Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tərəfsiz Dövlətlər Hərəkatı
Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) — özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilat.Hərəkatın yaradılması ideyası 1955-ci ildə Bandunq konfransında (İndoneziya) irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub. Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 37-i Asiya, 26-sı Latın Amerikası və 2-si Avropadandır.
Tanrısız (miniserial)
Allahsız — Amerikan Vestern dram janrında mini serial. Serialın ssenari müəllifi və rejissoru Skott Frenkdir. 1884-cü ildəki hadisələrdən bəhs edən serialda qisaskar himayədarından qaçan gənc quldur demək olar ki, yalnız qadınların yaşadığı kiçik bir Nyu-Meksiko şəhərinə gəlib çıxır. Yeddi seriyalı serialın istehsalına 2016-cı ilin sentyabrında Nyu-Meksiko ştatının Santa Fe şəhərində başlanılıb və 22 noyabr 2017-ci ildən etibarən Netflix-də bütün dünyaya yayımlanıb. Serial ümumilikdə müsbət rəylər almış və The Washington Post və Vanity Fair tərəfindən ilin ən yaxşı 10 serialından biri adlandırılmışdır. == Rollarda == Cek O'Konnell – Roy Qud rolunda; Roy Qud keçmiş rəhbəri Frank Qriffindən qaçan yaralı quldurdur. O, gənc yaşlarında yetim qalıb və Qriffin tərəfindən himayəyə götürülüb. Roy Qud sonda soyğunçuluqdan uzaqlaşır və qənimətlə yola düşür. Ona atalıq edən Qriffinin davranışına daha dözə bilməyən Roy onu tərk edir.Mişel Dokeri – qayınanası və yeniyetmə oğlu ilə kiçik bir fermanı idarə edən dul bir qadın olan Alis Fletçer rolunda.Skut MakNeri – La Bel şəhərinin şerifi və Meri Aqnesin qardaşı Bill MakNye rolunda.Merritt Vever – Meri Aqnes MakNyu rolunda. Meri, demək olar ki, bütün kişilərin mədən qəzasında öldüyü La Bel şəhərinin mərhum merinin qətiyyətli, praqmatik və cəsarətli dul arvadı və şerif Bill MakNyunun bacısıdır.Tomas Brodi-Sanqster – Vayti Uinn rolunda.