Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sosialistlər fraksiyası (AXC)
Sosialistlər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fraksiyalarından biri. Əhməd bəy Pepinov və Səməd ağa Ağamalıoğlu maliyyə-büdcə komissiyasında, Bağır Rzayev təsərrüfat komissiyasında, Əhməd bəy Pepinov, Bağır Rzayev, Qasım bəy Camalbəyov, Rza bəy Qaraşarov Məclisi-Məbusan çağırılması üzrə Mərkəzi Komissiyada, İbrahim Əbilov və Hacı Kərim Sanılı redaksiya, aqrar, həmçinin sorğu komissiyalarında fəaliyyət göstərirdilər. Səməd ağa Ağamalıoğlu aqrar komissiyanın sədri idi. Sosialistlər fraksiyasının bəyannaməsində yeni hökumətin koalision olması və demokratik prinsiplərə əsaslanması tələbi qoyulurdu. Bəyarmamədə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qorunması və demokratiyanın təsdiqi hökumətin başlıca vəzifəsi kimi müəyyənləşdirilirdi. Fəhlə məsələsinin həlli üçün 8 saatlıq iş gününün tətbiqi, inqilab dövründə fəhlələrlə bağlanmış müqavilələrin qüvvədə qalması, fəhlə təşkilatlarına dövlət tərəfindən maddi yardım göstərilməsi kimi tədbirlərin görülməsi təklif olunurdu. Aqrar məsələ ilə bağlı torpaq komitələri yaradılması nəzərdə tutulurdu. Bəyannamədə "qadınların haqq və səlahiyyəti kişilərlə bərabər olmaqdır", — fikri xüsusi vurğulanırdı. Xarici siyasət sahəsində qonşu dövlətlərlə, Avropa ilə ən geniş əlaqələr qurulmasının vacibliyi qeyd edilirdi. Sosialistlər fraksiyası Müsəlman Sosialist Bloku və Hümmət Partiyası çərçivəsində fəaliyyət göstərən azərbaycanlı sosial demokratları, eser (Xalqçı Partiyası) və menşevikləri (Hümmət Partiyası) birləşdirərək, parlamentin sol cinahını təşkil edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Sosialistlər fraksiyası
Sosialistlər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fraksiyalarından biri. == Haqqında == Əhməd bəy Pepinov və Səməd ağa Ağamalıoğlu maliyyə-büdcə komissiyasında, Bağır Rzayev təsərrüfat komissiyasında, Əhməd bəy Pepinov, Bağır Rzayev, Qasım bəy Camalbəyov, Rza bəy Qaraşarov Məclisi-Məbusan çağırılması üzrə Mərkəzi Komissiyada, İbrahim Əbilov və Hacı Kərim Sanılı redaksiya, aqrar, həmçinin sorğu komissiyalarında fəaliyyət göstərirdilər. Səməd ağa Ağamalıoğlu aqrar komissiyanın sədri idi. Sosialistlər fraksiyasının bəyannaməsində yeni hökumətin koalision olması və demokratik prinsiplərə əsaslanması tələbi qoyulurdu. Bəyarmamədə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qorunması və demokratiyanın təsdiqi hökumətin başlıca vəzifəsi kimi müəyyənləşdirilirdi. Fəhlə məsələsinin həlli üçün 8 saatlıq iş gününün tətbiqi, inqilab dövründə fəhlələrlə bağlanmış müqavilələrin qüvvədə qalması, fəhlə təşkilatlarına dövlət tərəfindən maddi yardım göstərilməsi kimi tədbirlərin görülməsi təklif olunurdu. Aqrar məsələ ilə bağlı torpaq komitələri yaradılması nəzərdə tutulurdu. Bəyannamədə "qadınların haqq və səlahiyyəti kişilərlə bərabər olmaqdır", — fikri xüsusi vurğulanırdı. Xarici siyasət sahəsində qonşu dövlətlərlə, Avropa ilə ən geniş əlaqələr qurulmasının vacibliyi qeyd edilirdi. Sosialistlər fraksiyası Müsəlman Sosialist Bloku və Hümmət Partiyası çərçivəsində fəaliyyət göstərən azərbaycanlı sosial demokratları, eser (Xalqçı Partiyası) və menşevikləri (Hümmət Partiyası) birləşdirərək, parlamentin sol cinahını təşkil edirdi.