Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stirlinq
Stirlinq (ing. Stirling, şot.kelt Sruighlea) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Ceyms Stirlinq
Ceyms Stirlinq (memar) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. Ceyms Stirlinq (riyaziyyatçı) — Şotland riyaziyyatçı.
Lindsi Stirlinq
Lindsi Stirlinq (ing. Lindsey Stirling) (21 sentyabr 1986, Santa Ana[d], Kaliforniya) — Amerkalı skripqaçı, musiqiçi, rəqqasə, müğənni və bəstəkar.Stirlinq, Koreografik skripka çıxışlarını və mahnı videolarını 2007-ci ildən başlayaraq rəsmi youtube kanalı vasitəsi ilə yayımlayır. Kanalın 9,7 milyondan çox abunəsi və 1.7 milyarddan çox baxış sayı mövcutdur. Həmçinin, 2012-ci ildə yayına başlayan şəxsi YouTube Kanalı vasitəsi ilə mahnı videolarının kamera arxası görüntülərini yayımlayır. Stirlinq, 2010-cu ildə, "America's Got Talent" yarışmasının dördə bir finalisti olmuşdu. 2013-cü ildə "Pentatonix" ilə bərabər "Imagine Dragons"un "Radioactive" mahnısına kover çalışması ilə YouTube Mahnı Mükavatlarından "İlin Çıxışı" mükafatını qazanmışdı. Stirlinq "Hip Hop Skripqaçı" olaraq tanınmaqdadır. == Həyatı == Lindsi Stirlinq, Santa Ana, Kaliforniyada doğuldu. Təvazökar bir uşaqlıq hayatı olmuş və ailəsinin maliyyə məhdudiyyəti səbəbiylə düzənli skripqa dərsi ala bilməmişdir. Ailəsi kimi özü də Xristiyanlığın çağdaş məzhəplərindən olan Mormonluq məzhəbinə mənsubdur.Təhsil həyatını da bu məzhəbin məktəblərində davam etdirmişdir.
Stirlinq Moss
Ser Stirlinq Krofard Moss, BİO (ing. Sir Stirling Craufurd Moss, 17 sentyabr 1929, London) — britaniyalı avtoyarışçı, 1951-ci ildən 1961-ci ilə qədər Formula-1 pilotu, 1955 Targo Florio qalibi, 24 saat Le Man pilotu. Formula 1-də öz tarixindəki ən uğursuz pilot hesab olunur: o, tez-tez çempion adı uğrunda mübarizə aparsa da çempion ola bilmir (1955-ci ildən 1958-ci ilədək mütəmadi olaraq ikinci, 1959-cu ildən 1961-ci ilə qədər isə üçüncü olmuşdur). O, Mercedes, Maserati, Vanuoll, Kuper və Lotusun sükanı arxasında 16 qələbə qazanıb.
Stirlinq mühərriki
Stirlinq mühərriki (alm: der Stirlingmotor, ing: Stirling engine) xarici yanma mühərriki olub, porşenli mühərriklər qrupuna aiddir. Bu mühərrik, XIX əsrdə onu ixtira etmiş Stirlinqin adını daşıyır. Stirlinqin ixtira etdiyi mühərrik qızdırılmış hava ilə qapalı olmayan dövrə üzrə işləyirdi. Mühərrik, böyük və ağır olaraq, natamam istilik mübadiləsinə malik idi. Ona görə də o, geniş tətbiq tapa bilməmişdir. Stirlinq mühərriki isti hava mühərriki kimi də tanınır. Xarici yanma mühərriki olan bir istilik mühərriki növüdür. İstilik mübadiləsi prosesi istiliyin mexaniki hərəkətə çevrilməsinin ideal məhsula yaxın olmasına imkan verir. (Carnot dövrünün praktik tətbiqi ilə) == İş prinsipi == Müasir Stirlinq mühərriki bir-birini əvəzləyən iki izotermik və iki izoxorik prosesdən ibarət qapalı dövrə üzrə işləyir. Stirlinq mühərrikinin işləmə prosesi zamanı enerji çevrilməsində iki porşen iştirak edir: sıxışdırıcı və işçi.
Ceyms Stirlinq (dəqiqləşdirmə)
Ceyms Stirlinq (memar) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. Ceyms Stirlinq (riyaziyyatçı) — Şotland riyaziyyatçı.
Ceyms Stirlinq (iqtisadiyyatçı)
Ceyms Hatçison Stirlinq (ing. James Hutchison Stirling; 1820–1909) — şotlandiyalı idealist filosof, neohegelçiliyin banilərindən biri. == Bioqrafiyası == Ceyms Stirlinq 22 iyun 1820-ci ildə Qlazqoda anadan olub. Edinburq Universitetinin məzunu; təhsil sahəsi həkimdir. Almaniyada fəlsəfə təhsili alıb. 1865-ci ildə "Hegelin sirri" kitabı ilə o, Böyük Britaniyada fəlsəfənin öyrənilməsinə böyük maraq oyatdı. Bu kitabın nəşri ilə ölkədə neo-hegelçilik yaranır. XIX əsrin sonlarında bu cərəyan geniş vüsət aldı və pozitivizmin və materializmin hökmranlığına cavab kimi qəbul edildi. Onun ingilisdilli ölkələrdəki əsas nümayəndələri Tomas Qrin, Frensis Bredli, Roys Cosayya, Con Mak-Taqqart və Robin Corc Kollinqvud idi. XX əsrin 20-ci illərinin sonlarında Britaniyada inkişaf etmiş analitik fəlsəfə və Amerika praqmatizmi və neorealizmi ilə rəqabətə tab gətirə bilməyən mütləq idealizm məktəbi (anqlosakslar neohegelizmi) öz fəaliyyətini dayandırdı.
Ceyms Stirlinq (memar)
Ceyms Stirlinq (22 aprel 1926[…], Qlazqo – 25 iyun 1992[…], London) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. == Həyatı == II Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu. Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakultəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakultə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur. 1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.
Ceyms Stirlinq (riyaziyyatçı)
Ceyms Stirlinq (ing. James Stirling; may 1692, Stirlinq – 5 dekabr 1770[…], Edinburq) — Şotlandiya riyaziyyatçısı; faktorialların hesablanması üçün sonralar onun adını daşıyan düstur almışdır.