Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Taxtabiti
Taxta biti (Anobium punctatum), (Coleoptera) dəstəsindan bir böcək növü.
Mərmər taxtabiti
Mərmər taxtabiti — (lat. Halyomorpha halys Stal.) Yarımsərtqanadlılar dəstəsinin (Hemiptera) bağacıq-taxtabitilər (Pentatomidae) fəsiləsinə aiddir. İngilis dilli ədəbiyyatda "brown marmorated stink bug" adlandırılır. Qəhvəyi mərmər iyili zərərverici orijinal rənginə görə belə adlandırılıb. == Morfoloji xüsusiyyətləri == Mərmər taxtabitinin bədəni armudşəkillidir, azca yastılaşmışdır, bədən uzunluğu 12–17 mm-dir. Həşəratın rəngi qəhvəyidir, baş və döş hissədə qeyri-adi naxışlar vizual görünüşdə mərməri xatırladır. Bədənin alt hissəsi ağ, yaxud açıq qəhvəyi rəngdədir, bəzən boz və ya qara nöqtəlidir. Bığcıqlarının son iki buğumunda ağ zolaqlar vardır. Ətrafları qəhvəyi olub ağ zolaqlıdır. == Bioekoloji xüsusiyyətləri == Aprel ayından başlayaraq həşəratlar qışladıqları yerlərdən çıxırlar və 1-2 həftə ərzində qidalanmaq üçün sahib bitkilərini axtarırlar.