SOSİAL-DEMOKRATİYA

социал-демократия (ХIХ лагьай виш йисарин эхирда арадал атай социалистрин партийрин умуми тӀвар).
SOSİAL-DEMOKRATİK
SOSİAL-DEMOKRATİZM
OBASTAN VİKİ
Sosial-demokratiya
Sosial-demokratiya — reformist və tədrici metodları ilə birlikdə demokratik toplumçuluğu qurmağı hədəfləyən siyasi ideologiyadır. Digər bir təsvir olaraq sosial-demokratiya bəşəri dəyərlərlə əlaqəli olaraq vətəndaşların fərqi və ictimai ehtiyaclarını təmin etməyi hədəfləyən dövlət və ya bu yöndəki siyasi cərəyan və kapitalist iqtisadiyyat içində ortaqlaşaraq uyğunlaşma şəraiti olaraq da təsvir edilməkdədir. Qərbi və Şimali Avropada XX əsrin ikinci yarısından sonra nəzərə çarpan formada görülməyə başlayan ictimai modellər və iqtisadi siyasətlərin nəzərdə tutulduğu model daha çox bu formadadır. Bur başqa təsvir formasına görə sosial-demokratiya kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem içində qəbul edilə bilən səviyyəyə salmağı məqsəd kimi qəbul edən siyasi ideologiyadır. II İnternasionalda ortaya çıxan yenidən formalaşdırmaçılar və inqilabçı sosialistlər arasındakı bölünmənin ardından sosial-demokratlar kapitalizmin irəliləmə müddəti içində sosialist iqtisadiyyata dönüşdürülməsini müdafiə etdilər. Sosial-demokratiya düşüncəsi tək qabul edilə bilən hökumət formasının hüququn üstünlüyü altındakı nümayəndəli demokratiya olduğunu irəli sürməkdədir. Demokratik qərar alma mexanizmasını genişlədərək siyasi demokratiyanın fövqünə istidadi demokratiyaya qədər, iş gücü ilə işçilərin və digər iqtisadi pay sahiblərinin yetərli miqdarda birlikdə qərar alma haqqlarını irəlilətməyi məqsəd kimi qəbul edər. Kapitalizmin səbəb olduğu sosial bərabərsizlik, yoxsulluq və müxtəlif qruplrın haqsız davranışlarına qarşı çıxarkən digər yandan tamamilə planlı bazar iqtisadiyyatına ya da tamamilə nəzarətsiz bazar iqtisadiyyatına qarşı çıxır. Sosial-demokratiya sentikalist işçi hərəkatı ilə yaxın bir əlaqədədir və iş gücü ilə işləyən işçilər və sahibkar arasında toplu görüşmə üsulunu dəstəkləyir. Sosial-demokratik partiyaların böyük çoxluğu Sosialist İnternasionalı ilə yaxın əlaqədədir.
Sosial demokratiya
Sosial-demokratiya — reformist və tədrici metodları ilə birlikdə demokratik toplumçuluğu qurmağı hədəfləyən siyasi ideologiyadır. Digər bir təsvir olaraq sosial-demokratiya bəşəri dəyərlərlə əlaqəli olaraq vətəndaşların fərqi və ictimai ehtiyaclarını təmin etməyi hədəfləyən dövlət və ya bu yöndəki siyasi cərəyan və kapitalist iqtisadiyyat içində ortaqlaşaraq uyğunlaşma şəraiti olaraq da təsvir edilməkdədir. Qərbi və Şimali Avropada XX əsrin ikinci yarısından sonra nəzərə çarpan formada görülməyə başlayan ictimai modellər və iqtisadi siyasətlərin nəzərdə tutulduğu model daha çox bu formadadır. Bur başqa təsvir formasına görə sosial-demokratiya kapitalizmin səbəb olduğu bərabərsizlik və ədalətsizlikləri demokratik sistem içində qəbul edilə bilən səviyyəyə salmağı məqsəd kimi qəbul edən siyasi ideologiyadır. II İnternasionalda ortaya çıxan yenidən formalaşdırmaçılar və inqilabçı sosialistlər arasındakı bölünmənin ardından sosial-demokratlar kapitalizmin irəliləmə müddəti içində sosialist iqtisadiyyata dönüşdürülməsini müdafiə etdilər. Sosial-demokratiya düşüncəsi tək qabul edilə bilən hökumət formasının hüququn üstünlüyü altındakı nümayəndəli demokratiya olduğunu irəli sürməkdədir. Demokratik qərar alma mexanizmasını genişlədərək siyasi demokratiyanın fövqünə istidadi demokratiyaya qədər, iş gücü ilə işçilərin və digər iqtisadi pay sahiblərinin yetərli miqdarda birlikdə qərar alma haqqlarını irəlilətməyi məqsəd kimi qəbul edər. Kapitalizmin səbəb olduğu sosial bərabərsizlik, yoxsulluq və müxtəlif qruplrın haqsız davranışlarına qarşı çıxarkən digər yandan tamamilə planlı bazar iqtisadiyyatına ya da tamamilə nəzarətsiz bazar iqtisadiyyatına qarşı çıxır. Sosial-demokratiya sentikalist işçi hərəkatı ilə yaxın bir əlaqədədir və iş gücü ilə işləyən işçilər və sahibkar arasında toplu görüşmə üsulunu dəstəkləyir. Sosial-demokratik partiyaların böyük çoxluğu Sosialist İnternasionalı ilə yaxın əlaqədədir.
Demokratiya
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. == Demokratiya — insan şəxsiyyətinə hörmətdir == Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
E-demokratiya
Elektron demokratiya (e-demokratiya) — demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. "Elektron demokratiya" elə demokratik siyasi sistemdir ki, burada dövlət demokratik proseslərin – informasiyanın və kommunikasiyanın yayılması, qərarların qəbulunda məsləhətləşmə və səsvermə yolu ilə vətəndaş maraqlarının nəzərə alınması kimi vacib funksiyalarını həyata keçirərkən kompüter və kompüter şəbəkələrindən istifadə edir. E-demokratiya (elektronik və demokratiya sözlərinin birləşməsindən əmələ gəlib) siyasi və idarəetmə işlərində informasiya və kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutur. Buraya hökumət, seçilmiş rəsmilər, media, siyasi təşkilatlar, vətəndaşlar/seçicilərin iştirakı daxildir. E-demokratiyanın məqsədi internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə hazırkı nümayəndəli demokratiyada vətəndaşların daha çox iştirakını təmin etməkdir.
Elektron demokratiya
Elektron demokratiya (e-demokratiya) — demokratik institutların inkişafı və möhkəmlənməsi üçün İKT-ni tətbiq etməklə, vətəndaşların, cəmiyyətin və dövlətin siyasi fəaliyyətində fəal iştirakını təmin etməyə yönəldilib. "Elektron demokratiya" elə demokratik siyasi sistemdir ki, burada dövlət demokratik proseslərin – informasiyanın və kommunikasiyanın yayılması, qərarların qəbulunda məsləhətləşmə və səsvermə yolu ilə vətəndaş maraqlarının nəzərə alınması kimi vacib funksiyalarını həyata keçirərkən kompüter və kompüter şəbəkələrindən istifadə edir. E-demokratiya (elektronik və demokratiya sözlərinin birləşməsindən əmələ gəlib) siyasi və idarəetmə işlərində informasiya və kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutur. Buraya hökumət, seçilmiş rəsmilər, media, siyasi təşkilatlar, vətəndaşlar/seçicilərin iştirakı daxildir. E-demokratiyanın məqsədi internet, mobil telefon və kompüter texnologiyası vasitəsilə hazırkı nümayəndəli demokratiyada vətəndaşların daha çox iştirakını təmin etməkdir.
Hərbi demokratiya
Hərbi demokratiya — Hərbi demokratiyanın mahiyyəti hakimiyyətin ancaq müharibə vaxtı üçün təşkil olunmasındadır. Başçılar krallar, basilevslər, xaqanlar adətən müharibə vaxtı üçün seçilirdilər, dinc vaxtı isə ağsaqqallar idarə edirdi. Hərbi demokratiya nümunəsini məsələn türklərdə atdan düşmədən adlanan quruluşda görmək olar. Müharibə vaxtı hakimiyyətə yiyələnən başçılar dinc vaxtı hakimiyyəti əldən verməmək üçün, daimi müharibələrdə maraqlı idilər. Hərbi demokratiya terminini elmə L. Morqan gətirmişdir. Hərbi demokratiya Homer dövründə (e.ə. 12–9-cu əsrlərdə) yunanlarda və çarlıq dövründə romalılarda (e.ə. 8–6-cı əsrlər) skiflərdə, keltlərdə, qədim germanlarda, normanlarda mövcud olmuşdur. Homerin İlliadasında baş verən Axilleslə Aqamemnon arasındakı mübahisə hərbi demokratiyanın daxili inkişafı nəticəsində müvəqqədi hakimiyyətdən daimi hakimiyyətə keçid əsnasını göstərir. Aqamemnon müvəqqəti başçıdır, lakin o hakimiyyəti əldən vermək istəmir, buna görə də müharibənin qızışdırılmasında maraqlıdır.
Liberal demokratiya
Liberal demokratiya, cəmiyyət tərəfindən qəbul görən hər cür siyasi görüşün bir dam altında uzlaşaraq ümumi mənada xalqın mənfəətləri üçün lazım olan hər cür istiqamətdə gedə bilən bir rəhbərlik siyasəti modelidir. Bu gün dünyada suveren olan və bir ideal olaraq ucaldılan demokratiyanın başına "liberal" ön adının əlavə olunması ilə yaranan "liberal demokratiya" ayrı bir başlıq altında araşdırılmağı haqq etməkdədir. Liberal demokratiyanın bütün dünyada görülən ortaq tətbiqlərinə görə, təməl xüsusiyyətləri belə sıralana bilər: Demokratiyanın təmsili və bilvasitə bir formasıdır. Siyasi bərabərlik qanununa uyğun olaraq edilən nizamlı seçkilərlə iqtidarın təyin olunduğu bir sistemi ifadə etməkdədir. Liberal demokratiya rəqabətə söykənən seçkilərlə davam etdirilər. Rəqabət; siyasi çoxluqçuluq, xoşgörüş və zidd düşən fikirlərin azad bir şəkildə var ola bilməsi üçün lazımlıdır. Liberal demokratiyada, dövlət ilə əlaqədar vətəndaş cəmiyyət arasında açıq bir ayrı-seçkilik vardır. Bu ayrı-seçkilik, iqtisadi həyatın bazar qaydalarına görə təşkil edilməsi, avtonom qrup və mənfəətlərin qanuni qəbul edilməsi şərtlərinə söykənir. İndiki vaxtda ən inkişaf etmiş Liberal Demokrat quruluş Avropa Birliyidır.
Mütləq demokratiya
Əksəriyyət demokratiyası, çoxluq demokratiyası və ya mütləq demokratiya (démoc-ratie absolue) çoxluğun qərarlarının tətbiq olunduğu və bu qərarların mütləq olduğu demokratiya növüdür. Qanunlar, azlıqların hüquqları, səlahiyyətlərin bölünməsi kimi amillər plüralist demokratiyada qəbul edilən qərarları məhdudlaşdırarkən, mütləq demokratiyada isə əksəriyyət tərəfindən qəbul edilən qərarlar qeyri-məhdud və mütləqdir. Ayrıca olaraq, idarə edilənlərin əksəriyyətinin seçki və idarəetmə dövründə təsirli olmasına əsaslanan mütləq (mejoritar) demokratiya İngiltərədə ilk tətbiqetmə modelini inkişaf etdirdiyinə görə, ona Vestminster modeli demokratiya da deyilir.
Nümayəndəli demokratiya
Dolayı demokratiya və ya nümayəndəli hökumət olaraq da bilinən nümayəndəlik demokratiyası, birbaşa demokratiyadan fərqli olaraq bir qrup insanı təmsil edən seçilmiş şəxslərin prinsipi əsasında qurulmuş bir demokratiya növüdür. Demək olar ki, bütün müasir Qərb tərzi demokratiyaları bir növ təmsilçi demokratiya kimi fəaliyyət göstərir; məsələn, İngiltərə (unitar parlament konstitusiya monarxiyası), Fransa (unitar yarım prezident respublikası) və Amerika Birləşmiş Ştatları (konstitusiya təmsilçisi respublika). Nümayəndə demokratiyası həm parlament, həm də prezident idarəetmə sistemlərinin bir elementi kimi fəaliyyət göstərə bilər. Tipik olaraq Birləşmiş krallığın İcmalar Palatası və ya Hindistanın Sab Sabha kimi bir alt palatada özünü göstərir, ancaq yuxarı palata kimi konstitusiya məhdudiyyətləri ilə məhdudlaşdırıla bilər. Bəzi siyasi nəzəriyyəçilər (Robert A. Dahl, Gregory Houston və Ian Liebenberg daxil olmaqla) təmsilçi demokratiyanı poliarxiya kimi xarakterizə etdilər. Nümayəndə demokratiyası hakimiyyəti xalq tərəfindən seçilən nümayəndələrin əlinə verir. Seçki sistemləri seçicilərin siyasi partiyalara və ya siyasi partiyalarla əlaqəli namizədlərə səs verməsini tələb edərsə və ya təşviq edərsə (fərdi nümayəndələrə səs verməyin əksinə) siyasi partiyalar bu demokratiyanın əsas forması olur.
Plüralist demokratiya
Plüralist demokratiya (nisbi demokratiya) əksəriyyətin mütləq suverenliyini rədd edən demokratiya anlayışıdır, azlığın siyasi və mədəni hüquqlarının qəbul edilməli olduğunu və azlığın da bir gün çoxluq ola bilməsi hüququnun verilməsini müdafiə edir. Demokratiyanın inkişafı prosesində çoxluğun dövlət idarəçiliyindəki qərarlarının mütləq olması və azlıqların hüquqlarını məhdudlaşdıra biləcəkləri narahatlığı plüralist demokratiyanı ortaya çıxarmışdır. Azlıqda olanların və ya müxalifətdə olanların qorunması və fikirlərini heç bir təzyiq olmadan, sərbəst şəkildə ifadə etməsi plüralist demokratiya üçün vacib olan şərtdir. Plüralist nəzəriyyədə, hakimiyyətin bölüşdürülməsi dövlətin tələsik və düşünmədən qərarlar qəbul edərək hərəkət etməsinə mane olur və eyni zamanda da əhəmiyyətli və böyük güc mərkəzlərinin razılığı olmadan hər hansı bir tədbir görülməsinin qarşısını alır. İcra hakimiyyətinin güclü və geniş partiya koalisiyası tərəfindən həyata keçirilməsi Qüvvələrin bölünməsi prinsipi Hakimiyyətin bölüşdürülməsi Çoxpartiyalı sistem Yarı nümayəndəlik sistemi Yazılı konstitusiya ilə hökumət səlahiyyətlərinin dəqiq məhdudlaşdırılması.
Təqlidçi demokratiya
Təqlidçi demokratiya (buna kvazidemokratiya, psevdodemokratiya, dekorativ demokratiya, manipulyativ demokratiya, süni demokratiya, marionet demokratiya da deyilir) - bu formada əslində hakimiyyət bir qrupun, hakim partiyanın, şəxsin əlində cəmləşir. Ancaq belə hesab olunur ki, guya, xalq hakimiyyətini özü formalaşdırır.
İştirakçı demokratiya
İştirakçı demokratiya siyasi sistemlərin fəaliyyətindəki komponentlərin geniş iştirakını vurğulayan siyasi nəzəriyyədir. Bu nəzəriyyəyə görə, demokratiyanın etimoloji kökləri (yunan dilində demos və kratos) xalqın hakimiyyətdə söz sahibi olduğunu və buna görə də demokratiyanın iştirakçı olması lazım olduğunu vurğulayır. Bununla belə, iştirakçı demokratiya ənənəvi nümayəndəli demokratiyadan daha geniş vətəndaş iştirakının formalarını və daha çox siyasi nümayəndəliyi müdafiə etməyə meyillidir. Məsələn, nümayəndələrin seçilməsindən əlavə, sıralama sistemi vasitəsilə idarəetmə orqanlarının yaradılmasının tərəfdarı olub, vətəndaşların hakimiyyət vəzifələrini özlərinin əllərində tutmasına imkan verərək daha güclü bir iştirakçı orqan meydana gətirəcəyi düşünülür. Bəzi alimlər, güclü qeyri-hökumət ictimai sferasının güclü liberal demokratiyanın yaranması üçün ilkin şərt olduğu inancına əsaslanaraq, bu terminin vətəndaş cəmiyyəti sahəsində icma əsaslı fəaliyyətlərə yenidən diqqət yetirməli olduğunu iddia edirlər. Bu alimlər vətəndaş cəmiyyəti sferası ilə formal siyasi sfera arasındakı fərqin vacib olduğunu vurğulamağa meyillidirlər.
Beynəlxalq Demokratiya Günü
Beynəlxalq Demokratiya Günü (ing. International Day of Democracy) — 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, demokratiyanın əsaslarını təbliğ etmək və dəstəkləmək məqsədi ilə 15 sentyabrı Beynəlxalq Demokratiya Günü kimi qeyd etməyi qərara aldı. Bu tarix 2008-ci ildə yeni və bərpa edilmiş demokratiyaların 20 illiyinə həsr olunan beynəlxalq konfransında müəyyən edilib. 1997-ci ilin sentyabrında Parlamentlərarası Birlik Demokratiyaya dair Ümumdünya Bəyannaməsini qəbul etdi. Bu Bəyannamə demokratiyanın əsaslarını, demokratik hökumətin elementlərini və həyata keçirməsini və beynəlxalq demokratiya dairəsini təsdiqləyir. Yeni və bərpa edilmiş demokratiyalar üzrə beynəlxalq konfranslar 1988-ci ildə Filippin prezidenti Korason Akinonun təşəbbüsü ilə "Xalq Hakimiyyəti İnqilabı" adlandırılan beynəlxalq konfrans Ferdinand Markosun 20 illik diktaturasını devirdikdən sonra başlayıb. Əvvəlcə hökumətlərarası forum olan Nanotexnologiyalar sahəsində tədqiqat və İnkişaf üzrə beynəlxalq konfrans (ICNRD) prosesi hökumətlərin, parlamentlərin və vətəndaş cəmiyyətinin iştirakı ilə üçtərəfli bir quruluşa çevrildi. 2006-cı ildə Qətərin Doha şəhərində baş tutan altıncı konfrans (ICNRD-6), prosesin üçtərəfli olmasını gücləndirdi və demokratiyanın təməl prinsiplərini və dəyərlərini təsdiqləyən bir bəyannamə və fəaliyyət planı ilə başa çatdı.
Konstitusiyalı Demokratiya Partiyası
Konstitusiyalı Demokratiya Partiyası (rus. Конституционно-демократическая партия, translit. Konstitutsionno-demokratiçeskaya partiya; K-D), həmçinin Konstitusiyalı Demokratlar və formal olaraq Xalq Azadlığı Partiyası — Rusiya imperiyasında mərkəzçi, liberal siyasi partiya. Partiya Qərbin konstitusiyalı monarxiya ideyalarını təbliğ edir və mötədil mühafizəkarlar ilə mötədil sosialistlərdən dəstək görmüşdür. Partiya üzvlərinə partiya adının K-D abbreviaturası əsasında kadetlər deyirdilər. Partiya platformasının nəzəri əsasını Konstantin Kavelin və Boris Çiçerinin yazıları təşkil edir. Tarixçi Pavel Milyukov partiyanın möcud olduğu müddətdə onun sədri idi. Kadetlərə verilən dəstəyin əsasını ilk növbədə ziyalılar və işçilər təşkil edirdi. Partiyada universitet professorları və hüquqşünaslar xüsusilə önəmli yerə sahib idi. Bir çox kadet partiya üzvləri zemstvo veteranları idi.
Yeni Demokratiya (Yunanıstan)
Yeni Demokratiya (Yunanıstan) (yun. Νέα Δημοκρατία, Néa Dimokratía) - Yunanıstanda fəaliyyət göstərən mərkəz sağ meyilli siyasi partiya. 2015-ci ilin əvvəlində partiya ölkədə keçirilən növbədən kənar parlament seçkilərində parlamentdə olan 300 yerdən 76 yer əldə etmişdir. 1974-cü ildə yaradılan və Yunanıstan siyasi tarixində mühüm yer tutan partiyalardan olan Yeni Demokratiya partiyasının mənzil qərargahı Afina şəhərində yerləşir.
Demokratiya Partiyası (Türkiyə)
Demokratiya Partiyası (türk. Demokrasi Partisi, DEP, kürd. Partiya Demokrasiyê) — Türkiyədə kürdmeylli siyasi partiya. 7 may 1993-cü ildə təsis edilmişdir. == Tarixi == Demokratiya Partiyası 7 may 1993-cü ildə təsis edilmişdir. 27 iyun 1993-cü ildə keçirilən birinci partiya qurultayından sonra Xalq Əmək Partiyasının (XƏP) keçmiş sədri Əhməd Türk və XƏP-in əksər keçmiş millət vəkilləri partiyanın sıralarına daxil olmuşdular. Birinci partiya sədri kimi Yaşar Qaya seçilmişdir. Partiya 2 avqust 1993-cü ildən sentyabrın 1-dək davam edəcək Türkiyə–PKK münaqişəsinə yönəlmiş sülh kampaniyasına başlamaq qərarına gəlmişdir. Kampaniya Türkiyə hakimiyyəti tərəfindən qadağan edilmiş, Diyarbəkir və Batmanda planlaşdırılan tədbirlər ləğv olunmuşdur. 17 sentyabr 1993-cü ildə Qaya Almaniyada ictimai tədbirdə və İraqda Kürdüstan Demokrat Partiyasının (KDP) qurultayında iştirak etdiyi üçün həbs edilmişdir.
Sosialist Demokratiya Partiyası
Sosialist Demokratiya Partiyası (türk. Sosyalist Demokrasi Partisi, SDP) — Türkiyədə sosialist partiya. Üzvlərinin əksəriyyəti əvvəllər ÖDP daxilində Sosialist Fəaliyyət Platforması adlı müxalifət qrupunda idi. Onlar kürdyönümlü DEHAP və ifrat solçuluqla daha sıx əlaqələri müdafiə edərək özəlləşdirmə və Avropa İttifaqına üzvlük əleyhinə kampaniya aparırdılar. Onların fikirləri əksər ÖDP filialları tərəfindən "çox mühafizəkar" görüldü və onlar 2001-ci ildə partiyanı tərk etmişdilər. SDP 28 avqust 2002-ci ildə təsis edilmişdir. O, 2002 və 2004-cü il seçkilərində iştirak etməmiş, lakin solçu seçki ittifaqlarını dəstəkləmişdir. 2005-ci ilin yayında daha geniş birləşmə üçün danışıqlar aparmaq üçün Sosialist Forumu elan etmiş və bu, nəticəsiz qalmışdır. 2007-ci il seçkilərində Demokratik Cəmiyyət Partiyasının müstəqil namizədlərini dəstəklədiyini bəyan etmişdir. 2007-ci ildə TBMM-yə seçilən Akın Birdal SDP-nin fəxri sədridir.
Demokratiya Uğrunda İttifaq
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Sosial Mühəndislik
Cəmiyyət Mühəndisliyi — Sosial Mühəndislik (Social Engineering "Political Science") Zehin memarlığı, və ya daha kompleks bir ifadəylə "İctimai psixoloji şüur memarlığı" deyilən fəaliyyətdir. Daha çox əhalinin dar görüşlü qisminə və ya nəzərdə tutulmuş xüsusi şəxslərə qarşı həyata keçirilir. Cəmiyyət mühəndisliyi strategiya, marketinq, təlim, dini və ya başqa məqsəd güdən insanlar tərəfindən: uşaqlar, gənclər, yoxsullar, ya da qadınlar kimi daha müdafiəsiz qruplara tətbiq olunur. Bu cür təbliğat və təşkilatlar, alternativ və ya rəqib düşüncəni düşmanlaşdıra da bilər. İnsanlıq tarixindən indiyə kimi bir çox idarəedicilər və siyasətçilər bu metodları çox yaxşı bilir və bu sənəti mahir icra edirlər. Xakerlər və fırıldaqçı insanlar tərəfindən, şəxsə özü ilə əlaqədar gizli məlumatları verməyə razı etmək və aldatmaq üçün istifadə də olunur. Bu yola əl atan peşəkarlaşmış insanlar, cəmiyyət psixologiyasını yaxşı bildikləri üçün məhkəmə qarşısında olanda belə özlərini qoruya və qarşısındakı hakimin qərarına təsir belə göstərə bilirlər.
Sosial adaptasiya
Sosializasiya - insan ehtiyatlarının inkişafı mühüm məsələrdən biridir. İnsan ehtiyatlarının inkişaf səviyyəsi cəmiyyətin sosial-iqtisadi inkişafının əsas faktorlarından biridir. İnsanın əmək potensialından daha səmərəli istifadə olunması ilə yanaşı keyffiyyətli işçi qüvvəsinin yaradılması məqsədilə, işaxtaranların və eləcədə işçilərin peşə hazırlığı və yenidən hazırlığı və ixtisaslarının artırılması yüksək səviyyədə təşkil olunmalıdır. İnsan ehtiyatlarının inkişafı və səmərəli istifadə olunması üçün sosial-peşə adaptasiya sisteminin yaradılması və inkişafı zəruridir. İnsanların sosial adaptasiyası-onların cəmiyyətdə yeni iqtisadi şəraitə uyğunlaşması prosesidir. Sosial adaptasiyanın əsasını insanın mövcud sosial mühitlə qarşılıqlı əlaqəsi, eləcə də onun şəxsiyyətinin keyfiyyətcə dəyişdirilməsi təşkil edir. Sosial adaptasiya prosesini insanların dəyişən sosial mühitə qısa bir zamanda alışması, uyğunlaşması kimi də başa düşmək olar. Bu prosesin müsbət nəticəsi birinci növbədə insanların psixoloji keyfiyyətlərindən, şətinlikləri üstələyə bilməsi qabiliyyətindən asılıdır. Sosial adaptasiya problemlərinin həlli dövlətin sosial siyasətində əsas istiqamətlərdən biri olmalı, sosial-iqtisadi çətinliklərlə üzləşən insanların sosial müdafiəsinin təşkil edilməsi üçün dövlət tərəfindən xüsusi tədbirlər hazırlanıb həyatakeçirilməlidir. İşsiz və işaxtaranların cəmiyyətə adaptasiya olunması onların, xüsusilə gənclərin düzgün peşə və ixtisas seçimindən, insanların peşə və ixtisaslara meyllərin formalaşmasından, istiqamətləndirilməsindən asılıdır.
Sosial ağıl
Sosial intellekt — özünü və başqalarını tanıma qabiliyyəti, cisimləri və ya səsləri bilmək qabiliyyəti kimi humanitar şərtlərin əvəzsiz bir hissəsidir və bir çox cəhətdən araşdırılmağa dəyər. Sosioloq Ross Hanivillə görə, sosial intellekt sosial inancları, münasibətləri və mürəkkəb sosial dəyişikliyi idarə etmək qabiliyyətini inkişaf etdirən özünün və sosial şüurun kollektiv bir ölçüsüdür. Psixoloq Nikolas Hamfrey insan olaraq kim olduğumuzu müəyyən etmənin kəmiyyət ağlından başqa ictimai ağıl olduğunu irəli sürmüşdür. Edvard Torndayk 1920-ci ildə ictimai ağıl anlayışını böyük kişilər və qadınları, gənc kişilər və qızları, insan münasibətlərində müdrik olmağı anlamaq və idarə etmək bacarığı olaraq izah etdi. Bu Hovard Gardnerin çoxsaylı intellekt nəzəriyyəsində təsvir olunan insanlararası ağıla bərabərdir və zehin nəzəriyyəsi ilə sıx əlaqəlidir. Bəzi müəlliflər sosial intellekt tərifini yalnız sosial-psixoloji reklam və marketinq strategiyalarına baxaraq sosial vəziyyət haqqında məlumatlı olmaq şəklində bildirmişdilər. Şon Folenoya görə sosial intellekt, fərdin ətraf mühiti ən yaxşı şəkildə başa düşmək və uğurlu sosial davranışa müvafiq reaksiya vermək bacarığıdır. Sosial intellektin qabiliyyət, şifahi və qeyri-şifahi işarələri oxumaq, məlumatdan istifadə etmək, insanları məlumatlandırmaq kimi bir çox fərqli komponentə sahib olduğu müşahidə edilmişdir. Sosial qarşılıqlı əlaqələrdə bacarıqlı olan şəxslərin emosiyalarına nəzarət etmərində də müvəffəq olduqları müəyyənləşdirilmişdir. Bundan əlavə, empatiya sosial zəka quruluşunun tərkib hissəsi olaraq ortaya çıxır.
Sosial bərabərlik
Sosial bərabərlik, bərabərlik — cəmiyyətin bütün üzvlərinin müəyyən bir sahədə eyni statusa malik olduğu sosial nizam. Sosial bərabərliyin siyasi aspekti dövlət idarəçiliyinin qaydalarını nəzərdən keçirməkdən ibarətdir: seçkilərdə iştirak etmək hüququ, liderlərin müəyyən edilməsi qaydaları, liderlərin hüquq və vəzifələri, qanun qarşısında bərabərlik, iqtisadi yanaşma isə əhalinin bölüşdürülməsi prosesini nəzərdən keçirir. faydalar: işləmək hüququ, resursların bölüşdürülməsi, imkan bərabərliyi. “Sosial bərabərlik” anlayışının spesifik mənası cəmiyyətin inkişafı ilə dəyişmişdir. Antik dövrdə bərabərlik və əmlak imtiyazları arasında seçim problemi Platon və digər filosoflar tərəfindən mülklər daxilində bərabərlik və mülklər arasında bərabərsizlik mənasını verən “Hər kəsin özünə” düsturu ilə həll edilmişdir. Orta əsr xristian fəlsəfəsində bərabərlik anlayışı “Allah qarşısında hamı bərabərdir” dini normasında öz tətbiqini tapmış, fərdlərin və ya qrupların ictimai münasibətlərini deyil, insanla Tanrı arasındakı münasibəti müəyyən etmişdir. İntibah və Maarifçilik dövründə sosial bərabərlik anlayışı yenidən dünyəvi xarakter alır və fəlsəfə insanların təbii bərabərliyi məsələsini qoyur. Burjua cəmiyyətinin yaranması və inkişafı cəmiyyətə xidmətlərin qiymətləndirilməsinə və səmərələrin müvafiq bölgüsünə baxışın dəyişməsinə səbəb oldu. Sosial mövqe artıq bu və ya digər sinfə, kastaya və s. mənsubiyyətlə deyil, fərdin şəxsi keyfiyyətləri və məziyyətləri ilə izah olunurdu.
Sosial bərabərsizlik
Sosial bərabərsizlik — ayrı-ayrı fərdlərin, sosial qrupların, təbəqələrin, siniflərin şaquli sosial iyerarxiyanın müxtəlif səviyyələrində yerləşdiyi və ehtiyacları ödəmək üçün qeyri-bərabər həyat şanslarına və imkanlarına malik olduğu sosial təbəqələşmə forması. Ən ümumi formada qeyri-bərabərlik insanların məhdud maddi və mənəvi istehlak resurslarına qeyri-bərabər çıxışı olan şəraitdə yaşaması deməkdir. İsveçrənin Credit Suisse bankının 2021-ci il Qlobal Sərvət Hesabatına əsasən, 2020-ci ildə planetin ən zəngin 1,1%-i dünya sərvətinin 45,8%-nə, ən kasıb 55%-i isə 1,3%-nə sahibdir. İƏİT-in məlumatına görə, 2017-ci ildə İƏİT ölkələrində əhalinin ən varlı 10%-nin sərəncamında olan orta gəliri əhalinin ən yoxsul 10%-nin orta hesabla 9,5 dəfə olduğu halda, 1992-ci ildə bu fərq 7 dəfə olub. Sərvət bərabərsizliyi daha da əhəmiyyətlidir: İƏİT ölkələrində əhalinin ən zəngin 10%-i sərvətin 50%-nə, ən yoxsul 40%-i isə sərvətin 3%-nə sahibdir. Fransız iqtisadçısı T.Piketti “XX əsrdə kapital” kitabında belə qənaətə gəlir ki, sosial bərabərsizliyin artması müasir dünyada əsas tendensiyadır, sənaye inqilabı onu məhv etmir, baxmayaraq ki, zaman keçdikcə bu cür artımı daha az vahid edir. Fərdlər üçün sosial statusu və deməli, cəmiyyətdə bərabərliyi və ya bərabərsizliyi müəyyən edən bir sıra sosial xüsusiyyətlər mövcuddur. Gender bərabərsizliyi Yaş Ayrı-seçkiliyi İrqi bərabərsizlik İqtisadi bərabərsizlik Psixi pozğunluğu olan şəxslərə qarşı ayrı-seçkilik Cinsi oriyentasiya və gender kimliyinə əsaslanan diskriminasiya Bərabərsizliklə bağlı baxışlar Keyfiyyətcə qeyri-bərabər iş şəraitini yerinə yetirməklə, sosial ehtiyacları müxtəlif dərəcədə ödəməklə insanlar bəzən iqtisadi cəhətdən heterojen əməklə məşğul olurlar, çünki bu cür əmək növləri onların sosial faydalılığını fərqli qiymətləndirir. Sosial bərabərsizliyin əsas mexanizmləri mülkiyyət münasibətləri, hakimiyyət (hakimiyyət və tabelik), sosial (yəni sosial sabit və iyerarxiyalaşdırılmış) əmək bölgüsü, eləcə də nəzarətsiz, kortəbii sosial diferensiallaşmadır. Bu mexanizmlər əsasən bazar iqtisadiyyatının xüsusiyyətləri ilə, qaçılmaz rəqabət (o cümlədən əmək bazarında) və işsizliklə bağlıdır.
Sosial darvinizm
Sosial darvinizm — Sosial Darvinizm, Çarlz Darvinin fikirlərinin sosiologiyaya və təkamül nəzəriyyəsinə verdiyi sosioloji təsirlər haqqında danışmaq üçün istifadə olunan bir termindir. Sosial Darvinizm Darvinin nəzəriyyəsinin genişlənməsi və sosial sahədə tətbiqidir. Yəni, fərdi orqanizmlər arasındakı rəqabət, ən ekoloji cəhətdən təmiz olması baxımından bioloji təkamül dəyişikliyinə səbəb olur; Fərdlər, qruplar və ya millətlər arasındakı rəqabətin insan icmalarında da sosial təkamülə səbəb olması nəzəriyyəsidir. Məsələn, faşizm və milli sosializm insan münasibətlərində sosial bir darvinist baxımdan istifadə olunur. Bu sistemin məqsədi üstün şəxsləri dəstəkləmək və zəif şəxsləri sistemdən kənarlaşdırmaqdır. İqtisadi təcrübə baxımından bu, kommunist və liberal dairələr tərəfindən müvəffəqiyyətli iş adamlarının maraqlarını müdafiə və təşviq etmək kimi işçi təbəqəsinin həmkarlar ittifaqlarını və digər təşkilatlarını məhv etmək kimi şərh edilmişdir. Bu iddialara baxmayaraq, İtalyan faşizmi və Alman nasizmi işçi sinfini dəstəklədiyi görülür. Hər iki ideologiyada çalışqanlıq, nizam-intizam və sədaqət kimi sosial dəyərlər zərurət olaraq görülür. İqtisadi cəhətdən ölkənin inkişafında təsirli olan işçi sinfi və digər işçilər kapital sahibləri ilə razılığa gəldi və işçilərin kapitala qarşı təzyiqlərinin qarşısını almaq üçün millətçi birliklər quruldu. Bu birliklərdən biri də Alman Əmək Cəbhəsidir.
Sosial dövlət
Sosial dövlət — vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı olub, onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını təklif edir. Bu sistem sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi quruluşdur. Sosial dövlət anlayışı ilk dəfə 1850-ci ildə alman alimi Lorens fon Şteyn tərəfindən işlədilmişdir. Ümumilikdə bir sosial dövlətin iki növ siyasi və sosial yanaşması ola bilər: Bu modelə görə dövlət vətəndaşların firavan həyat şəraitinin yaradılmasında əsas məsuliyyət daşıyan qurumdur. Bu modeldə dövlətin vəzifəsi daha geniş əhatəli olur, çünki bir vətəndaşın rifahının hər bir yönü üçün məsuliyyət dövlətin üzərinə düşür və bu məsuliyyət heç bir fərq qoyulmadan ölkənin bütün vətəndaşları üçün ümumilik daşıyır. İkinci növ yanaşmada isə bir sosial dövlət vətəndaşlarının həyat səviyyələrinin əvvəlcədən müəyyən olunmuş minimum standartların altına enməməsi üçün bir "sosial təhlükəsizliyi təmin etmə şəbəkəsi" yaradılması nəzərdə tutulur. "Sosial dövlət" və "sosial cəmiyyət" ingiliscə müəyyən ölkələrdə (xüsusilə ABŞ) bəzi anlayış qarışıqlıqlarına səbəb olmuş və bu məsələ önəmli mübahisə mövzusu olmuş və olmaqdadır. ABŞ-də və bəzi digər ölkələrdə minimum rifah səviyyəsi mərkəzləşdirilmiş dövlət tərəfindən sığortalanıb birbaşa vahid mərkəzdən qorunmamaqdadır. Lakin hər bir vətəndaşın bu rifah səviyyəsinə çata bilməsi üçün dövlətə bağlı olmayan könüllü sosial qruplar, həm sosial məqsədli özəl qeyri-kommersiya təşkilatları, həm maksimum qazanc hədəfli özəl şirkətlər və az da olsa mərkəzi hökumət orqanları tərəfindən dəstəklənən sosial təşkilatlar bu məsələdə yardımlar göstərməkdədirlər. Bu anlayışa əks olan digər bir "sosial dövlət" anlayışı da mövcuddur.

Digər lüğətlərdə