Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Talise Lanoe
Talise Lanoe (25 iyul 1994) — Keniyalı üzgüçü. Talise Lanoe Keniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Talise Lanoe birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 1:10.02 saniyəlik nəticəsi ilə 33-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Talip Özkan
Talip Özkan — Türk aşığı == Həyatı == 1939-cu ildə Türkiyənin Dənizli adlanan kiçik qəsəbəsində, İzmir yaxınlığında anadan olub. O, lap kiçik yaşlarından incəsənətə böyük maraq göstərmiş və yaşına uyğun olmayan uğurlar qazanmışdır. Körpəliyindən türk xalq musiqisinin ən çox işlənən aləti olan uzunqol sazda çalmağı öyrənib. 1958-ci ildən Talip Özkan Ankarada Türkiyə radiosunda işləyib. Əvvəlcə xorist, sonra alətçi, solist musiqiçi, daha sonra isə baş xorist və musiqişünas vəzifələrində çalışıb. Qeyri-adi musiqi qabiliyyətinə malik olan bu adam türk musiqisinin mənşəyi ilə maraqlanıb. 1977-ci ildən Fransada yaşamaq qərarına gəlir və ilk anlardan burada çoxlarını öz biliyi ilə təəccübləndirir və improvizasiyalarının dərinliyi ilə məftun edir. O, getdikcə tanınır və müxtəlif sazlarda məharətli ifasının ilk valı yaranır. O, Lil, Florensiya, Renn, Tabarka, Brüssel şəhərlərində keçirilən festivallarda iştirak edib. 1980-ci ildə Fransa radiosu çün "Okora" firmasında ilk valını yazdırır və bu val böyük müvəffəqiyyət qazanır, satış kataloqunun əl-əl gəzən vallarından olur.