Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panthera tigris tigris
Benqal pələngi (lat. Panthera tigris tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Benqal pələngi pələngin ən çoxsaylı yarımnövüdür. Bu pələngin sayı Hindistanda 1706, Banqladeşdə 200, Nepalda 155, Butanda isə 67-81 civarındadır. Benqal pələngi Banqladeşin milli heyvanı hesab edilir.
Tigin
Tigin (çincə: 特勤) — Türk dövlətlərində xaqanın vəliəhdlərinin daşıdığı titul. Bunlardan ən məşhuru Kül Tegindir. Günümüzdə "Təkin", "Tegin" olmaqla şəxsi ad kimi istifadə olunur.
Tiğit
Tiğit — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 56 km məsafədə yerləşmişdir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Teqit kimi, Qafqazın 5 verstlik xəritəsində Tiğit formasında qeyd edilmişdir. Erməni mənbələrində Tğit formasında verilir. Toponim qıpçaq türk tayfasından olan tuq («tiğ» tuq etnoniminin formasıdır) etnoniminə, cəmlik bildirən -ut şəkilçsinin -it fonetik formasının artırması ilə əmələ gəlib, «tuğların yaşadığı kənd», «tuğlara məxsus kənd, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Tığik
Tığik (dağ) — Laçın rayonu ərazisində dağ. Birinci Tığik — Laçın rayonu ərazisində kənd. İkinci Tığik — Laçın rayonu ərazisində kənd.
Felis tigris
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Panthera tigris
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Tigris regalis
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Tigris striatus
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Vilgic mahalı
Vilgic mahalı — Talış xanlığının mahallarından biri. Mahal cənubdan və qərbdən Ərdəbil xanlığı, şərqdən Astara mahalı, şimaldan isə Ucarud mahalı və Zuvand mahalı ilə həmsərhəd idi. Burada yaşayan talışların bir qismi şiə, bir qismi isə sünni idi. Bu mahal Gülüstan sülhündən sonra Kutvalanş yaxınlığında iki yerə bölünmüşdür. Həmin hissələrdən biri Xalxal sərhədinə, Bağru dağına və Yardımlıya yaxındır. Burada yaşayan talışların bir böyük qismi sünni, bir qismi isə şiə idi. 1827-ci ildə tərtib еdilmiş bir sərhəd хəritəsində Talış dağları silsiləsinin cənubunda təхminən hazırkı Qızyurdu dağı ətrafında qеyd оlunmuşdur. Vilgic mahalı ərazisinin böyük bir hissəsi indiki İran, az hissəsi isə indiki Azərbaycan ərazisi tərkibindədir.
Esra Bilgiç
Esra Bilgiç (14 oktyabr 1992, Ankara) — Türk aktrisa və modeldir. == Həyatı == Esra Bilgiç 2014-cü ildən birlikdə olduğu türkiyəli futbolçu Gökhan Töre ilə 21 oktyabr 2017-ci ildə ailə həyatı qurub. 17 iyun 2019-cu ildə cütlük tək seansda boşandı. Bilgiç Bilkent Universitetində təhsil alıb. Hazırda Marmara Universitetinin Hüquq fakültəsində təhsil alır. Onun bir qardaşı var. == Karyerası == === 2014–2018: Diriliş Ertuğrul === 2014–2019-cu illər arasında TRT 1-də 5 mövsüm yayımlanan Diriliş Ertuğrul adlı serialla aktyorluq karyerasına qədəm qoyan Bilgiç, Engin Altan Düzyatan və Hülya Darcan kimi adlarla serialda baş rol alıb. 4 mövsümdür serialda Halime Hatun obrazını canlandıran aktrisa dünyanın bir çox ölkəsindən pərəstişkar kütləsi qazanıb və "Sosial Farkındalık" Mükafatları: Ən Yaxşı Qadın Televiziya Serialı Aktyoru və Anadolu Media Mükafatları: İlin Televiziya Serialı Aktrisası mükafatını alıb. === 2018–2021-2022: Bir Umut Yeter, Ramo ve Kanunsuz Topraklar === Diriliş Ertuğrul serialından sonra erkən finala çıxan Bir Umut Yeter serialında 6 bölümdə Derya Akar rolunu canlandırıb. O, bir illik fasilədən sonra ekranlara qayıdıb və 2020–2021-ci illər arasında Show TV-də yayımlanan Ramo serialında baş rolda Sibel Kaya obrazını canlandırıb.
Aprınçur Tigin
Aprınçur Tigin və ya Aprın Çor Tigin (VIII əsr) — Uyğur xaqanlığı dövründə, təxminən VIII–IX əsrlərdə yaşamış Maniçilik dininin təsirində şeirlər yazmış adı məlum ilk türk şairi. Turfan qazıntılarında tapılan şeirləri ilk dəfə Albert von Le Coq tərəfindən 1919-cu ildə yayımlanmışdır. Tapılan iki şeirin birincisi üç misradan təşkil olunan və ilahi tərzində yazılmış bir panegirikdir. Birinci şeirin ilk misrası zədələnmişdir. Aprın Çor Tiginin ikinci şeiri eşq mövzudunda yazılmışdır və dini olmayan bir şeirdir. Yeddi misradan ibarət olan bu şeirin birinci misrası itmişdir. "Sevgili" adlanan bu şeir uyğur ədəbiyyatının ilk və ən qədim lirik şeir nümunəsi hesab olunur. == Mənbə == Bican Ərcilasun, Əhməd. Türk Dili Tarihi / Başlangıçtan Yirminci Yüzyıla (türk). Akçağ Yayınları.
Birinci Tığik
Birinci Tığik — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Laçın rayonunun Qarıkaha inzibati ərazi vahidində olan kənd dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı (Tığik) dağdan almışdır. Yaşayış məntəqəsi bu dağın ətəyində yerləşir. Sonralar Tığıq adlı ərazidə İkinci Tığik kəndi yaranmış və Tığik kəndlərini fərqləndirmək üçün əvvəlinə birinci sözü artırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 80 nəfər olmuşdur.
Kül Tigin
Kültigin və ya Köl Tigin (4 mart 685 – 27 fevral 731, Ötüken) — Şərqi Göytürk xaqanlığının başçısı olan Bilgə xaqanla birlikdə dövləti idarə edən şəxs. Qapağan xaqanın qardaşı oğlu, İltəriş xaqanın oğlu, Bilgə xaqanın qardaşı, İstəmi xaqanın nəvəsidir. == Etimologiyası == Rütbə tələffüz zamanı yavaş-yavaş öz mənasından uzaqlaşmağa doğru getmişdir. [Kül Tigin] olaraq tələffüz edilən şəxsin rütbəsinin adı Kül>Köl>Göl şəklində tələffüz olunur, açıqlama olaraq isə "Göl kimi böyük şəhzadə" anlamına gəlir. Xülasə, əsl tələffüz forması [Göl Tigin]dir. == Həyatı == Atası İltəris xaqan öləndə Bilgə 8, Kültigin isə 7 yaşında idi. Qardaşı ilə birlikdə əmisi Qapağan xaqan tərəfindən böyüdüldü.Qapağan xaqanın bir sıra uğurlar qazanmasında Bilgə xaqan və Kültiginin rolu böyük idi. Qapağan xaqan öləndə türklərin qayda-qanununa zidd hərəkət edərək, oğlunu vəliəhd elan etdi, lakin daha sonra Kültigin hakimiyyəti ələ keçirməyə nail oldu və o, Qapağan xaqanın oğlunun hakimiyyətini dəstəkləyənləri edam etdirdi. Daha sonra Bilgə xaqan Kültiginin israrı ilə xaqan oldu. Bu zaman Bilgə xaqanın yaşı 32, Kültigininki isə 31 idi.
Tigin Darxan
Tigin Darxan (yak. Тыгын Дархан) - Saxa xalq qəhrəmanı, toyon. == Həyatı == XVI əsrdə Saxanın Tuymada qəsəbəsində doğulmuşdu. Munnan Darxanın oğlu idi. Atasının ölümündən sonra tunqusları məğlub etmiş, Lena çayının sahilinədək Yakutiyanı birləşdirmişdi. Hökmdarlığının son dövründə Yenisey kazaklarının hücumuna uğrayan Tigin Darxan 1632-ci ildə ölmüşdür. == Ailəsi == Ölümündən sonra oğullarına knyaz titulu verilərək dvoryan sinfinə daxil edilmişdi. Oğulları: Beceke Ekurey Çallay Usun Oyun 1642-ci ildə Tiginin oğulları üsyana başladı və 700 nəfər əsgərlə yığaraq Yakutsk şəhərini mühasirəyə aldılar. Lakin toyonlar arasındakı anlaşmazlıq mühasirənin götürülməsinə səbəb oldu. May-İyun aylarında, buzların açılmasından sonra Yakutsk kazaklarının komandanı Pyotr Qolovin əks-hücuma keçərək üsyançıları məğlub etdi və Tiginin oğullarını diri-diri yandırdı.
Yanqsu Tigin
Yanqsu Tigin (鞅素特勤) — Göytürk şahzadəsi, Muğan xaqanın oğlu. Biçurin isə onu Tardu xaqanın oğlu sayır. Lakin Takeşi Osava Monqolküre yazılarını oxuyaraq Nili xaqanın atasının Yanqsu, babasının isə Muğan xaqan olduğunu isbatlamışdır. == Hakimiyyəti == 587-ci ildə Apa xaqanın Tarduya qarşı gəlib Buxaranın 40 km qərbindəki Paykəndi ələ keçirib orada möhkəmlənməsi əhali arasında ciddi narazılıq yaratmışdı. Tardunun göndərdiyi orduya qoşulan və qalib gəldikdən sonra Tardu tərəfindən Buxara və Paykəndin yabqusu təyin olunan Yanqsu Mamastin, Sakmatin, Samtin və Fərab şəhərlərini saldırmışdı. == Ölümü == 589-cu ildə Bəhram Çubin tərəfindən öldürülən Savə şahın o olduğu güman olunur.
İkinci Tığik
İkinci Tığik — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ silsiləsinin ətəyindədir. Tığıq dağının ətəyində yerləşən iki yaşayış məntəqəsi dağın adı ilə Birinci Tığıq və İkinci Tığıq adlandırılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 150 nəfər olmuşdur.
Panthera tigris altaica
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. == Görünüşü == Zahiri görünüşü üçün pələngin görünüşünə baxın. Bədənin uzunluğu 190-290 sm-dir. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədərdir. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Panthera tigris amoyensis
Cənubi Çin pələngi (lat. Panthera tigris amoyensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris balica
Bali pələngi (lat. Panthera tigris balica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris corbetti
Hind-Çin pələngi (lat. Panthera tigris corbetti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris jacksoni
Malay pələngi (lat. Panthera tigris jacksoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris sondaica
Yava pələngi (lat. Panthera tigris sondaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Panthera tigris sumatrae
Sumatra pələngi (lat. Panthera tigris sumatrae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Sayı sürətlə azaldığına görə 2008-ci ildə adı "Qırmızı kitab"ın "Son həddə çatmışlar" siyahısına salınmışdır. Ümumi sayı 441–679 arasında dəyişən bu pələnglərin nəsil artırma qabiliyyətinə malik olan fərdlərinin sayı isə 50-dən çox deyildir. Bali və Yava pələnglərinin nəslinin kəsilməsindən sonra Sumatra pələngləri Zond adalarında yaşayan yeganə pələng qrupudur. == Xüsusiyyətləri == Sumatra pələngi öz kəllə quruluşuna, xəzinə və zolaqlarına görə Benqal və Yava pələnglərindən fərqlənir. O, öz xəzinin daha tünd rəngli olmasına və zolaqları arasındakı məsafənin daha geniş olmasına görə Yava pələngindən seçilir. Sumatra pələngi digər yarımnövlər arasında öz ölçülərinə görə ən kiçiklərdən biri hesab olunur. Onun bədən ölçüləri təqribən böyük bəbir və ya yaquarla bərabərdir. Erkək fərdlərin çəkisi 100–140 kq, uzunluğu 220–255 sm arasında dəyişdiyi halda, dişi fərdlərin çəkisi 75–110 kq, uzunluğu 215–230 sm arasında dəyişir.
Panthera tigris virgata
Xəzər pələngi — (lat. Panthera tigris tigris, əvvəllər lat. P.t.virgata) — Nəsli kəsilmiş pələng yarımnövü. Həmçinin Turan pələngi, Mazandaran pələngi, Hirkan pələngi kimi adları da mövcud olmuşdur. Xəzər pələngi iri ölçülü pişik idi. Erkəklər 270–295 sm uzunluğa, 240 kq-a dək çəkiyə, dişilər isə ortalama 250 sm uzunluğa və 135 kq-a qədər çəkiyə malik olurdurlar. Lakin, daha iri fərdlər də qeydə alınmışdır. Məsələn, 1899-cu ildə Göytəpədə ovlanan bir erkək fərdin dərisi quyruğu ilə birgə 360 sm olaraq ölçülmüşdür! Məşhur rus zooloq Satunin bu nəhəng fərdi "ən az yerli at boyda" deyə təsvir edir. Rəngi tünd olub üzərində çoxsaylı, yaxın yerləşən və ensiz zolaqları var.
Yuxarı Tiğnit (Çaldıran)
Yuxarı Tiğnit (fars. تغنيت عليا‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 109 nəfər yaşayır (20 ailə).