Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbdülbaqi Fövzi
Yusifzadə Əbdülbaqi Nəsir oğlu -(12.02.1901 – 07.01.1956) — şair, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1901-ci il fevralın 12-də Azərbaycanın Şamaxı qəzasında (indiki Şamaxı şəhərində) dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini Şamaxıda rus-tatar məktəbində almışdır (1911-1916). Eyni zamanda çəkməçi yanında şagird olmuş, oradan tütün fabrikinə fəhləliyə keçmişdir. 1918-ci ildə ailəliklə Gəncəyə köçmüşlər. Burada əvvəlcə tütün fabrikində işləmiş, sonra Gəncə müəllimlər seminariyasına daxil olmuşdur (1919). Əksinqilabi qiyam nəticəsində seminariya müvəqqəti bağlanmışdır (1920). 1921-ci ildə şagird komitəsinin sədri olmuşdur. Gəncə qəza icraiyyə komitəsində müxtəlif vəzifələrdə, Həm də savadsızlığın ləğvi sahəsində çalışmışdır (1921-1924). Təhsilini davam etdirmək üçün Bakıya göndərilmişdir Əvvəlcə fəhlə fakültəsində oxumuş, sonra pedaqoji texnikuma dəyişilmişdir (1924-1928).
Əhməd Tövhid Əfəndi
Əhməd Tövhid Əfəndi (30 noyabr 1904 – 24 aprel 1966, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndinin oğlu Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Tövhid Əfəndi 30 noyabr 1904-cü ildə atasının Çamlıcadakı köşkündə dünyaya gəldi. Fatma Gövhəri Sultanın əkizidir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı Nervaliter xanımdır. İlk təhsilini şahzadələr məktəbində alan Tövhid Əfəndi 5 iyun 1918-ci ildə Heybəliadada yerləşən Osmanlı Donanma Akademiyasında hərbi təlimlərə başladı. Ancaq həmin ilin oktyabrında Mudros sülhü səbəbilə təhsili yarım qaldı və yenidən İstanbula döndü. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Tövhid Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Ardından Romaya, daha sonra isə Nitsaya köç edən Tövhid Əfəndi və ailəsi burada Səniha Sultana məxsus Qarabasel villası yaxınlığında bir köşkə yerləşdi.
Tövil (Val-d'Uaz)
Tövil (fr. Theuville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 59 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji belediyyənin 14 km şimalında yerləşir.
Tövil (Val-d’Uaz)
Tövil (fr. Theuville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 59 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji belediyyənin 14 km şimalında yerləşir.
Tovhid
Tövhid (ərəb. توحيد‎) monoteizm anlayışının İslam terminologiyasındakı qarşılığıdır.Tövhid Allahın ad və sifətləri mövzusunda şirki rədd edir. Əraf surəsi 180-ci ayəsində "ən gözəl adlar (ƏsmaUl-Husnə) Allahındır" deyilir. Antropomorfizm və ya onu məxluqata oxşatmaq teologik olaraq rədd edilən bir hərəkətdir; yenə tövhid əhlinə görə "Allahın kamal sifətlərə sahib olduğuna və bütün nöqsan sifətlərdən və məxluqata oxşamaqdan uzaq olduğuna mütləq inanmaq gərəkdir." və "Kamal sifətlərini itirən tanrı, müdəbbir və rəbb ola bilməz. Əksinə əksikliyi səbəbi ilə özünü lağa qoyarlar. Həmd əzəldə və əbəddə cəlal və kamal sifətlərə sahib olana aiddir. Çünki həmdə layiq olan sadəcə odur." == Etimologiya == Söz ərəb dilində vəhdət "bir olmaq" kökündən yaranır. İslami terminologiyada din fəlsəfəciləri bu sözə Allah üçün istifadə edildiyində həmçinin birləşdirmə, birləşik, bitişik, əlavə, qarışıq olmaq mənaları yüklənməsinə də qarşı çıxırlar və bunları da şirk olaraq tanımlayırlar. == Tarixçə == İbrahimi dinlərin kitablarında da tanrı şəxsi bir yaradıcıdır. Birinci şəxs olaraq danışır və qürur, qəzəb kimi hislər sərgiləyir, bəzən insanların qarşısına "insan görüntüsü" ilə çıxır.
Tovhid surəsi
112-ci surə əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) == Əl-İxlas surəsi və onun qiraət özəllikləri == === Nazil olunması, Qur’anda (tərtibi baxımdan) yeri, özəllikləri === Qur’ani-kərimin yüz on ikinci surəsi olan dörd ayədən ibarət əl-İxlas surəsi Məkkə surələrindən sayılaraq ən-Nas (Qur’ani-kərimin 114-cü) surəsindən sonra nazil olub. Əl-İxlas surəsi islamın ən vacib, onu digər dinlərdən fərqləndirən – Allahın vəhdaniyyətini – yek olduğunu açıq və aydın, eyni zamanda qəti – bəyanı ilə seçilir. Özünün bu tutumuna görə, o – qısa olmasına baxmayaraq – Qur’ani-kərimin üçdə birinə bərabərləşdirilir [3, III, 230; 9, IX, 71–74; 22, XX, 227–228]. Məhəmməd Hüseyn ət-Təbatəbai (1902 – 1981) qeyd edir ki, onun aləmində əl-İxlas surəsinin Qur’ani-kərimin üçdə birinə bərabər etdirən ən ədalətli əsas Qur’anın üç – tövhid, nübuvvət və miad – üsulundan biri olan tövhidi özündə əhatə etməsindədir [27, XX, 452].Bu surə Qur’ani-kərimin əmrlə başlayan altı surəsindən biridir [35, I, 268]. === Məkkə, yaxud Mədinə surəsi? === Əl-İxlas surəsini Məkkə surəsi kimi tanıyanlar sırasında İkrimə ibn Əbi Cəhl Amr ibn Hişam əl-Quraşi əl-Məxzumi Əbu Usman (? – 634), Abdullah ibn Məs‘ud ibn əl-Haris ibn Ğafil ibn Habib ibn Şəmx ibn Far ibn Məxzum ibn Sahilə ibn Kahil ibn əl-Haris ibn Təmim ibn Sə‘d ibn Huzeyl ibn Mudrikə ibn İlyas ibn Mudar Əbu Abd ər-Rəhman əl-Huzəli əl-Məkki (? – 653), Cabir ibn Abdillah ibn Amr ibn Haram əl-Ənsari Əbu Abdillah (? – 697), Mucahid ibn Cəbr Əbu əl-Həccac əl-Məkki (642–722), əl-Həsən əl-Basri ibn Əbi əl-Həsən Yəsar Əbu Səid (642–728), İta ibn Əbi Ribah (? – 733), əz-Zəməxşəri Carullah Əbu əl-Qasim Mahmud ibn Umər (1075–1144), ər-Razi Əbu Abdillah (Əbu əl-Fadl) Fəxr əd-Din Muhamməd ibn Umər ibn Huseyn ət-Təbəristaninin (1149–1210) adlarını çəkmək olar.
Tovlis Papa
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Tovsif Məmmədov
Məmmədov Tovsif Muxtar oğlu (22 mart 1929, Astara – 21 oktyabr 2013, Bakı) — texnika elmləri doktoru, professor. == Həyatı == Məmmədov Tovsif Muxtar oğlu 1929-cu ildə Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1952-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1962-ci ilə qədər "Buzovnaneft" NQÇİ-də neft hasilatı üzrə usta köməkçisindən mədən rəhbərinə qədər vəzifələrdə işləmişdir. 1962-1972-ci illərdə "Azneft" İB-nin Quyuların sınağı və əsaslı təmiri idarəsində baş mühəndis olmuşdur. 1967-ci ildə "Köpük reagentlərinin tətbiqi ilə neft quyularının məhsuldarlığının artırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-1983-cü illərdə "Suraxanıneft" NQÇİ-də baş mühəndis, 1983-1992-ci illərdə isə "Binəqədineft" NQÇİ-də rəis işləmişdir. 1981-ci ildə "Karbohidrogen məhlullarının və onların emulsiya sistemlərinin neft laylarına təsir üçün tətbiqinin nəzəriyyə və təcrübəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-1992-ci illərdə neft və qaz sənayesi işçilərinin Elmi texniki cəmiyyətinin İdarə heyətinin sədri olmuşdur. 1983-1994-cü illərdə AzNKİ-da "Neft yataqlarının işlənilməsi və istismarı" kafedrasının professoru idi. 1992-2000-ci illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi vəzifəsində işləmişdir.
Tovin (Miyanə)
Tovin (fars. طوين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (27 ailə).
Tovi Lovis
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. == Həyatı == Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.
Lovis Tovi Yeqoroviç
Lovis Tovi Yeqoroviç (d. 25 aprel 1757 - ö. 7 dekabr 1804) — görkəmli rus kimyaçısı, Peterburq Elmlər Akademiyasının akademiki. == Həyatı == Göttingendə anadan omuşdur. 1768-ci ildə atası, astronom Q.M.Lovislə Rusiyaya köçmüşdür. Puqaçov üsyanı zamanı atasının faciəli ölümündən sonra riyaziyyatçı Leonard Eylerin himayəsində tərbiyə amışdır. Peterburqda Baş əczaxanada köməkçi olmuşdur. Höttingen universitetində təhsil almışdır (1780-1797-ci illər). 1784-1797ci illərdə yenidən Peterburqda Baş əczaxanada işləmiş vəğz tədqiqatlarının böyük bir hissəsini burda yerinə yetirmişdir. 1797-ci ildən başlayaraq rəsmən Peterburq Elmər Akademiyasının professoru olsa da, özünün ev laboratoriyasında fəaliyyət göstərmişdir.