Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Threads (tətbiq)
Threads (azərb. Threads‎) — əsası 6 iyul 2023-cü ildə Mark Zukerberq tərəfindən qoyulmuş sosial şəbəkə. Meta Platforms şirkətinə məxsusdur. Tətbiq, Twitter və digər mikrobloq platformaları kimi işləyir: istifadəçilər mətn, şəkillər və videolar yerləşdirə və paylaşa bilər; başqalarının yazılarına cavab verə, repost edə və bəyənə bilər. Tətbiq iOS və Android-də tam və məhdud funksionallıqla internetdə mövcuddur, tezliklə genişləndiriləcək. Sosial şəbəkə ilk 48 saat ərzində 80 milyon istifadəçiyə çatdı və daha əvvəl ChatGPT tərəfindən müəyyən edilmiş sürətli istifadəçi qeydiyyatı rekordunu qırdı.
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (film, 1955)
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi qısametrajlı sənədli filmi rejissor Həbib İsmayılov tərəfindən 1955-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. == Mükafat == 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür.
Tetanus
Tetanus— ağır, kəskin, təhlükəli yoluxucu xəstəlikdir. Yunan dilində "tetanos" qıcolma, donma mənasını ifadə edir. Eritrositlərin parçalanması (hemolizi) və skelet əzələlərinin qıcolması ilə müşahidə olunan, asfiksiya (boğulma) və ölümlə nəticələnə bilən mərkəzi sinir sisteminin zədələnməsi ilə səciyyələnir. Tetanus toksini botulizm toksini kimi dünyada ən güclü bioloji zəhər hesab olunur.Tetanus mikrobu təbiətdə geniş yayılmışdır. Gövşəyən heyvanların (40%) bağırsaqlarında daim yaşayır, torpağa düşür, spor əmələ gətirərək hər yerdə havada və torpaqda uzun müddət (illərlə) qalır. İki saat ərzində 900 istiliyə tab gətirir. Xəstələrin 20-25%-i ölür.Mikroblar ancaq zədələnmiş dəri və selikli qişadan orqanizmə daxil olub oksigensiz şəraitdə inkişaf edib tetanus xəstəliyi törədir. Buna görə dərinə nüfuz edən yaralar tetanusun inkişafı üçün daha çox əlverişlidir. == Tetanusun əlamətləri == Xəstəliyin gizli (inkubasiya) dövrü 1 gündən 30 günə qədər davam edə bilər. Tetanusun təsdiqlənməsi üçün dəri və selikli qişalarda olan yara və zədələrə fikir vermək lazımdır.Xəstəlik adətən kəskin, halsızlıqla, əksər hallarda sağalmaya meyilli olan yara ətrafı əzələ və dərinin gərginliyi və dartılması ilə başlayır.Xəstəliyin başlanğıc əlaməti çeynəmə əzələlərinin yığılması nəticəsində trizmin (çənənin qıc olması) əmələ gəlməsidir.
Murad Tutayuq
Murad Tutayuq Хаspоlаd оğlu (2 may 1904, Şuşa – 23 mart 1970, Naxçıvan.) — Azərbaycan mааrif хаdimi. Nахçıvan MSSR (1955) və Аzərbaycan SSR (1966) Əməkdаr Müəllimi. == Həyatı == Şuşа Rеаl məktəbini (1920) və Аzərbaycan Аli Pеdаqоji İnstitutunun (indiki АPU) fizikа-riyаziyyаt fаkültəsini (1925) bitirmişdir. Nахçıvаn Pеdаqоji Tехnikumundа müəllim və tədris hissə müdiri (1925–1939), Nахçıvаn Müəllimlər Institutundа müəllim (1940–1948; 1950–1954) və tədris işləri üzrə dirеktоr müаvini (1940–1948), Nахçıvаn Еlmi Bаzаsının dirеktоru (1948–1950), 3 №-li Nахçıvаn şəhər оrtа məktəbində müəllim və tədris hissə müdiri (1954–1966), Nахçıvаn Pеdаqоji Məktəbində pеdаqоgikа və psiхоlоgiyа müəllimi (1966–1968) işləmişdir. Murad Tutayuq "Lеnin" оrdеni və "Qırmızı Əmək Bаyrаğı" оrdеni ilə təltif оlunmuşdur.
Təğabun Surəsi
64-cü surə
Validə Tutayuq
Tutayuq Validə Xaspolad qızı (23 sentyabr 1914, Şuşa – 12 noyabr 1980, Gəncə) — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949), professor (1950), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1968). == Həyatı == 1914-cü ildə Şuşada doğulmuşdur. Validə Tutayuq 1980-ci ildə vəfat etmişdir. === Təhsili === 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Bağçılıq və bostançılıq" fakültəsinə qəbul olmuşdur. 1932-ci ildə institutda preparator vəzifəsinə qəbul edilən V. Tutayuq elə bu vaxtdan etibarən axşam təhsili ilə yanaşı əmək fəaliyyətinə başlayır. 1934-cü ildə aspiranturaya qəbul olunur, K.A. Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdır . == Fəaliyyəti == 1939-cu ildən botanika kafedrasına başçılıq etmişdir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə etmiş, 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadın olmuşdur. 1957-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutuna direktor təyin olunur. O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir.
Ənvər Tutayuq
Ənvər Xaspolad qızı Tutayuq — repressiya qurbanı. Şuşanın Tutayuqlar nəslindəndir. O, 1910-cu ildə anadan olub. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. Bir müddət Şuşadakı "Nərimaniyyə" məktəbində dərs deyib. 1937-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Lakin həmin vaxt həyat yoldaşı, Şuşa Pedaqoji Texnikumunun müəllimi Əyyub Hacıyev müsavatçı kimi həbs edilib. Onu əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda təqsirləndiriblər. Ərinin antisovet təşkilatının üzvü olduğu barədə çıxarılan hökmə görə Ənvər xanımı da xalq düşməninin arvadı kimi həbs edərək Bayıl həbsxanasına göndəriblər. 1938-ci ilin aprelində Ənvər xanıma səkkiz il iş kəsilib və cəzasını çəkmək üçün Mordova Muxtar Sovet Sosialist Respublikasının Temnikov şəhər islah-əmək düşərgəsinə göndərilib.
Akademik Validə Tutayuq (film, 2008)
Akademik Validə Tutayuq qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2008-ci ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru Validə Tutayuq haqqındadır. == Məzmun == Film Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor Validə Tutayuqun həyat və fəaliyyətini əks etdirir.