Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Terenti Qraneli
Terenti Samsonoviç Kvirkveliya (gürc. ტერენტი სამსონის ძე კვირკველია, daha çox Terenti Qraneli ədəbi təxəllüsü ilə tanınır; 3 iyun 1897, Tsalencixa, Kutaisi quberniyası, Rusiya imperiyası – 10 oktyabr 1934, Tiflis, Gürcüstan SSR, SSRİ) — Gürcü şairi və esseisti, qrafika rəssamı. == Həyatı == Terenti Kvirkveliya 1897-ci ildə (digər mənbələrə görə — 1898-ci ildə) Samson Kvirkveliyanın yoxsul kəndli ailəsində anadan olmuşdur. Yeddi yaşında anası İvlitanı itirmişdir. Anası doğuş zamanı həyatını itirmiş, özündən sonra iki qızı və bir oğlunu atasının himayəsində buraxmışdır. Qısa müddət sonar ata yenidən evlənmişdir. Terentinin anası Dariya Meboniya övladlığa götürülmüş uşaqlara doğmaları kimi yanaşmışdı. Xüsusilə bu valideyn istiliyini ömür boyu xatırlayan Terentini çox sevirdi. Ailədə oğlanın istedadını erkəndən görüb onu ibtidai məktəbə göndərirlər və yerli xeyriyyəçi və ictimai xadim Yakov Şanava uşağa kitab oxumaq sevgisi aşılayır və ona kitabxanasından istifadə etməyə icazə verir. Burada gənc Terenti dünya ədəbiyyatının klassikləri ilə tanış olur.
Tərpənən və tərpənməz bloklar
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir.
Serpentin
Serpentin – Mg3 (OH)4 [Si2O5] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Xrizotil-asbest (paralel-lifli) və sermatit (dolaşıq-lifli) aqreqatlar; serpofit–mum parıltılı opalabənzər sıx növ müxtəlifliyi. == Xassələri == Rəng – müxtəlif çalarlı yaşıl, bəzən ağ, qara, qızılı çalarlı yaşılımtıl-sarı, bozumtul-yaşıl, nadir hallarda yasəməni-göy, pozulmuş şəkildə – qar kimi ağ (xrizotil-asbestdə); solğun, sarımtıl-zeytunu-yaşıl (serpofitdə); Mineralın cizgisinin rəngi – ağ; Parıltı – tutqun, ipəyi, sədəfi, mum; Şəffaflıq – qeyri-şəffafdan şəffafadək; Sıxlıq – 2,5- 2,7; Sərtlik – 2,5-3; lifləri əyilgəndir, lakin elastik deyil, bəzən asanlıqla sınır; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – sıx kütlələrdə hamar və qabıqlı, asbestdə – tikanlı; Başqa xassələr – xrizotil-asbest üçün istiyədavamlılıq, elektrik cərəyanını və səsi pis keçirmək, yüksək adsorbsion qabiliyyəti səciyyəvidir; Morfologiya – mineral aqreqatları: massiv gizlikristallik, paralel- və dolaşıq-lifli. == Mənşəyi və yayılması == Hiperbazitlərin dəyişilmə məhsulu olub, olivin və enstatitin, nisbətən az hallarda diopsid və hornblendin hesabına əmələ gəlir. Karbonat süxurlarının kontakt dəyişilmələrinin məhsulu kimi onların turş intruzivlərlə kontakt zonalarında əmələ gəlir. Serpentin qrupu minerallarının, xüsusilə onların nikelli növ müxtəlifliklərinin əmələ gəlməsi üçün əlverişli mühit hiperbazitlərin aşınma qabığıdır. Birlikdə rast gəldiyi minerallar: olivin, talk, brusit, karbonatlar. Mineralın tapıldığı yerlər: Teyford-Mayns (Kanada); Skarnum (Norveç); Zabaykalye, Uralda Bajenov yatağı, Alapayev, Krasnoural, Rejevski rayonları (Rusiya); Transvaal (CAR) və b. Azərbaycanda hiperbazitlərin dəyişilmə məhsulu kimi Kiçik Qafqazın ofiolit zonasında geniş yayılmışdır.
Serpent
Serpent (fr. - ilan) qədim nəfəsli musiqi aləti , bir neçə müasir nəfəsli alətlərin əcdadı. XVI əsrdən məlumdur. Öz adını ilanvari qıvrılmış formasına görə alıb. == Alətin quruluşu == Serpent müxtəlif materiallardan hazırlanırdı, məsələn : Ağac , mis, sink və ya Gümüş. Bəzən Fil sümüyündən və ya digər heyvanların sümüyündən hazırlanan dərin piyaləli Mundştuku var ki , müasir mis nəfəsli alətlərin mundştukuna çox bənzəyir. Alətin korpusunda əvvəllər 6 dəlik olurdu. Sonrakı modellərdə artıq bir neçə klapan da yerləşdirilirdi. Kilsə musiqisində , xüsusən də , kilsə xorunun "bas" səslərini müşayiət etmək üçün istifadə olunurdu.
Terekti
Terekti — Qərbi Qazaxıstanda yaşayış məntəqələrinin adı: Terekti (2007-ci ilə qədər Lineevka) — Akmola vilayətinin Zərendə rayonunda kənd. Terekti (2018-ci ilə qədər Sadovoye) — Almatı vilayətinin Sarkənd rayonunda kənd.