tənzim
tənzimatçı
OBASTAN VİKİ
Tənzimat islahatları
Tənzimat (türk. تنظيمات‎ — "tənzimləmə", "yoluna qoyma") — İlk Osmanlı Konstitusiyasının qəbul edildiyi 1876-cı ilə qədər, 1839-cu ildən Osmanlı İmperiyasında modernləşmə islahatlarının ədəbiyyatda qəbul edilmiş adı (və onların həyata keçirilməsi dövrü) . İslahatların təməl prinsipləri taxta çıxdıqdan sonra Sultan Əbdül-Məcid tərəfindən 1839-cu il noyabrın 3-də nəşr olunan "Gülxanə xətt-i Şərif"də təsbit edilmişdir. Əvvəlki islahatlardan fərqli olaraq Tanzimatda əsas yeri hərbi deyil, sosial-iqtisadi dəyişikliklər tuturdu. İslahat təşəbbüsü, "Gülxanə xətt-i Şərifin" müəllifi olan Mustafa Rəşid paşa rəhbərliyi ilə mütərəqqi bir bürokratiya qrupuna aid idi. O, bir neçə il İngiltərə və Fransada səfir, sonra isə Xarici İşlər Naziri postunu tutmuşdur. Onun rəhbərliyi ilə mərkəzi hakimiyyəti gücləndirmək, Balkanlarda azadlıq hərəkatının qarşısını almaq və mövcud sistemi Qərbi Avropa həyatının normalarına uyğunlaşdıraraq ölkənin Avropa güclərindən asılılığını zəiflətmək üçün yeni islahatlar planı hazırlanmışdır. == İslahatdan əvvəlki tarix və onu doğuran əsas şərtlər == XIX əsrin I yarısında ölkədə xarici kapitalın ağalığı türk ticarət və sənaye burjuaziyasını çox pis bir vəziyyətə salmışdı. Xarici kapitalistlər öz iqtisadi üstünlüyü və kapitulyasiya hüquqlarından istifadə edərək hazır sənaye məhsullarının idxalını və kənd təsərrüfatı məhsullarının ixracını öz əllərində cəmləşdirmişdilər. Osmanlının kapitalist dövlətlərinin xammal bazasına çevrilməsi prosesi güclənirdi.