Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Counter-Strike
Counter-Strike (qısa. — CS; ingiliscədə tərcümədən "Əkszərbə") — GoldSource mühərrikində hazırlanmış, birinci üzdən şuter janrında olan komandalı kompüter oyunudur. Half-Life üçün mod kimi yaradılmışdır. Hal-hazırda bir neçə oyun seriyası mövcuddur — Counter-Strike 1.6 (mutipleyer), Counter Strike: Condition Zero (tək tapşırıqla multipleyer), Condition Zero: Deleted Scenes (sinqpleyer) və yeni mühərrik, Source-da hazırlanmış Counter-Strike: Source Oyun teroristler(Terrorists) və terrorla mübarizə qrupu (Counter-Terrorists) olmaq üzrə iki komanda/dəstə olaraq dövrələr halında oynanmaqdadır. Hər dövrə başında komanda/dəstələr əvvəlki dövrəki müvəffəqiyyətlərinə görə qazandıqları pul ilə özlərinə silah götürərlər. İqtisadiyyat sistemini bu şəkildə tətbiq edən ilk oyun olmuşdur. Qruplara xüsusi silahların da tapılmasına baxmayaraq ümumi istifadəyə açıq silahlar əksəriyyətdədir. Hər oyunçu 800 Dollar ilə başlar və hər dövr başına bu miqdar artar. Qazanan qrupun artım miqdarı daha çox olmaqla birlikdə, xüsusi bəzi vəziyyətlərdə adamın pulu da arta bilməkdədir (Məsələn rəqib oyunçunu öldürmək 300 Dollar qazandırar). Qarşı komanda/dəstənin bütün oyunçuları öldürüldüyündə və ya vəzifə tamamlandığı təqdirdə dövr nəticələnər və yeni oyun başlar.
McDonnell Douglas F-15E Strike Eagle
McDonnell Douglas F-15E Strike Eagle McDonnell Douglas F-15 Eagle döyüş təyyarəsi əsasında ABŞ tərəfindən istehsal olunan çoxməqsədli qırıcıdır. F-15E 1980-ci illərdə düşmənin nəzarəti altında olan ərazilərin dərinliklərində radioelektron mübarizə təyyarələrinin müşayiəti olmadan uçuşlar həyata keçirmək məqsədilə dizayn olunmuşdur. ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-15E qırıcıları bu qurumun arsenalında olan digər təyyarələrlə müqayisədə daha tünd rəngli hava kamuflajına və konformal yanacaq çənlərinə sahibdir. F-15E qırıcıları indiyə qədər İraq, Əfqanıstan, Suriya və Liviyada baş tutmuş döyüş əməliyyatlarında istifadə olunmuşdur. Həmin əməliyyatlar zamanı bu döyüş təyyarələri düşmənin dərinlikdə yerləşən vacib hədəflərinin məhv edilməsi, hava patrulunun təşkil olunması və koalisiya qoşunları üçün yaxın hava dəstəyi məqsədilə istifadə olunub. F-15E sonradan bəzi xarici ölkələrə də ixrac olunmuşdur.
Şuriken
Şuriken ( hərfi tərcümədə “əldə gizlədilmiş ülgüc”) – üzərində gizli şəkildə daşınılan yapon atma silahıdır. Əsasən, gündəlik əşyalardan: iynə, mismar, ulduzlar, bıçaq, sikkə və s.-dən hazırlanaraq tiyə formasındadır. Şurikenlərin xarici görünüşü yaponların mistisizmə marağını özündə əks etdirir. Çox vaxt silahın üz hissəsinə onu hazırlayan usta tərəfindən müxtəlif işarələr qoyulurdu. Belə olan halda onlar bununla öz tərəflərinə axirət güc qüvvələrinin cəlb edildiyinə inanırlar. Qaydaya uyğun olaraq, döyüşçünün arsenalında şurikenlər əlavə (köməkçi) silah sayılırdı, katana adlanan qılınca və ya yari adlanan nizəyə bərkidilirdi. Buna baxmayaraq, çox vaxt döyüşlərdə həlledici taktiki rolu elə şurikenlər oynayırdı. Şuriken-dzyuçu - şurikenlərdən istifadə sənəti yaqyu-ryu, katori-sinto-ryu, itto-ryu, kukisin-ryu, tokakure-ryu kimi bir çox məktəblərdə ikinci dərəcəli vərdiş kimi istifadə olunurdu.. Şurikenlərin bo-şuriken və syaken (syakenlər arasında xira-şuriken, semban-şuriken, tepan-şuriken) adlanan iki əsas növü vardır. == Bo-şurikenlər == Bo-şuriken – dəmir və ya poladdan hazırlanan dördbucaqlı, dairəvi və ya səkkizbucaqlı formasında hazırlanan atma metal silahdır.