Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bloqosfer (tədbir)
Bloqosfer – Azərbaycanda bloqçuların və yeni media mütəxəssislərinin forumu. 2010-cu ildən bəri hər il keçirilir. Bloqosfer forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq Azərbaycanda bloqçuluğun, yeni media və sosial medianın düzgün inkişafı istiqamətində təkliflər hazırlamaqdır.Forum Azərbaycanda 2010-cu ildən etibarən keçirilir. 2011-cci ildə Bloqosferdə 130-dan çox mütəxəssis iştirak etmişdir.
Elektron əks-tədbir
Elektron əks tədbir (ing. electronic countermeasures abr: ECM) bir elektrik və ya elektron cihazdır. Radar, sonar, infraqırmızı (IR) və ya lazer kimi digər aşkarlama sistemlərini aldatmaq üçün hazırlanmışdır. Düşmənə yönəlmiş hədəfləmə məlumatlarını inkar etmək üçün həm hücum, həm də müdafiə məqsədi ilə istifadə edilə bilər. Sistem düşmənə bir çox ayrı hədəfi göstərə bilər, real hədəfi yoxa çıxmış və ya təsadüfi hərəkət edən kimi göstərədə bilər. Təyyarələri idarə olunan raketlərdən müdafiə etmək üçün effektiv formada istifadə olunur. Əksər hərbi hava qüvvələri təyyarələrini hücumdan qorumaq üçün ECM müdafiə sistemlərindən istifadə edirlər.
Təbaşir
Təbaşir — ovulan, ağ, bəzən sarımtıl yaxud bozumtul orqanik mənşəli əhəng daşı. Əsasən protozoyların (əsasən foraminifer) kiçicik, diametri 0,095-dən — 0,0047-dək mm diametrdə, balıqqulağılarından ibarətdir. Daha yaxın araşdırmalardan sonra məlum oldu ki balıqqulağıları əsasən Textularia və Rotalia və nisbətən daha az Globigerinaya aiddir. Təbaşir dövrünə aid, dərin dəniz çöküntüsü sayılır. Təbaşirin ən yaxın bənzəri qlobigerin lildir, lakin təbaşir adətən tamamilə foraminifer baluqqulağılarından ibarət deyil; onun daxilində tez tez xırda ovulmuş, lakin kristalik karbonat əhəngi tapırlar. Əsasən yazmaq üçün və tikintidə istifadə olunur.
Təkbir
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Gec Təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
Təbaşir dövrü
Təbaşir dövrü — Mezozoy erasının sonuncu dövrü Yura dövründən sonra gələn dövr. Radioloji məlumatlara görə Təbaşir dövrü 145,5 milyon il bundan əvvəl başlamış, təqribən 66 miyon il əvvəl sona çatmışdır. 79 milyon il davam etmə müddəti ilə Fanerozoy eonunun ən uzun dövrüdür. Beynəxalq Statiqrafik Cədəldəki adı "cretaceous" Latın dilindəki "creta" təbaşir sözündən götürülüb. Buna səbəb dövrün ikinci yarısının təbaşirli çöküntülərin zəngin olması olub. Adı adətən alman dilinəki tərcüməsi olan "Kreide" sözünün baş hərfi - "K" kimi qısaldılır. == Tədqiqat tarixi == Müstəqil geoloji dövr kimi ilk dəfə 1822-ci ildə Belçika geoloqu Jan-Batist Omalius d’Allua tərəfindən Paris hövzəsinin təbəqələrini təsvir edərkən "Təbaşir relyefi" (Terrain Crétacé) adı ilə ayrılmışdır. Təbaşir adlanrıımasına səbəb Qərbi Avropada Üst Təbaşir aşlı süxurlarda təbaşirin (kalsium karbonat) üstünlük təşlik etməsi olub. "Cretaceous" sözü latın dilində "creta" təbaşir deməkdir. == Geologiya == === Stratiqrafik bölgülər === Təbaşir dövrü hər biri 6 mərtəbədən ibarət olan 2 şöbəyə bölünür: Alt və Üst.
Üst təbaşir
Gec Təbaşir və ya Üst Təbaşir — geoloji vaxt bölgüsündə Təbaşir dövrünün Erkən Təbaşir epoxasından sonra gələn epoxa. Süxur laylarının təsnifatında bu epoxa "Üst Təbaşir" adlandırılır. Təbaşir əsasən Fransanın şimalında əmələ gələn, həmçinin Şimal-şərqi İngiltərənin ağ qayalarında rast gəlinən və "təbaşir" kimi tanınan ağ əhəngdaşından sonra adlandırılıb. Gec Təbaşir Erkən Təbaşirin Alb mərtəbəsinin sonundan – 100.5 milyon il əvvəl başlamış və Paleosenin Dan mərtəbəsinin başalması ilə – 66 milyon il əvvəl sona çatmışdır. == Bölgülər == Beynəxalq Stratiqrafiya Komissiyası tərəfindən Gec/Üst Təbaşirin altı mərtəbəsi ayrılmışdır: Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt. == İqlim == Gec Təbaşir ərzində iqlim indikinə nəzərən mülayim olmuşdur. Tropiklər ekvatorial bölgələrə qədər məhdudlaşdı və daha çox mövsümi iqlim şəraiti yaşadı. == Coğrafiya == Gec Təbaşir ərzidə qitələr parçalanmağa davam etdi. Plitələr tektonikasına görə Amerika qitəsi tədricən qərbə doğru hərəkət edirdi, nəticədə Atlantik okeanı genişləndi. Hindistan şimala – Asiyaya doğru hərəkətini davam etdirdi.
2009 Medair Bell 206 qəzası
2009 Medair Bell 206 qəzası — 25 mart 2009-cu ildə Möhsün Yazıçıoğlunun da olduğu quyruq nömrəsi "TC-HEK" olan "Bell 206L-4 LongRanger" tipli helikopterin Qəhrəmanmaraşdakı Keş dağında qəzaya uğrayaraq 6 nəfərin ölümü ilə nəticələnən aviasiya hadisəsi. == Uçuş məlumatları == Böyük Birlik Partiyasının (BBP) lideri Möhsün Yazıçıoğlu 29 mart 2009-cu il yerli seçki kampaniyası üçün kirayəlik helikopterlə saat 13.00-da Qəhrəmanmaraş mitinqi üçün Çağlayancerit rayonuna gəlib. Çağlayanceritdə 1500 nəfərin qatıldığı mitinqdə BBP tərəfindən Medairdən icarəyə götürülmüş "TC-HEK" qeydiyyat nişanlı "Bell Long Ranger 206L-4" tipli helikopter saat 13.30-da Qəhrəmanmaraş Hava Limanında yanacaq doldurdu.Çağlayancerit mitinqi sona çatdıqdan sonra Pilot Qaya İstitəpənin istifadə etdiyi helikopter BBP-nin Yozqatın Yerköy səmtindəki mitinqinə getmək üçün saat 14:42-də havaya qalxıb. == İstintaq == 18 fevral 2010-cu il tarixində Cümhuriyyət Xalq Partiyası qrup sədr müavini, Ankara Millət vəkili Hakkı Suha Okay adından; Ədalət və İnkişaf Partiyası qrupu adından qrup sədrinin müavini Kocaeli Millət vəkili Nihat Ergün, Kayseri Millət vəkili Mustafa Elitaş, Giresun Millət vəkili Nurettin Canikli, Hatay Millət vəkili Sadullah Ergin və Yozqat Millət vəkili Bəkir Bozdağ; Milliyyətçi Hərəkat Partiyası qrupu adından qrupun sədr müavini Mersin Millət vəkili Mehmet Şandır və İzmir Millət vəkili Oktay Vuralın təklifi ilə 10 / 333.334.335-3/1090 sayı ilə TBMM araşdırma komissiyası yaradılıb və komissiyanı 4 aprel 2011-ci ildə ictimaiyyət ilə paylaşdı. Davam edən iddialar və prezident Abdullah Gülün jurnalistlərlə söhbətində “Helikopterin beynini keçilər çıxarmadı” deməsi üzərinə prezident Abdullah Gül, o zamankı Böyük Birlik Partiyasının sədri Yalçın Topçu və Muhsin Yazıcıoğlunun həyat yoldaşı Gülefer Yazıcıoğlunun təşəbbüsü ilə, prezident Abdullah Gülün göstərişi ilə "Dövlət Müşahidə Şurası" qəza və iddiaların araşdırılması üçün işə başlayıb. Qəza zamanı və sonrasında irəli sürülən iddialar hələ də Qəhrəmanmaraş Xüsusi Səlahiyyətli Prokurorluğu tərəfindən araşdırılır.