Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təkanlı
Təkanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Təkanlı-i Süfla (Həştrud) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Aşağı Təkanlı (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Təkanlı (Çaroymaq) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd.
Təzadlar
Təzadlar (qəzet) — Azərbaycanda dərc olunan ictimai-siyasi qəzet. Təzadlar (kitab) — Hamlet İsaxanlının kitabı. Təzadlar (film) — Rejissor Əli İsa Cabbarovun filmi.
Sahilsiz təzadlar
Sahilsiz təzadlar-yazıçı,AMEA-nın aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 2014-cü ildə nəşr edilmiş romanı. == Ümumi məlumat == “Sahilsiz təzadlar” bədii, elmi, fəlsəfi və detektiv romandır. Əsərin əsas qəhrəmanları Əli və Nərmindir. Süjet xətti bu iki gəncin ülvi məhəbbəti, başlarına gələn hadisələr əsasında qurulmuşdur. Romanda qəhrəmanların və digər obrazların vasitəsilə bir sıra elmi, fəlsəfi ideyalar, fərziyyələr irəli sürülmüş, müzakirə olunmuşdur. Bundan əlavə, əsərdə rənglərin əmələ gəlməsi,kainatın yaranması, zamanın, sürətin və sahələrin arasıkəsilən mahiyyətdə olması, təxmini, dürüst, real məntiq və digər məsələlər barədə mülahizələrlə yanaşı, bəşəriyyətin qlobal problemləri haqqında fikirlər də yer almışdır. Yeni ictimai formasiya quruluşunun yaranması haqqında fikirlər, Əlinin iki mürəkkəb cinayətin üstünü məharətlə açması, həqiqətləri insanların dərk edə bilməməsinin səbəbləri haqqında mülahizələr də romanın bədii süjet xəttində əsas istiqamətlərdəndir. Əli və Nərminin sonda Şuşada görüşmələri isə, Azərbaycan xalqının və dövlətinin arzusunun, ali məqsədinin, onu həyata keçirmək üçün iradə, əzm və qüdrətinin dünyaya nümayişidir. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Təkanlı (Germi)
Təkanlı (fars. تكانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 688 nəfər yaşayır (131 ailə).
Təzadlar (kitab)
Hamlet İsaxanlının 2001-ci ildə "Xəzər Universiteti Nəşriyyatı"nda işıq üzü görmüş şeirlər kitabı (redaktoru və giriş məqaləsinin müəllifi Camal Mustafayevdir). == "Poeziya intellektlə qovuşur" == "Təzadlar" kitabına fəlsəfə elmlər doktoru, professor Camal Mustafayev "Poeziya intellektlə qovuşur" adlı giriş məqaləsi yazmışdır. Həmin giriş sözündən alıntılar "Təzadlar" haqqında doğru təsəvvür verir: "Hamlet İsaxanlının heyrətamìz çoxcəhətlì alìmlìyì həmìşə dìqqətì çəkìr. Riyaziyyat, fəlsəfə, ədəbiyyat (xüsusìlə poeziya), tarix, musiqi... sahələrìnì öz dünyagörüşündə ehtìva edìr. Onun vüsətlì ìdrakı rasìonal təfəkkürlə bədìì qavrayışı bìrləşdìrìr. Yaradıcı xəyalının mìllì poetìk ahəngdə kökləndìyìnì "Təzadlar" şeirlər kìtabı barìz əks etdìrìr. Bədìì ənənəmìz zəmìnìndə öz fərdì yaradıcılıq tərzìnì formalaşdırıb. "Təzadlar" kìtabında şeirlər sayca o qədər çox deyìl, ancaq mövzuları çeşìdlì, rəngarəngdìr. Burda şeirə həssas oxucuları düşündürəcək motìvlər az deyìl.
Təzadlar (qəzet)
== Haqqında == "Təzadlar" qəzetinin ilk sayı 1993-cü ildə işıq üzü görmüşdür. "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilidir. Asif Mərzili 44 günlük Zəfər döyüşü barədə beynəlxalq mediadakı obyektiv məlumatlar yayımına görə Avropa Mətbuat Federasiyasının üzvü seçilib. O, 8 kitabın müəllifidir. "Təzadlar" qəzeti gündəlik qəzetdir. Qəzetdə APA, "Olaylar" İA, "Media forum", "Azadlıq radiosu" və RATİ materiallarına istinad olunur.
Azadlı (Germi)
Azadlı (fars. ازادلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı, Azadlı kəndistanı ərazisinə daxil olan kənd.
Eltac Azadlı
Eltac Sədrəddin oğlu Azadlı (22 mart 1992; Dünyamalılar, Beyləqan rayonu, Azərbaycan — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eltac Azadlı 22 mart 1992-ci ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. 1999-2010-cu illərdə Beyləqan rayon Əlibaba Şirinov adına Dünyamalılar kənd 1 saylı məktəbdə təhsil almışdır.Hələ uşaqlıqdan mehribanlığı, tərbiyəsi ilə sinif yoıdaşlarının və müəllimlərinin sevgisini qazanmışdır. == Hərbi xidməti == Eltac Azadlı 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə 4-cü özüyeriyən artilleriya divizionunun 10-cu batareyasının 1-ci özüyeriyen artilleriya tağımında xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Eltac Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Xocavəndin, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə top komandiri kimi vuruşmuşdur. Eltac Azadlı 31 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Eltac Azadlı ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Zabil Azadlı
Zabil Tələt oğlu Azadlı (1 yanvar 1999; Lerik rayonu, Azərbaycan — 30 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zabil Azadlı 1999-cu il yanvarın 1-də Lerik rayonunun Biləvər kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zabil Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil Azadlı oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Aşağı Təkanlı (Çaroymaq)
Aşağı Təkanlı (fars. تكانلوي سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 128 nəfər yaşayır (31 ailə).
Qışlaq Mədadlı (Xudafərin)
Qışlaq Mədadlı (fars. قشلاق مددلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (28 ailə).
Yuxarı Təkanlı (Çaroymaq)
Yuxarı Təkanlı (fars. تكانلوي عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 169 nəfər yaşayır (31 ailə).
Əzablı Yollar (1995)
== Məzmun == Tammetrajlı film Azərbaycan Demokratik Cümhuriyyətinin banisi və onun rəhbəri, görkəmli siyasi və ictimai xadim Məmmədəmin Rəsulzadənin taleyi haqqında ekran əsəridir. Filmdə ADR liderlərindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərinin həyatı ilə bağlı nadir sənədlərdən də istifadə edilmişdir. Kinolentin ayr-ayrı epizodları Türkiyədə, Fransada, Almaniyada, Karaqandada (Rusiya), Tbilisidə (Gürcüstan), Gəncədə, Bakıda və Abşeronun bir sıra kəndlərində çəkilmişdir.
Təkanlı-i Süfla (Həştrud)
Təkanlı-i Süfla (fars. تكانلوسفلي‎) və ya Aşağı Təkanlı — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 172 nəfər yaşayır (32 ailə).
Təzad (personaj tipi)
Təzad (ing. Foil – Folqa) — uydurmada, onun müəyyən xüsusiyyətlərini vurğulamaq üçün başqa bir personajla, adətən protaqonistlə qarşı-qarşıya gələn personaj. Bəzi hallarda, əsas süjeti gücləndirmək üçün altsüjetdən istifadə olunur. Bu, xüsusilə də metauydurmaya və "hekayə içərisində hekayə" konsepsiyasına aiddir. Tipin ingiliscə adı olan "Foil" Azərbaycan dilində folqa deməkdir. Bunun səbəbi keçmişdə qiymətli daş-qaşların daha parlaq görünməsi üçün folqalara yığılması idi.Təzad personaj rəqibindən ya kəskin şəkildə fərqli, ya da sadəcə bir açar bənzərsizliklə fərqlənərək müstəsna dərəcədə oxşardır. Təzad personajın konsepsiyası daha çox iki şey arasında fərqliliyi ön plana çıxarmaq üçün aparılan müqayisələrə aiddir. Tomas Qirin istifadə edilən təzadları üç kateqoriyaya bölür, Tamara Metse isə onları mübaliğə edilənlər, istisnalarla fəaliyyət göstərənlər və günahı boyunlarına alanlar olaraq izah edir.
Gəncəli Xosrovun əzablı həyatı
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Əzablı yollar (film, 1982)
Əzablı yollar ("Məlikməmməd") — kinorejissor Tofiq İsmayılovun filmi. == Məzmun == Kinolentin əsasını şən macəravari əhvalat təşkil edir. Film tamaşaçıları xeyirxah olmağa çağırır. Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah (Həsən Məmmədov) oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd (Elşad Qazıyev) əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd (Viktor Dəmirtaş) acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd (Ötkəm İsgəndərov) isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma filmin sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar. == Film haqqında == Film "Məlikməmmədin nağılı" adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir.
Əzablı yollar (film, 1995)
== Məzmun == Tammetrajlı film Azərbaycan Demokratik Cümhuriyyətinin banisi və onun rəhbəri, görkəmli siyasi və ictimai xadim Məmmədəmin Rəsulzadənin taleyi haqqında ekran əsəridir. Filmdə ADR liderlərindən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərinin həyatı ilə bağlı nadir sənədlərdən də istifadə edilmişdir. Kinolentin ayr-ayrı epizodları Türkiyədə, Fransada, Almaniyada, Karaqandada (Rusiya), Tbilisidə (Gürcüstan), Gəncədə, Bakıda və Abşeronun bir sıra kəndlərində çəkilmişdir.
Gəncəli Xosrovun əzablı həyatı (əsər)
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Qəzali
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى ); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. == Həyatı == Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
Andreas Vezali
Andreas Vezali bəzən Andrey Vezaliy (nid. Andries van Wesel, lat. Andreas Vesalius; 31.12.1514 , Brüssel, — 15.10.1564, Zakinf, Venesiya respublikası) — anatom-həkim, V Karlın və sonralar II Filippin şəxsi həkimi. Yatro kimyanın banisi əlkimyaçı-həkim, anatomiya elminin əsasını qoyan Paraselsin kiçik yaşlarında ikən müasiri, zəmanəsinin böyük humanist insanlarından biri olmuşdur. == Həyatı == Vezali Andris van Vezel Vitink adı ilə (yaş kağızına əsasən) 31 dekabr 1514 ci ildə Brüsseldə doğulmuşdur. Onun babası Reyn çayı sahilindəki Vezel şəhərində dünyaya gəlmişdir. Vezalinin atası tərəfindən olan ulu babası və babası saray təbibləri olmuşlar. Atası imperator Maksimilyanın sarayında əczaçılıq etmişdir. 1530 cu ildə Vezali Müqəddəs Roma imperiyası Lyoven universutetində dilçilik və humanitar elmlər üzrə dərs alır. 1531 ci ildə təhsilini tibb üzrə davam etdirir.
İmam Qəzali
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى ); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. == Həyatı == Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
Əbu Hamid əl-Qəzali

Əbu Həmid əl-Qəzali