Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərəşilər
Mərəşilər, Maraşılar (maz. مرعشیون)-İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Şiə sülaləsi idi.Bu sülalənin banisi Mirbozorg idi.O, Mərəşi seyidlərindən idi ki, nəsəbləri İmam Zeynül-Abidinin törmələrindən olan Əli əl Mərəşə yetişirdi.Paytaxtları Sari, Amul və Vatasan şəhərləri olub.
Çərəlilər
Çərəlilər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. 2009-cu il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır. == Tarixi == Çərəlilər Bərdə rayonunun Mollalı inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini Qubadlı rayonunun Çərəli kəndindən gəlmiş ailələrin saldığı haqqında məlumat verilir. Etnotoponimdir.
Təkəlilər tayfası
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. " Salur" sözü yurd salan, utaraq həyata keçən mənasında istifadə edilmişdir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Yeni ərazilər
Yeni ərazilər (Çin dilində: 新界; ingilis dilində:New Territories, kanton dilində: san gaai — hazırda Honkonq və Koulun adalarını da əhatə edən və Honkonqun xüsusi inzibati rayonlarının üçdə bir hissəsini əhatə edən ərazilər. Yeni ərazilərin əhalisi 3 691 093 nəfərdir (2006). Əhalinin sıxlığı hər km²-ə 3,8 min nəfərdir . Sahəsi 952 km²-ə yaxındır. == İnzibati bölgü == Yeni ərazilərə daxil olan dairələr: Kxuayçxin (Kvay-Tsinq) (Kwai Tsing, 葵青區) — əhalisi 524 min nəfər, ərazisi 23,34 km². Kvay-Tsinq 1985-ci ildə Çxyunvan dairəsinin tərkibindən ayrılması nəticəsində təşkil olunmuşdur. İlk vaxtlar dairə Kvay-Çunq və Tsinq-İ, 1988-ci ildən Kvay-Tsinq adlandırılmışdır. Çxyunvan (Tsin-Van) (Tsuen Wan, 荃灣區) — əhalisi 289 min nəfər, ərazisi 61,71 km². Tsin-Van dairəsi 1982-ci ildə təşkil olunmuşdur, lakin 1985-ci ildə ondan ayrılmış ərazilərdə yeni Kxuayçxin dairəsi təşkil olunmuşdur. Txyunmun (Tyun-Mun) (Tuen Mun, 屯門區) — əhalisi 502 min nəfər, ərazisi 82,89 km².
Mühasirəyə alınan tərəflər (film, 1992)
Ölümcül mühasirələr (ing. Dead end of Besiegers) — 1992-ci ildə döyüş filmi janrında çəkilən Honkonq filmidir. Filmin digər adı "Polad at" kimi səslənir. == Məzmun == Müxtəlif döyüş novləri üzrə müəllim öz ölkəsində Yaponiyada çətin həyat tərzi sürür. Ondan xoşları gəlməyən insanlar üzündən bu ölkəni tərk edir. Yaponiyanı tərk edəndən sonra Çinə gəlir. Burada Kunq Fu ilə məşğul olmağa başlayır. Lakin bəzi hadisələr səbəbindən yapon dəniz quldurlarının gəmilərinə düşür... == Rollarda == == Xarici keçidlər == Ölümcül mühasirələr — Internet Movie Database saytında.
Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanunu
Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanunu» (gürc. საქართველოს კანონი ოკუპირებული ტერიტორიების შესახებ) — Gürcüstanın Abxaziya, Cənubi Osetiya ərazilərində Abxaziya Muxtar Respublikası və Tsxinvali bölgəsi, habelə bitişik bölgələr olaraq görünən xüsusi bir hüquq rejimi quran qanunvericilik aktı. == Qanunun qəbul tarixi == SSRİ-nin dağılmasından və Gürcüstan SSR-nin müasir Gürcüstana çevrilməsindən sonra bir sıra silahlı qarşıdurmalar nəticəsində (Cənubi Osetiya müharibəsi (1991-1992), Abxaziya müharibəsi (1992-1993)) iki tanınmamış Tiflis hökumətinin nəzarətində olmayan dövlətlər quruldu — əraziləri müvafiq olaraq keçmiş Abxaz Muxtar Sovet Sosialist Respublikası və Cənubi Osetiya Muxtar Dairəsi olan Abxaziya və Cənubi Osetiya. Gürcüstan 1992-ci ildə dünyanın əksər ölkələrindən beynəlxalq hüquqi tanınma aldı, Abxaziya və Cənubi Osetiya uzun müddət tanınmadı. 2008-ci ildə Gürcüstanla Cənubi Osetiya arasında silahlı qarşıdurmadan sonra (Abxaziya və Rusiya da Cənubi Osetiyanın tərəfində idi) Rusiya və bir sıra digər ölkələr Abxaziya və Cənubi Osetiyanı suveren müstəqil dövlətlər kimi tanıdılar. Gürcüstan baxımından, hökuməti tərəfindən nəzarət edilməyən ərazilər Rusiya tərəfindən işğal edilir. 23 oktyabr 2008-ci ildə Gürcüstan Parlamenti 3-cü oxunuşda "İşğal olunmuş ərazilər haqqında" qanunu qəbul etdi. 31 oktyabr 2008-ci ildə qanun Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən imzalanmışdır. 2009-cu ilin avqustunda Gürcüstanda siyasi sığınacaq istəyən şəxslər üçün Abxaziya və Cənubi Osetiya üzərindən tranzit daşımalarına icazə vermək üçün qanuna dəyişiklik ediləcəyi elan edildi.2013-cü ilin fevral ayında Gürcüstan hökuməti bu qanunu yumşaltmaq üçün parlamentə dəyişikliklər etdi. Bu düzəlişlərə görə, "işğal olunmuş ərazilər haqqında" qanunun ilk pozulması inzibati xəta kimi qiymətləndirilir və 400 lari cərimə ilə cəzalandırılır.
Berezitlər
Berezitlər — aşağı temperaturlu metasomatik proseslərin təsirilə turş və orta tərkibli intruziv süxurların intensiv dəyişilməsi nəticəsində əmələ gələn, həmişə pirit və rutil qarışıqları olan və əsasən kvars, serisit, karbonat (ankerit) kimi minerallardan ibarət tipik çatətrafı metasomatitlər. Tərkibində albit, xlorit, kalsit və b. minerallar da ola bilər. Berezitlər morfologiyası adətən damarvaridir. Berezitlər qızıl və habelə mis, gümüş, molibden, volfram, polimetal, mərgümüş yataqlarında filizətrafı dəyişilmələr hesab edilir və axtarış əlamətləri kimi istifadə edilirlər. == Berezitləşmə == Berezitləşmə tipik çatətrafı (damarətrafı) aşağı temperaturlu metasomatik dəyişilmə prosesi. İntensiv berezitləşmə zonası tektonik pozulmaların, çat və daykaların təmasında baş verir, mərkəz hissədə kvars və ya karbonat (ankerit, yaxud kalsit) damarları əmələ gəlir. Berezitləşmə bəzən özündən əvvəl əmələ gəlmiş propilitlərin hesabına baş verir və bu zaman epidotla kvarsın assosiasiya karbonatla kvarsın assosiasiya ilə əvəz olunur. Berezitləşmə aydın müşahidə edilən metasomatik zonallıq yaradır, metasomatik dəyişilmə kimi müəyyən məqamlarda filizçökməni müşayiət edir. Belə hesab edir ki, həm berezitləşmə, həm də listvenitləşmə eyni tərkibli hidrotermal məhlulların müxtəlif tərkibli ilkin süxurlara metasomatik təsirindən əmələ gəlir və hər iki metasomatit birlikdə berezit formasiyasını təşkil edir.
Ölkə və ərazilər üzrə COVID-19 pandemiyası
Bu məqalədə 2019-cu il koronavirus xəstəliyinə (COVID-19) səbəb olan və COVID-19 pandemiyasına görə məsul olan ağır kəskin respirator sindrom koronavirusu 2 (SARS-CoV-2) ilə təsirlənən ərazilərdə vəziyyət ümumiləşdirilmiş və sənədləşdirilmişdir. COVID-19-a yoluxan ilk insan faktı 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin paytaxtı Uhanda aşkar edilib. Bu səhifədə təqdim olunan rəqəmlər bildirilən hallara və ölümlərə əsaslanır. Bəzi yüksək gəlirli ölkələrdə ümumi təxmin edilən halların və ölümlərin bildirilmiş hallara və ölümlərə nisbəti aşağıdır və 1-ə yaxındır, bəzi ölkələrdə isə 10 və hətta 100-dən çox ola bilər. COVID-19 nəzarət üsullarının tətbiqi geniş şəkildə dəyişir. == Xəritələr == === Ümumi hallar === Ölkələr üzrə ümumi təsdiqlənmiş halları və hər milyon nəfərə düşən ümumi təsdiqlənmiş halları göstərən dünya xəritələri. Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. === Ümumi ölümlər === Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. === Gündəlik ölümlər === Məlumat Cons Hopkins Universitetində Sistem Elmi və Mühəndisliyi Mərkəzinin (SEMM) COVID-19 Məlumat Anbarındandır. === Ümumi vaksinlər === Məlumatlar "Our World" tərəfindən rəsmi mənbələrə əsaslanaraq təsdiq oluna bilən rəqəmlərdən hazırlanıb.