Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İşıqla rəngləmə
İşıq qrafikası (ing. light graphic) və ya işıqla rəngləmə (ing. light painting) — fotoqrafiya üslubu(texnikası) olub işıqla çəkmək(rəngləmək) texnikasıdır. == Ümumi məlumat == Tam qaranlıq şəraitində fotoaparat ştativ üzərində yerləşdirilir. Kamerada uzun davametmə quraşdırılır və kamera qarşısında fənər və ya xüsusi cihazlarla naxış, ornament və ya obyektlər çəkilir. İşıqlandırma üçün məişət fənərləri (işıqdiodlu və ya halogen lampalı)istifadə olunur. Fotoçəkiliş zamanı multiekspozisiya rejimi istifadə olunur. İşıq qrafikasının iki əsas metodu mövcuddur – statik və dinamik.
Azərbaycanda Yeniləşmə Hərəkatı (kitab)
Azərbaycanda Yeniləşmə Hərəkatı (türk. Azerbaycan'da Yenileşme Hareketleri) — Hüseyn Baykaranın ilk dəfə 1966-cı ildə Ankarada türk dilində nəşr olunmuş əsəri. == Məzmun == "Azərbaycanın oyanışı, yenilənməsi və şəxsiyyətləri haqqında oçerki yazmağa başlayarkən məni ən çox düşündürən məsələ Çar Rusiyasının işğalından əvvəl xanlıqlar dövründə Azərbaycanın mədəni, siyasi və iqtisadi vəziyyətinin nə qədər inkişaf etmiş olması idi. Buna görə də kitabda ən çox bu mövzuya yer verdim. Bəzi zümrələr belə hesab edirlər ki, Azərbaycanın hal-hazırkı mədəniyyəti, incəsənəti rusların əsəridir"… "Halbuki ruslar Azərbaycanı işğal etdikləri dövrdə nəinki bugünkü Qərb düşüncəsində, hətta o dövrün Qərb düşüncəsinə görə də mədəni millət hesab edilmirdilər. I Pyotrun hakimiyyətindən sonra Rusiyada yalnız hərb sahəsində qərbləşmə özünü göstərirdi. Şərqdə qazandıqları qələbələri də məhz buna borcludurlar. Rusiyada quldarlıq 1861-ci ildə II Aleksandrın fərmanı ilə ləğv edilmişdi. Öz vətəndaşları ilə qul kimi davranan rejim necə mədəni ola bilər, ya da necə mədəni hesab oluna bilər? Xüsusilə də Çar Rusiyası rejimi dözülməz despotik və zülmkar rejim idi.