tövbəsiz
tövqif 2021
OBASTAN VİKİ
Əhməd Tövhid Əfəndi
Əhməd Tövhid Əfəndi (30 noyabr 1904, Konstantinopol – 24 aprel 1966, Beyrut) — 32. Osmanlı sultanı Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndinin oğlu Osmanlı şahzadəsi. Şahzadə Tövhid Əfəndi 30 noyabr 1904-cü ildə atasının Çamlıcadakı köşkündə dünyaya gəldi. Fatma Gövhəri Sultanın əkizidir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı Nervaliter xanımdır. İlk təhsilini şahzadələr məktəbində alan Tövhid Əfəndi 5 iyun 1918-ci ildə Heybəliadada yerləşən Osmanlı Donanma Akademiyasında hərbi təlimlərə başladı. Ancaq həmin ilin oktyabrında Mudros sülhü səbəbilə təhsili yarım qaldı və yenidən İstanbula döndü. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Tövhid Əfəndi də ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Beyrut şəhəri oldu. Ardından Romaya, daha sonra isə Nitsaya köç edən Tövhid Əfəndi və ailəsi burada Səniha Sultana məxsus Qarabasel villası yaxınlığında bir köşkə yerləşdi.
Tövhidi dinlər
İbrahimi dinlər, həmçinin Tövhidi dinlər və ya Vəhy dinləri — Yaxın Şərqdən çıxmış, ortaq nöqtə olaraq İbrahim peyğəmbəri əsas alan dini təlimlərə verilən ad. Hazırkı üzvləri: İbrahim dinləri, İbrahim nəslinin peyğəmbərləri ilə müqayisə olunan Orta Şərq mənşəli monoteist dinlərdir. Xronoloji qaydada, İbrahim dinləri Yəhudilik, Xristianlıq və İslamdır. Bəzən bəhailər də bu kateqoriyaya daxil olur. Yəhudilik və Xristianlıq peyğəmbərlərindən İbrahimin oğlu İshaqın nəsilləri; İsmail peyğəmbər Məhəmməd İslamın nəslindən sayılır. İbrahim kəlməsi "çox millətlərin atası" mənasını verir. Məkkəlilər İbrahimin dinini mandayizm adlandırırdılar. Quranda İbrahim bir hanif olaraq xatırlanır. İbrahimin adı Tanahda Abram olaraq xatırlanır. İslam mədəniyyətində səmavi dinlər anlayışı bəzən İbrahim dinləri anlayışına cavab olaraq istifadə olunsa da, tam eyni deyil.
Tövhidli (Xudabəndə)
Tövhidli (fars. توحيدلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 160 nəfər yaşayır (43 ailə).

Digər lüğətlərdə