeli olan Arrow 3 isə 2013-cü ilin fevral ayında bazara çıxarılmışdır. Təkmilləşdirmə proqramına təxminən 3 milyard ABŞ dolları xərclənmişdir. Hal-hazırda bir döyüş raketinin qiyməti 3 milyon dollardır. İsrailin Azərbaycana satdığı silahların arasında "ARROW" raketdən müdafiə sistemi və bu sistemin tərkib hissəsi olan “Green Pine” (“Qartal şüası”) erkən xəbərdarlıq radar kompleksi xüsusi çəkiyə malikdir.
Sorqo
Sorqo (lat. Sorghum) — qırtıckimilər ailəsindən olan birillik və çoxillik cinsləri olan ot bitkisi. Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avropa və Avstraliyada yayılmışdır. Sorqo şoranlığa, quraqlığa qarşı davamlı olmaqla pöhrə vermək qabiliyyətinə məxsusdur. Bu üstün cəhətlər onu dağ və aran rayonlarında yetişdirib yaşıl və qaba yem kimi istifadə olunmasına imkan verir. Sorqo qağıdalı, buğda, arpa, vələmir və s. bitkilərə nisbətən 2–3 dəfə az su tələb edir. O, çox qidalı bitkidir, tərkibində 70% nişasta, 12% zülal, 3,5% yağ vardır. Sorqo bitkisindən 800–900 sen yaşıl kütlə, 30–35 sen dən məhsulu almaq mümkündür. Qarışıq əkində məhsuldarlıq 20%-dan artıq olur.
Survival horror
Survival horror (hərfi tərcüməsi survival – sağ qalmaq, horror – qorxu, dəhşət) — 1990-cı illərin sonlarında meydana gəlmiş kompüter oyunu janrı. Bu janrda olan oyunların əsas xüsusiyyətləri mistik personajlar, qorxu, düşündürücü tapşırıqlar, gözlənilməzliklər və s. ola bilər. Oyunun baş qəhrəmanları daim ölümlə üz-üzə qalır və digər oyunlardakı kimi kimisə öldürmək və ya xilas etmək yox, düşdüyü çətin vəziyyətdən (məkandan) sağ qurtula bilməkdir.
Corc Soros
Corc Soros (12 avqust 1930[…], Budapeşt) — Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantropdur. "Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusu və bazar fundamentalizmi nəzəriyyəsinin düşmənidir. Fəaliyyəti bir sıra ölkələrdə birmənalı qarşılanmır. Maliyyə möhtəkiri kimi də ad çıxaran Corcun ləqəbi "İngiltərə bankını dağıdan şəxs"dir. Nüfuzlu "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən zəngin şəxsləri arasında onun adı 29-cu sırada göstərilib. C. Sorosun sərvəti 29 milyard $ məbləğində qiymətləndirilir. Tanınmış filantrop 1979-cu ildən indiyə qədər xeyriyyə işlərinə 6 milyard dollar xərcləyib. Hal-hazırda o, "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəridir. Həmçinin, o, ABŞ-nin Xarici Əlaqələr Komissiyasının Direktorlar Şurasının keçmiş üzvüdür. Digər tərəfdən, C. Soros Amerika İnkişaf Mərkəzinin üç qurucusundan biridir.
AIM-7 Sparrow
AIM-7 Sparrow — ABŞ istehsalı olan orta mənzilli, siqnallarını yarı aktiv radarlardan qəbul edən hava-hava raketidir. Sparrow və onun törəmələri 1950-ci illərin sonundan 1990-cı illərədək Qərb blokunun fasilələrlə əyani olaraq orta mənzilli hava-hava raketləri idi. Tədricən AIM-120 AMRAAM ilə əvəz edilmişdir və hələ də istifadə olunur. Lülə çapı 200 mm, partlayıcı maddə növü yüksək patlayıcılı parçalanma, partlayıcı ağırlığı 40 kq (AIM-7F/M), əməliyyat mənzili 11 km (AIM-7C), 32 km (AIM-7D), 45 km (AIM-7E/E2), 70 km (AIM-7F/M/P), maksimum sürəti 2.5 mach (AIM-7A/B) – 4 mach (AIM-7C/E/F), təşkil edir.
Cozef A. Porro
Cozef A. Porro (ing. Jozeph A. Porro) – ABŞ kino rəssamıdır.
Flash vs. Arrow
Fleş Oxa qarşı (ing. Flash vs. Arrow) – The CW telekanalında yayımlanan və DC Comics personajları əsasında yaradılmış Ox Kainatında baş tutan ənənəvi korossoverlərdən birincisi. Krossover “Fleş” və “Ox” teleserialları arasında baş tutmuşdur. Krossover hadisəsi 2 dekabr 2014-cü ildə “Fleş” teleserialının “Fleş Oxa qarşı” adlanan səkkizinci seriyası ilə başlamış və “Ox” teleserialının növbəti gün yayımlanan “Məğrur və kobud” adlı səkkizinci seriyası ilə davam etdirilmişdir. Krossoverdə Fleş komandası (Barri Allen/Fleş, Keytlin Snou və Sisko Ramon) cinayətkar Kapitan Bumeranqın həbs edilməsində Ox komandasına (Oliver Kuin/Ox, Felisiti Smok, Con Diql), Ox komandası isə metainsan Roy Bivolonun tutulmasında Fleş komandasına kömək edir. İki teleserial arasında korssoverin baş tutacağı 2014-cü ilin iyulunda Barri Allenin “Fleş” serialının debütündən əvvəl “Ox”un ikinci mövsümündə təqdim edilməsindən sonra elan olunmuşdu. Bundan sonra sentyabrda hər iki seriya üçün ssenari yazılması tamamlanmış, 2014-cü ilin oktyabrında isə çəkilişlərə başlanılmışdır. Krossover seriyalarında hər iki serialın əsas aktyor heyətinə daxil olan bütün aktyorlar iştirak etmişdir. Seriyalar tənqidçilər tərəfindən müsbət qəbul edilmiş, şən və fanların istədiyi hər şeyi əks etdirən adlandırmışlar.
Məhəmməd Mian Somro
Məhəmməd Mian Somro (19 avqust 1950, Kəraçi, Sind[d]) — Pakistan İslam Respublikasının 10-cu prezidenti.Soomro, 1923-cü ildən bəri milli siyasətdə fəal olan Sindhi feodal ailəsində anadan olub. Atası, mərhum Əhməd Mian Soomro, Qərbi Pakistan Məclisi sədrinin müavini və Senatın üzvü idi və Senat Komitə Sistemlərinin qurulmasına kömək edirdi. O, başqa bir siyasətçinin xan Bahadur Hacı Molla Bux Samro-nun nəvəsidir. 2007-ci il 16 Noyabr — 25 Mart 2008-ci il tarixlərində Ümumi Seçkilərə nəzarət etmək üçün Pakistanın Baş naziri idi və 2008-ci il Avqustun 18-də Pərviz Müşərrəf istefa verdikdən sonra Pakistanın 3-cü Prezident vəzifəsini icra etdi. == Siyasi Karyerası == Beynəlxalq səviyyədə tanınan peşəkar bir bankir olan Samro həm ölkə daxilində, həm də xaricdə milli və beynəlxalq təşkilatlarda müxtəlif yüksək vəzifələr tutmuşdur. Böyük banklar üçün də mühüm vəzifələrdə çalışmışdır: Amerika Bankı Yəmən Beynəlxalq Bankının baş meneceri və baş icraçı direktoru: Bəhreyn Faysal İslam Bankı: MCB Bank: Rəsmi Pakistanın Kənd Təsərrüfatı İnkişaf Bankı kimi tanınan Zarai Taraqiati Bank Limited: Federal Kooperativ Bankı: Pakistan Milli Bankının prezidenti Samro bu təşkilatlarla işlədiyi müddətdə qazandığı uğurlar üçün böyük bir rəğbət qazanıb. Pakistanda mikrokredit bankçılığının qurulmasında da mühüm rol oynamışdır. O, həmçinin Shell Pakistan şirkətinin idarə heyətində mühüm bir vəzifə tutmuşdur. === Qubernatorluq === Samro'nun dövlət qulluğu vəzifəsi 25 May 2000-ci ildə Sind valisi təyin edilməsindən sonra başladı. === Senatın Sədri === Samro Senat seçkilərində iştirak etmək üçün 26 dekabr 2002-ci ildə Sind Qubernatoru vəzifəsindən istefa etdi.
Serro Porteno FK
Serro Porteno (isp. Club Cerro Porteño) - Asunsyon şəhərindən bir Paraqvay futbol klubu. Ölkədə ən güclü klublardan biridir. 32 dəfə ölkə çempionu olmuşdur. == Tarixi == Serro Porteno 1 oktyabr 1912-ci ildə Susana Nunez və futbol oynamaq istəyən bir qrup gənc tərəfindən quruldu. XX əsrin əvvəllərində ölkə iki - Kolorado və Liberal Partiyaya bölündü. Bu partiyaların rəmzləri müvafiq olaraq qırmızı və göy rəng idi. Bu rənglər ən azından futbolda cəmiyyəti barışdırmaq məqsədi ilə Serro Portenonun qurucuları tərəfindən seçilmişdir. Sonradan, ağ rəng Paraqvay bayrağının bütün rənglərinə tamamilə uyğun gəlmək üçün əlavə olundu.
Sevi-Sorru-Çinarka
Sevi-Sorru-Çinarka (kors. Sevi-Sorru-Cinarca) — Cənubi Korsika departamentinin, Korsika reionunun 11 kantonlarından biri. INSEE kanton kodu - 2A10. Kanton Ayaçço rayonunda yerləşir . Kanton 2015-ci ildə yaradıldı. Sevi-Sorru-Çınarka, departamentin ən böyük sahəsi olan, lakin ən az məskunlaşmış kantonudur. == Tarixi == 17 may 2013 tarixli qanuna və 14 fevral 2014 tarixli qərarına görə, Cənubi Korsika departamentində kantonların sayı 22-dən 11-ə endirildi. 2015-ci il seçkilərində bölmələrin kantonlara yeni bölgə bölgüsü qüvvəyə girdi. Beləliklə, Sevi-Sorru-Çınarkanın kantonu 2015-ci il martın 22-də formalaşmışdır. De-Sevi (9 kommun), Kruzini-Çınarka (13 kommun) və De-Sorru (11 kommun).
If I Were Sorry
If I Were Sorry (azərb. Əgər üzgün olsaydım‎) — İsveçin 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Frans "If I Were Sorry" mahnısı ilə İsveçi Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Oskar Foqelström, Maykl Saksell, Fredrik Andersson və həm də Frans Yeppsson Vall tərəfindən bəstələnmişdir.
Avro Canada CF-105 Arrow
Avro Canada CF-105 Arrow, yelkən qanadlı supersonik (səsdən daha sürətli) bir qırıcı hərbi təyyarədir. Onun dizayneri və istehsalçısı Ontario (Kanada) regionundakı Malton şəhərində yerləşən Avro Canada şirkətidir. Dizayn işləri 1953-cü ildə başlamışdır. Arrow və eyni vaxtda Orenda Iroquois reaktiv mühərrikləri işi 1959-cu ildə anidən dayandırılmışdır. Bu vəziyyət uzun və çox ciddi siyasi müzakirələrə səbəb olmuşdur. Təyyarənin 5 sınaq modeli və hissələri sonradan məhv edilsə də, unudulmaz xatirələri ilə Kanadada bir növ əfsanəyə çevrilmişdir. İstehsalı dayandırıldıqdan sonra gizli şəkildə alınan bir prototipin olduğu və yaxşı vəziyyətdə saxlanıldığı barədə şayiələr yayılsa da, bunu təsdiqləyən bir dəlil yoxdur. Arrowun tələsik məhv edilməsi Amerikanın bu işdə əli olduğu düşüncələrini ortaya çıxarmışdır. Həqiqətən də, Avro Canada mühəndis və texniki işçilərinin əksəriyyəti beyin axınını başladaraq ABŞ-yə getmiş, NASA-nın Merkuri layihəsi, Gemini layihəsi və Apollon proqramı kimi insanlı kosmik gəmi layihələrində qabaqcıl mühəndislər, menecerlər və rəhbərlər olmuşdurlar.
Şopron
Şopron (mac. Šopron) — Macarıstanda şəhər. Avstriyanın sərhədində, Noyzidler gölünün yaxınlığında yerləşir. == Tarixi == Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi bir dövrdə Osmanlı türkləri 1529-cu ildə şəhərə hücum elədilər, lakin işğal etmədilər. İşğal olunmuş ərazilərdə məskunlaşan insanların əksəriyyəti Şoprona qaçdı və beləcə şəhərin əhəmiyyəti artdı. 1676-cı ildə Şopron şəhəri böyük bir yanğın nəticəsində tamamilə xaraba qaldı. Bu gün şəhərdə Barokko memarlığı üslubunda binalar çoxluq təşkil edir. Şopron şəhəri İkinci Dünya müharibəsi zamanı bir sıra hücumlara məruz qaldı. Nazi Almaniyası və onların Macarıstandakı müttəfiqləri şəhərdəki bütün yəhudi vətəndaşlarını və bəzi solçu işçiləri ölüm düşərgələrinə göndərərək öldürürdülər və şəhəri davamlı olaraq bombalayırdılar. Sovet İttifaqının Qırmızı Ordusu 1945-ci ilin 1 aprel tarixində şəhəri ələ keçirmişdir.
Şorgöl
Şorgöl (Bünab) Şorgöl (Biləsuvar) Şor Göl (Salmas) Şorgöl — Ağcabədi rayonu ərazisində süni təpə. Hündürlüyü 10 m. Şorgöl — Ağcabədi rayonu ərazisində göl. Mil düzündədir; Şorgöl — Bakı şəhəri Suraxanı rayonu ərazisində göl.
Şorgöl (Biləsuvar)
Şorgöl (fars. شورگل‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 650 nəfər yaşayır (126 ailə).
Şorgöl (Bünab)
Şorgöl (fars. شورگل‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 516 nəfər yaşayır (110 ailə).
Şorgöl (Meşkinşəhr)
Şorgöl (fars. شورگل‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (38 ailə).
Dyör-Moşon-Şopron (medye)
Dyör-Moşon-Şopron (mac. Győr-Moson-Sopron) — Macarıstanın şimal-qərbində yerləşən medye. İnzibati mərkəzi — Dyör. Dyör-Moşon-Şopron medyesi Burqenland (Avstriya), Bratislav, Trnavsk və Nitransk bölgələri ilə (Slovakiya), Komarom-Esterqom, Vesprem və Vaş medyeləri ilə sərhəddir. == Demoqrafiyası == == Qalereya == == Yaraşlara bölünməsi == 2013-cü il 15 iyul tarixindən Macarıstanda medye ərazilərin yaraşlara bölünməsi qüvvəyə girmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Dyör-Moşon-Şopron (medye) ilə əlaqəli mediafayllar var.