Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təqdiqat
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Təlimat
Təlimat termini aşağıdakı mənalarda istifadə oluna bilər: Təlimat — qanun qüvvəli akt; qanunvericilik aktının, nazirin yaxud digər dövlət orqanı rəhbərinin əmrini izah etmək və onun tətbiqi qaydasını müəyyənləşdirmək məqsədilə verilir; Təlimat — texniki xarakterli göstərişlər; Təlimat — ixtisasçının öz funksional vəzifəsini yerinə yetirmə qaydalarını və ya konkret məsələnin həlli prosesində iş qaydalarını təyin edən sənəd; Təlimat — müəyyən fəaliyyət növlərinin, işlərinin həyata keçirilməsinin, xidməti davranışının xüsusi normativ sənədlərdə verilmiş qaydaların toplusu; Təlimat — bir şeyi həyata keçirmək üçün qayda və üsullar müəyyən edən yazılı göstəriş. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Tənzimat islahatları
Tənzimat (türk. تنظيمات‎ — "tənzimləmə", "yoluna qoyma") — İlk Osmanlı Konstitusiyasının qəbul edildiyi 1876-cı ilə qədər, 1839-cu ildən Osmanlı İmperiyasında modernləşmə islahatlarının ədəbiyyatda qəbul edilmiş adı (və onların həyata keçirilməsi dövrü) . İslahatların təməl prinsipləri taxta çıxdıqdan sonra Sultan Əbdül-Məcid tərəfindən 1839-cu il noyabrın 3-də nəşr olunan "Gülxanə xətt-i Şərif"də təsbit edilmişdir. Əvvəlki islahatlardan fərqli olaraq Tanzimatda əsas yeri hərbi deyil, sosial-iqtisadi dəyişikliklər tuturdu. İslahat təşəbbüsü, "Gülxanə xətt-i Şərifin" müəllifi olan Mustafa Rəşid paşa rəhbərliyi ilə mütərəqqi bir bürokratiya qrupuna aid idi. O, bir neçə il İngiltərə və Fransada səfir, sonra isə Xarici İşlər Naziri postunu tutmuşdur. Onun rəhbərliyi ilə mərkəzi hakimiyyəti gücləndirmək, Balkanlarda azadlıq hərəkatının qarşısını almaq və mövcud sistemi Qərbi Avropa həyatının normalarına uyğunlaşdıraraq ölkənin Avropa güclərindən asılılığını zəiflətmək üçün yeni islahatlar planı hazırlanmışdır. XIX əsrin I yarısında ölkədə xarici kapitalın ağalığı türk ticarət və sənaye burjuaziyasını çox pis bir vəziyyətə salmışdı. Xarici kapitalistlər öz iqtisadi üstünlüyü və kapitulyasiya hüquqlarından istifadə edərək hazır sənaye məhsullarının idxalını və kənd təsərrüfatı məhsullarının ixracını öz əllərində cəmləşdirmişdilər. Osmanlının kapitalist dövlətlərinin xammal bazasına çevrilməsi prosesi güclənirdi.
Elmi-təqdiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Keyko Teşima
Keyko Teşima (yap. 手島 桂子; qızlıq dövründə Maeda (yap. 前田); ana. 25 mart 1980, Takasaqo) — Orta-ağır çəki dərəcəsində Yaponiyanı təmsil edən qadın cüdoçu. 1990-cı illərin sonlarından 2000-ci illərin ortalarına qədər Yaponiyanı təmsil etmişdir. Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Dünya çempionu, Asiya Çempionatının bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Keyko Maeda 25 mart 1980-ci ildə Xioqo prefekturasının Takasaqo şəhərində anadan olmuşdur. Fəal cüdoyla məşğul olmaq həvəsi Maedada on iki yaşında Yawara! animesinə baxdıqdan sonra yaranmağa başlamışdır. Sukıb Universitetində təhsil alan zaman tələbə komandasında hazırlıq keçmişdir.
Teşima adası
Teşima adası — Yaponiyanın Naoşima və Syodoşima adaları arasında yerləşən ada. İnziubati cəhətdən Kaqava prefekturasına daxildir. Adanın sahəsi 14.5 km², əhalisi 1000 nəfərdir. Kənd təsərrüfatı inkişaf etmişdir. Adada Teşima İncəsənətr muzeyi yerləşir.
Şiro Teşima
Şiro Teşima (26 fevral 1907 - 6 noyabr 1982) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.