TƏDBİR

is. [ ər. ]
1. Bir işi görmək, həyata keçirmək üçün üsul(lar), vasitə(lər), yol(lar). Məhsuldarlığı artırmaq tədbirləri. Ərzaq problemini həll etmək üçün tədbirlər. Kütləvi tədbirlər.
□ Tədbir tökmək (görmək) – bir şeyi əldə etmək üçün fikirləşib yollar aramaq, yol tapmaq.
[Əsgər Süleymana:] İndi, aşna, bir iş də var, hərgah ona da bir tədbir töksən, onda bilərəm ki, başdan-ayağa qədər ağıllısan. Ü.Hacıbəyov.

// məc. Bir şeyi əldə etmək üçün düşünülən yol, vasitə, üsul; hiylə. Dəlini zəncirlə yox, tədbirlə tutarlar. ( Ata. sözü ).
□ Tədbir etmək – qərarlaşmaq, qərara gəlmək.
[Səfər:] Divan tədbir edib sizi tutmağa; Meydanı qızdırıb at oynatmağa. H.K.Sanılı.

2. Təhlükədən qorunmaq üçün görülən hazırlıq. Qripə qarşı mübarizə tədbirləri.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏDBİR TƏDBİR [Mahmud bəy:] İnan, baş tutarsa qurduğum tədbir; Adam sayılarsan, əqlinə vur bir (S.Rüstəm); BİNAGÜZARLIQ (köhn
  • TƏDBİR ehtiyat — ölçü
TƏDAVÜL
TƏDBİRLİ
OBASTAN VİKİ
Bloqosfer (tədbir)
Bloqosfer – Azərbaycanda bloqçuların və yeni media mütəxəssislərinin forumu. 2010-cu ildən bəri hər il keçirilir. Bloqosfer forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq Azərbaycanda bloqçuluğun, yeni media və sosial medianın düzgün inkişafı istiqamətində təkliflər hazırlamaqdır.Forum Azərbaycanda 2010-cu ildən etibarən keçirilir. 2011-cci ildə Bloqosferdə 130-dan çox mütəxəssis iştirak etmişdir.
Elektron əks-tədbir
Elektron əks tədbir (ing. electronic countermeasures abr: ECM) bir elektrik və ya elektron cihazdır. Radar, sonar, infraqırmızı (IR) və ya lazer kimi digər aşkarlama sistemlərini aldatmaq üçün hazırlanmışdır. Düşmənə yönəlmiş hədəfləmə məlumatlarını inkar etmək üçün həm hücum, həm də müdafiə məqsədi ilə istifadə edilə bilər. Sistem düşmənə bir çox ayrı hədəfi göstərə bilər, real hədəfi yoxa çıxmış və ya təsadüfi hərəkət edən kimi göstərədə bilər. Təyyarələri idarə olunan raketlərdən müdafiə etmək üçün effektiv formada istifadə olunur. Əksər hərbi hava qüvvələri təyyarələrini hücumdan qorumaq üçün ECM müdafiə sistemlərindən istifadə edirlər.
Ev quşlarında çiçək xəstəliyi və onunla mübarizə tədbirləri (film, 1987)
İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989)
== Məzmun == Elmi-kütləvi filmdə heyvandarlığın inkişafı ilə əlaqədar iribuynuzlu mal-qarada parazitar xəstəliyinə qarşı mübarizə üsullarından, onun profilaktikasından danışılır. == Film haqqında == Film Azərbaycan Dövlət Baytarlıq İnstitutunun sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Ənvər Ağayev, Hikmət Seyidov Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov Məsləhətçi: Kamil Mirzəbəyov (baytarlıq elmləri namizədi) == Sponsor == Azərbaycan Dövlət Baytarlıq İnstitutu == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 357.

Digər lüğətlərdə

да́нный пома́заться чужда́ться юмори́ст ана́лиз безгу́бый влага́лищный мгнове́нье насуда́чить перепру́живаться пило́точка раздолба́ть роево́й тортак duo-mill ethic folklorist indoctrinate inference kilogram old-style polianite toff псиный скряжничество