Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İde Loo-Talvari
İda Loo-Talvari (est. Ida Loo-Talvari), ilk evliliyində İda Aav-Loo (est. Ida Aav-Loo), Rusiya imperiyasında İda Yuxonovna Aav-Loo (rus. Ида Юхоновна Аав-Лоо; 19 iyun 1901, Nаrvа, Sankt-Peterburq quberniyası[d] – 29 iyun 1997) — Estoniya müğənnisi (soprano). == Həyatı == İda Loo-Talvari vokal təhsilini Estoniyada almış, sonra Berlin, Milanda və Vyanada bacarıqlarını təkmilləşdirmişdir. 1926–1944-cü illərdə Estoniya Opera və Balet Teatrının solisti olmuşdur. 1944-cü ildən İsveçdə yaşamışdır.1926–1937-ci illərdə bəstəkar Evald Aav ilə evli olmuşdur. 1938–1979-cu illərdə Yohannes Aleksandr Talvari ilə evli olmuşdur.
Faldarlı
Faldarlı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Salvartı
Salvartı dağı
Havarlı
Havarlı — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Şirvan düzündədir. Kəndin ərazisində havar adlanan qamış növünün bitməsi ilə əlaqədar olaraq yaşayış məntəqəsi belə adlandırılmışdır..
Tatarlı
Kəndlər Tatarlı (Goranboy) — Goranboy rayonunda kənd. Tatarlı (Şəmkir) — Şəmkir rayonunda kənd.
Salvartı dağı
Salvartı dağı - Şahbuz rayonu silsiləsində dağ(hünd. 3161,8 m). Salvartı dağı Zəngəzur mahalının Sisian bölgəsinin Ərəfsə kəndi ilə Naxçıvan MR Şahbuz rayonunun Gömür kəndinin torpaqları ilə həmsərhəddir. Salvartı dağının dəniz səviyyəsindən hündürlüyü 3161,8 metrdir. Ətəkləri çox geniş alp çəmənləridir. Yay aylarında təkcə Ərəfsənin deyil, Qarabağdan yaylağa gəlmiş bir çox rayonların qoyun sürülərinin yemlə təmin olunmasına kifayət edirdi. Zəngəzur silsiləsinin suayırıcısında, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində zirvə. Gömür kəndindən 7,5 km şərqdədir. Submeridional istiqamətli fay qırılması ilə nəzarət olunan Alt Pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Qərb yamaclarında Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurları və Orta Pleystosen yaşlı flüvioqlasial törəmələr açılır.
Salvartı gölü
Salvartı gölü — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində göl. == Haqqında == Salvartı dağının yamacında, 2849 m hündürlükdədir. Sahəsi 3,2 ha, uzunluğu 280 m, ən geniş yerdə eni təqribən 200 m-dir. Müxtəlif mənbələrdən qidalanır. Göldən Salvartı çayı başlanır.
Salvartı çayı
Salvartıçay — Zəngəzurda, indiki Ermənistanda çay. Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonundakı Ərəfsə kəndində Salvartı dağının ətəklərində formalaşıb, kəndin aralıq hissəsində Xırdaçayla, aşağı məhəllənin orta hissəsində isə Taxtakörpüçay (Abuzər) və Dəliçayla birləşərək, aşağı axarlarında Bazarçay, Bərgüşad və Arazla qovuşaraq, son hesabda Xəzər dənizinə tökülür. Salvartı çayı Xırdaçayla yanaşı, suvarma vasitəsi kimi kəndin təsərrüfat həyatında mühüm rol oynayırdı. Kənddən axan digər çayların - Taxtakörpüçay və Dəliçayın təsərrüfat həyatında rolları o qədər də böyük deyildi.
Havarlı bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tatarlı (Goranboy)
Tatarlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Tatarlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Goranboy rayonunun faktiki mövcud olan Tatarlı kəndi dəqiqləşdirmə qaydasında Səfikürd kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Tatarlı kəndi Şəfikürd kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tatarlı kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2009-cu il tarixli, 793-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Tatarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Tatarlı kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 2,5 ha, habelə meşə fonduna aid 534,02 ha, Azərbaycan Respublikası Milli Məclisinin 31 may 2010-cu il tarixli, 1018-IIIQ saylı Qərarı ilə isə bələdiyyə mülkiyyətində olan 229,68 ha və xüsusi mülkiyyətdə olan 125,48 ha (cəmi — 355,16 ha) torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == Bu adda Şəmkir rayonunda da kənd qeyda alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2046 nəfər əhali yaşayır.
Tatarlı (Şəmkir)
Tatarlı – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XI əsrə aid Qız qalası kompleksi bu kənddə yerləşir.[mənbə göstərin] == Əhalisi == Kənd əhalisi 2675 nəfərdir ki, onunda 1355 nəfəri kişi, 1320 nəfəri isə qadınlar təşkil edir. == Coğrafiyası və iqlimi == Zəyəm və Bada çayları kəndin ərazisindən keçir.[mənbə göstərin] == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir. Əkinçilikdə əsas yeri kartofçuluq tutur.
Tatarlı bələdiyyəsi
Tatarlı bələdiyyəsi (Goranboy) — Goranboy rayonunda bələdiyyə. Tatarlı bələdiyyəsi (Şəmkir) — Şəmkir rayonunda bələdiyyə.
Rameş Talvar
Rameş Talvar – hind kino, teatr, televiziya rejissoru, prodüseri və aktyorudur. 27 sentyabr 1944-cü ildə Pakistanda anadan olub. Məşhur kinorejissor, yazıçı və dramaturq Saqar Sərhadinin qardaşı oğludur. O 1969–1979 illər ərzində rejissor Yaş Çopranın assistenti olub. 1977-ci ildən başlayaraq rejissor kimi fəaliyyətə başlayıb. Rameş Talvar Doosara Aadmi (1977), Baseraa (1981), Sawaal (1982), Duniya (1984), Zamana (1985), Sahibaan (1993) filmlərinin rejissoru olub. Onun Baseraa adlı filmi ona ən yaxşı rejissor işinə görə Filmfare və Doosra Aadmi mükafatlarını qazandırmışdır.
Tatarlı bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Tatarlı bələdiyyəsi (Şəmkir)
Şəmkir bələdiyyələri — Şəmkir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarix == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səd Talvar (Bicar)
Səd Talvar (fars. سد تلوار‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (11 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Şeyx Əhməd Əfəndi Talalı
== Həyatı == Şeyx Əhməd Əfəndi 1839-cu ildə Zaqatala rayonunun Tala kəndində doğulub. Atası Mustafa, əkinçiliklə məşğul olurdu. Erkən yaşlarında atasını itirdiyindən, el arasında “Yetim Əhməd” deyə çağrılırmış. “Sən nə bilirsən ki, Qədir gecəsi nədir?!” Hələ uşaqlıqdan Əhmədin dinə böyük marağı vardı. Odur ki, yaşıdlarından fərqli olaraq, Talada kənd ağsaqqallarının təşkil etdikləri dini mərasimlərin demək olar ki, hamısında iştirak edib, orada danışılan söhbətlərə, edilən zikrlərə maraqla qulaq asardı. Əvvəlcə Mürsəl müəllimdən, sonra isə Suvagildə Hətəm Əfəndidən dərs aldı. Daha sonra isə İlisuda Səid Əfəndinin yanında elmini bir qədər də dərinləşdirdi. 1862-ci ildə mənəvi cəhətdən daha da kamilləşmək və tasəvvüf elminin dərinliklərinə varmaq üçün dostu Həmzət Əfəndi ilə birlikdə Nəqşibəndiyyə Şeyxi Mahmud Əfəndiyə mürid oldular. Altı ay mürşidinin xidmətində duran Əhməd Əfəndi, seyr və sülukunu tamamlayaraq, məzun oldu. Şeyx Mahmud Əfəndi Talada irşad fəaliyyəti göstərmək üçün Əhməd Əfəndiyə xilafətnamə (İcazənamə-müəllif) verdi.
Şalvari (Hurand)
Şalvari (fars. شلوري‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).