Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Eduard Şperlinq
Eduard Şperlinq (alm. Eduard Sperling‎; 29 noyabr 1902, Dortmund, Prussiya – 25 fevral 1985, Dortmund, Şimali Reyn-Vestfaliya) — alman Yunan-Roma güləşçisi, Olimpiya Oyunlarının mükafatçısı, Avropa çempionu. == Həyatı == 1902-ci ildə Hamm şəhərində anadan olmuşdur. Öncə boksla məşğul olurdu, amma sonra güləşə keçdi. 1925—1928-ci illərdə Nürnberqdə yaşayanda məşhur Karl Döppelin rəhbərliyi altında məşq edirdi. 1926-cı ildə Almaniya çempionatında 2-ci yeri tutdu. 1927-ci ildə Almaniya və Avropa çempionu oldu. 1928-ci ildə Amsterdam Olimpiya Oyunlarında gümüş medalı qazandı. 1929-cu ildə yenidən Avropa çempionu oldu. 1930-cu ildə Avropa çempionatında 4-cü yeri tutdu.
Milton Sperlinq
Milton Sperlinq (ing. Milton Sperling) — Amerika kino prodüseri. == Həyatı == Milton Sperlinq Nyu-York şəhər kollecini bitirdikdən sonra kino sahəsinə üz tutur və Paramountda klerk kimi çalışmağa başlayır. 1931-ci ildə məşhur Warner Bros. kino şirkətində Deril F. Zanuk və Hel Uallisin yanında katib işləyir. Bir qədər sonra Sperlinq, Edvard Smollun yanında assistent kimi müstəqil filmlərdə çalışır. Zanuk 20th Century Fox-da Milton Sperlinqi işə götürür. 20th Century Fox-da olan səmərəli fəaliyyəti zamanı Milton 1936-cı ildə Harri Uornerin (ing. Harry Warner) qızı Betti Uornerlə tanış olur. Onlar 1939-cu ildə ailə həyatı qururlar.