Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
HMS Royal Sovereign (1786)
Əlahəzrətin gəmisi Royal Soveren — (ing. HMS Royal Sovereign — Her or His Majesty’s Ship Royal Sovereign) (1786) — üçdorlu, 100 döyüş topuna malik Böyük Britaniya Kral Donamasına məxsus sayca üçüncü I ranq xətt gəmisi. 1805 ci ildə Trafalqar döyüşündə iştirak etmişdir. Plimut kral tərsanəsində C. Uilyamsın layihəsi əsnasında 7 yanvar 1774 cü ildə əsası qoyulmuşdur. Tikintisinə ABŞ İstiqlal müharibəsi zamanında bir neçə dəfə fasilə verilsə də 11 sentyabr 1786 cı ildə suya salınmışdır. Gəmi 67,458 £ başa gəlmişdir. == Xidməti == Əsas xidmətini La Manş boğazında, bir neçə dəfə Aralıq dənizi yürüşlərində keçirmişdir. 1794 — admiral Hau donaması tərkibində Şanlı Bir İyun döyüşündə iştirak etmişdir. (14 ılü, 41 yaralı). 1795 — 16 iyunda Kornuollisin bayraqdarı olmuş.