TƏKNƏ

TƏKNƏ (xəmir yoğurmaq üçün işlədilən dərin iri qab) Telli durub təknədən bir təndir çörəyi çıxartdı (Çəmənzəminli); TABAQ Həmid yağlı barmaqlarını tabağın üstünə salınmış qar kimi ağ dəsmala sildi (H.Abbaszadə).

TƏKLİK
TƏKRAR
OBASTAN VİKİ
Təknə dağı
Təknə dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 1949,0 m). Dərələyəz silsiləsindən cənuba ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Gərməçataq kəndindən 2,3 km сənub-şərqdədir. Orta Paleosenin Zeland mərtəbəsinə aid Türkeş lay dəstəsinin bazal konqlomeratlarından təşkil olunmuş cənub-şərq yamacı sıldırımlı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-qərb qurtaracağında, onun şimal-şərq cinahına aid Yuxarı Buzqov sinklinalının cənub-qərb qanadında yerləşir.
Təknəli
Təknəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd. 1728-ci ildən mə’lumdur. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə, Ellər dərəsində yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tabeliyində olmuşdur. Qafqazın 5 verstlik xərtiəsində qeyd edilmişdir. == Toponimi == Toponim dulusçuluqla, daşyonma ilə məşğul olan türk mənşəli təknəli etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Kokohovit qoyulmuşdur.

Digər lüğətlərdə