Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nisbət və tənasüb
A ədədinin B ədədinə bölünməsindən alınan qismətə A ədədinin B ədədinə nisbəti deyilir. Yəni, nisbət, B ədədinin A ədədinin daxilində neçə dəfə yerləşdiyini əks elətdirir(A:B). Məsələn, əgər bir səbətdə 8 ədəd naringi, digər səbətdə 6 ədəd limon varsa, onda, naringilərin sayının limonların sayına nisbətini 8:6 ( 4:3 nisbətinə ekvivalentdir) şəklində göstərəcəyik. Bu nümunədə həmçinin, limonların sayının naringilərin sayına nisbətini 6:8 ( və ya 3:4) şəklində, naringilərin sayının bütün meyvələrin sayına nisbətini isə 8:14 (və ya 4:7) şəklində yazmaq olar. Nisbəti təşkil edən ədədlər istənilən oxşar kəmiyyətlər ola bilər, məsələn , obyektlərin nisbəti, insanların nisbəti, düzbucaqlının eni ilə uzunluğunun nisbəti və s. A ədədinin B ədədinə nisbətini kəsr kimi A B {\displaystyle {A \over B}} şəklində yazmaq olar. Bu kəsri istər adi, istərsə də onluq kəsr şəklində göstərmək mümkündür. İki nisbətin bərabərliyinə Tənasüb deyilir. A ədədinin B ədədinə nisbəti (A:B) , C ədədinin D ədədinə nisbətinə (C:D) bərabərdirsə, bu tənasübü aşağıdakı kimi quracağıq: A:B=C:D A,B,C və D bu tənasübün hədləri adlanır. A və D tənasübün kənar hədləri, B və C isə orta hədləri adlanır.
Təkasur Surəsi
Təkasur surəsi (ərəb. سورة التكاثر‎ — oxunuşu: ət-Təkasur — çoxluqla öyünmə). Quranın 102-ci surəsidir. Məkkədə nazil olmuşdur, 8 ayədir. Surənin 5-7-ci ayələrində yəqinin 2 mərhələsi — elmul-yəqin və eynul-yəqin barədə söhbət açılır.
Iris tenax
Iris tenax (lat. Iris tenax) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü.
Proprioseiopsis tenax
Proprioseiopsis tenax (lat. Proprioseiopsis tenax) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis tenax Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Nəsx və mənsux
Nəsx və mənsux — Quran ayələrinin və ya hədislərin bəzi müddəalarının başqa ayə və ya hədislərin hökmlərinin xeyrinə ləğv edilməsi.Nəsx (ərəb. نسخ‎) — "ləğv etmə", "aradan qaldırma", "dəyişiklik" mənalarına gəlir; İslamda ilahi vəhyin ləğvi, dəyişdirilməsi və ya redaktəsidir. Mənsux ləğv edilmiş müddəanın adıdır. == Tarixi == Müsəlman doktrinasına görə, 23 il ərzində Məhəmməd peyğəmbərə ilahi vəhylər göndərilib. Və bu vəhylər təkcə Müqəddəs Yazılara daxil olan ayələrlə məhdudlaşmır. Vəhylərin üç kateqoriyaya aid olduğu güman edilir: Qısamüddətli, anlıq dəyəri olan vəhylər. Onlar hər hansısa konkret həyat vəziyyətləri üçün göndərilib və ümumi xarakter daşımayıb. Qalıcı, daha davamlı məna daşıyan vəhylər. Bunlar Məhəmməd peyğəmbər tərəfindən ictimai yerlərdə və ya konkret insanlarla söhbətləri zamanı ifadə edilmiş, xatırlanmış və qeydə alınmışdır. Allahın iradəsinə uyğun olaraq Onun əbədi kəlamına — Qurana daxil olan vəhylər.Quran ayələrinin ləğvinə (nəsx) misal olaraq aşağıdakı hədisləri göstərmək olar: "Aişə rəvayət edir ki, Quranda nazil olanlar arasında "On dəfə süd əmizdirmə haramdır" kəlməsi də var idi, lakin sonra bu əmr "beş dəfə" ilə əvəz olundu.