Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karl Zaleman
Karl Qermanoviç Zaleman (28 dekabr 1849 - 13 dekabr 1916) — Rusiya şərqşünası. == Həyatı == Karl Qermanoviç Zaleman orta təhsilini Revalda aldıqdan sonra Sankt-Peterburq Universitetinin şərq dilləri fakültəsinə daxil olmuşdur. 1871-ci ildə bu fakültəni bitirən Zaleman 1873-cü ildə magistraturaya daxil olmuş, 1875-ci ildə "Xəqaninin rübailəri" adlı magistr dissertasiyasını müdafiə etmiş, daha sonra Peterburq Universitetində kitabxana köməkçisi vəzifəsində çalışmışdır. 1875-ci ildə 3 sınaq dərsi tədris etmiş, 1876-cı ildə sanskrit-fars şöbəsində "Avesta" və pəhləvi dərslərini tədris etməyə başlamışdır. Bu şöbədə 40 il professor olaraq çalışmış, çox sayda tələbə yetişdirmişdir. Zaleman türk dili və dialektləri ilə yaxından maraqlanmış, universitetdə tələbə ikən "Rusca-qumuqca lüğət"i yazmışdır (lüğət yazılı şəkildə qalmışdır). Daha sonra Orxon abidələri üzərində tədqiqat aparmışdır. Saleman "Altay dilinin qrammatikası" adlı əsərin müəllifidir. (Onun bu əsərlərinin əlyazıları Rusiya Elmlər Akademiyası Sankt-Peterburq bölməsinin arxivində saxlanılır). 1880-ci ildə Qazanda Qəyyum Nasiridən tatar dilini öyrənmiş, ingilis İncil dərnəyinin təklifi ilə İncili tatar dilinə tərcümə etmişdir.
Migel Aleman Valdes
Migel Aleman Valdes (isp. Miguel Alemán Valdés, İspanca tələffüz: [miˈɣel aleˈman] ( dinlə); 27 sentyabr 1900 – 14 may 1983, Mexiko) — Meksika dövlət və siyasət xadimi, 1 dekabr 1946-cı ildən 30 noyabr 1951-ci ilə qədər Meksika Prezidenti. Onun administrasiyası adətən "Meksika möcüzəsi" adlandırılan Meksikanın sürətli şəkildə sənayeləşməsi prosesi, həm də özü və həmkarlarının şəxsi səviyyədə zənginləşdməsi ilə xarakterizə olunurdu.. Onun prezidentliyi Meksika dövlət başçılarının Meksika inqilabında birbaşa iştirak etməyən yeni nəslinin başlanğıcı olmuşdur. Onun hökumətində çoxları gənc, universitet təhsilli mülki şəxslər, universitetdə oxuduğu günlərdən yaxın dostlar idi. == Həyatı == Migel Aleman Valdes 27 sentyabr 1900-cü ildə Verakruzda anadan olmuşdur. 1936-cı ildə senator seçilmişdir. 1939-cu ildə ali məhkəmənin hakimi təyin edilmişdir. 1936–1939-cu illərdə Verakruz hökumətinə rəhbərlik etmişdir. O, Avila Kamaçonun seçki kampaniyasına rəhbərlik etmişdir.