Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tərcibənd
Tərcibənd (ərəbcə: tərci və farsca: bənd ) — Mövzu və vəzn etibarilə bir olub, birinci bəndin bütün misraları həmqafiyə, ikinci bəndin son beyti istisna olmaqla bütün misraları, axırda isə birinci bəndin son beyti nəqərat kimi təkrar edilən klassik şeir formalarından biri. == Xüsusiyyətləri == Tərcibəndin məzmununu şair təsirləndiyi, mənasını duyduğu sahələrdən götürür. Eyni zamanda, bu janrın tutumu, ölçüsü, qafiyə sistemi tərkibbənddən az fərqlənir. Tərcibəndlər adətən şeirlərdə beytlərə və bəndlərə ayrılır. Müxtəlif tarixi kəsmlərdə yazılan tərcibəndlərin strukturu bir-birindən fərqlənir. Bəzi tərcibəndlərin ilk iki misrası öz arasında, sonrakı sətirlər isə misraaşırı qafiyələnmişdir. Yaxın məzmunlu, yaxın ölçülü, oxşar ahəngli tərcibəndlərdə final beytləri təkrar olunur. == Nümunələr == Nəsiminin tərcibəndlərində ilk iki misra öz aralarında qafiyələnir, sonrakı beytlərin birinci misraları sərbəst buraxılır, ikinci misralar isə birinci beytin son misraları ilə həmqafiyə ( aa ba qa da va ...) olur. Nəsiminin tərcibəndləri 13 -15 beytdən çox olmayıb. Füzulinin tərcübəndləri isə 12 misradan çox olmamışdır.
Tərkibbənd
Tərkibbənd (ərəbcə: tərkib və farsca: bənd) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Tərkibbənd mövzu və vəzn etibarilə bir olub, müxtəlif qafiyə sisteminə malik klassik şeir formalarından biridir. Füzulinin "Mənəm ki qafiləsalarikarivani - qəməm" tərkibbəndi məşhurdur. Ruhi Bağdadinin 17 bəndlik tərkibbəndi ona şöhrət qazandırıb. Bu tərkibbənd həcv olub, sosial məzmundadır. Azər Bəydili də bu üslubdan istifadə etmişdir. == Ədəbiyyat == Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi. IX-XI siniflər üçün dərs vəsaiti. III nəşr. Bakı, "Maarif", 2002.