Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkfur
Təkfur — Bizans İmperatorluğu zamanında qubernator səviyyəsində olan idarəçilərlə Anadolu və Rumelidəki xristian bəylərinə verilən ümumi addır. Təkfur erməni dilindən götürmə bir söz olub Osmanlı türkcəsində Xristian hökmdarlara verilən bir şandır. Əsli Takavor, mənası isə "tac daşıyan" dır. Bizans İmperatorluğunda mərkəz xaricindəki şəhərlərin müstəqil valilərinə Təkfur deyilərdi. Bunların inzibati və hərbi vəzifələri vardı. Türkiyə Səlcuqlular və Osmanlı Dövlətinin ilk zamanlarında Təkfurlarla çox möhkəm münasibət quruldu. Təkfurlar Türk axınlarından qorunub, müstəqilliklərini mühafizə etmək üçün Türklərə çox miqdarda vergi verərdilər. Təkfurların bəziləri vəziyyətlərini mühafizə edə bilmək üçün Türk komandan və bəylərilə qohum olma yollarına üstünlük verərdilər. Bu səbəbdən əksəriyyəti qızlarını Türk komandan və ya oğullarına gəlin verərdilər. Bu təkfurların içindən Müsəlman olanlar da oldu.
Zərnurə Həmidova
Zərnurə Həmidova (Həmidova Zərnurə Ənvər qızı d.1984-cü il Bakı şəhəri) — AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi katibi. Coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Həmidova Zərnurə Ənvər qızı 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin bakalavr pilləsini, 2006-cı ildə həmin universitetin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aspiranturasına qəbul olunub və 2011-ci ildə “Sel təhlükəli ərazilərin relyefinin morfodinamiki gərginliyinin qiymətləndirilməsi (Böyük Qafqazın cənub yamacı timsalında)” mövzusunda dissertasiya işini müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. == Elmi fəaliyyəti == 2011-ci ildən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırılması” şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 2016-cı ildən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi katibi vəzifəsinə təyin edilib. == Elmi əsərləri == 1. Экзодинамические напряженные поля Восточного Кавказа (в пределах Азербайджана) // Вопросы географии и геоэкологии, Алматы, апрель-июнь, 2008, с.
Təkfur sarayı
Təkfur sarayı — İstanbulda olan Blaherne sarayı kompleksindən günümüzə qalan tək saray. İstanbulda, Fatih ilçəsi sərhədləri içərisində qalan Ədirnəqapı səmtində, quru surlarına bitişik olaraq inşa edilmiş, mövqe olaraq Ədirnəqapı və Əyriqapı arasında qalan qalın divarlı saray "Təkfur sarayı" olaraq adlandırılar. Təkfur sarayının nə zaman və kimlər tərəfindən inşa edildiyi mövzusunda dəqiq bir məlumat yoxdur. Bəzi tarixi mənbələrdə, İsanın doğumundan sonra onuncu əsrdə Bizans imperatoru Porfirogenetosun əmri ilə inşa etdirildiyi və arxa hissəsində olan böyük sarayın əlavə binası olduğu bildirilir. Bu məlumatı rədd edən digər tarixi qaynaqlar isə miladdan sonra XIIIvə XIV əsrlərdə "Blakhernai sarayı" olaraq bilinən sarayda yaşayan xidmətçilərin iqamət etməsi üçün inşa edildiyi deyilməkdədir. Fatih Sultan Mehmet tərəfindən İstanbulun fəth edilməsindən sonra Təkfur sarayı XVII əsrin sonlarına qədər metruk şəkildə qalmışdır. XVII əsrin sonlarında isə Təkfur sarayına zoopark qurulmuşdur. İstanbul şəhərinə səyyah olaraq gələn John Sandersonun rəvayətinə görə isə özündən qırx il əvvəl gələn Ogier Ghiselin də Busbecq, buradakı heyvanat bağçasında olan zürafəni görmək istəmiş lakin zürafə bir neçə gün əvvəl öldüyündən, dünyada heç bir ölkədə görə bilmədiyi bu canlını görmək və marağını aradan qaldırmaq üçün zürafənin məzarını qazdırmaq ilə marağını son vermişdir XVIII əsrin əvvəllərində dulusçuluq atelyesi olaraq istifadə Təkfur sarayı XIX əsrin ortalarından etibarən şüşə və şüşə məhsulları emalatxanasına çevrilmişdir. Dünyaca məşhur Qaşıqçı almazı isə Təkfur sarayının zibilliyində tapılmışdır. İndiki vaxtda isə yeni tarixi hadisələrə şahidlik etmək məqsədi ilə Təkfur sarayındakı arxeoloji qazıntılar davam etməkdədir.
Təknə dağı
Təknə dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1949,0 m). Dərələyəz silsiləsindən cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Gərməçataq kəndindən 2,3 km сənub-şərqdədir. Orta Paleosenin Zeland mərtəbəsinə aid Türkeş lay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş cənub-şərq yamacı sıldırımlı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, onun şimal-şərq cinahına aid Yuxarı Buzqov sinklinalının cənub-qərb qanadında yerləşir.
Tenere
Tenere (bər. Tiniri) — Böyük Səhranın mərkəzində yerləşən səhra (bölgə). Səhranın ümumi sahəsi 400 000 km² təşkil edir. Öz növbəsində qumlu səhradır və Nigerin şimal-şərq, Çadın isə qərbini əhatə edir. Air platosu, Axaqqar və Tibesti massivvləri ilə əhatələnmişdir. Tenere Tamaşeklərin dilində "səhra" mənasını verir. == Xüsusiyyətləri == Afrikanın şimalı, Böyük səhranın mərkəzini əhatə edən səhra quru və sərt iqlimi ilə seçilir. Onu hətta «səhra içində səhra» adlandırırlar. Burada olan dyunların hündürlüyü 250 m və daha çox olduğundan Dünyanın ən hündür dyunları hesab edilir. Səhranın hər hissəsi qumluq deyildir.
Bulbophyllum tenue
Bulbophyllum tenue (lat. Bulbophyllum tenue) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Lolium tenue
Lolium perenne (lat. Lolium perenne) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Festuca perennis (L.) Columbus & J.P.Sm. Hordeum compressum Boiss. & Orph. [Invalid] Lolium aechicum Rouville [Spelling variant] Lolium agreste Roem. & Schult. [Invalid] Lolium brasilianum Nees Lolium canadense Bernh. ex Rouville [Invalid] Lolium cechicum Opiz Lolium compressum Boiss. & Orph.
Lolium perenne var. tenue
Lolium perenne (lat. Lolium perenne) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin quramit cinsinə aid bitki növü. == Sinonimləri == Festuca perennis (L.) Columbus & J.P.Sm. Hordeum compressum Boiss. & Orph. [Invalid] Lolium aechicum Rouville [Spelling variant] Lolium agreste Roem. & Schult. [Invalid] Lolium brasilianum Nees Lolium canadense Bernh. ex Rouville [Invalid] Lolium cechicum Opiz Lolium compressum Boiss. & Orph.
Air və Tenere milli təbiət qoruğu
Air və Tenere milli təbiət qoruğu — Nigerdə yerləşən təbiət qoruğudur. Buraya bir neçə üst-üstə düşən qoruq təyinatı daxildir və YUNESKO-nun Dünya İrsi mirasıdır. Qoruq, həm Air dağlarının şərq yarısını, həm də Tenere səhrasının qərb hissələrini əhatə edir. Ərazi, həmçinin, "BirdLife İnternational" tərəfindən əhəmiyyətli quş sahəsi kimi müəyyən edilmişdir.Air və Tenere təbiət qoruğu UNESCO Dünya İrsi mirasına 1991-ci ildə daxil olmuş və 1992-ci ildə təhlükəli bir ərazi olaraq təyin edilmişdir. VII, IX, X və #573 meyarlarına əsasən təyin edilmişdir. Qoruq 77,360 kvadrat kilometr ərazini əhatə edir. Bu, Afrikadakı ikinci ən böyük təbiət qoruğu, dünyada isə dördüncü ən böyük qoruq hesab edilir.UNESCO-nun Air və Tenere təbiət Qoruğu iki hissədən ibarətdir: Air və Tenere milli təbiət qoruğu IUCN növü IV. 1 yanvar 1988-ci ildə yaradılmışdır. 64,560 km².Air və Tenere Addax ziyarətgahı IUCN növü Ia. 1 yanvar 1988-ci ildə yaradılmışdır. 12,800 km².