MƏLƏ

(Ağdam, Ağdaş, Lənkəran)
1. taxtabiti. – Bu gecə sə:rə kimi şirin canımı mələ yi:b; – Bizim evdə mələ yoxdu (Lənkəran)
2. əqrəb cinsindən olan zəhərli həşərat. – Mələ vuran adam hər sa:t əmələ:lmir (Ağdam); – Mələ bizim inəyi öldürdü (Ağdaş)
MƏQİY
MƏLƏÇƏ
OBASTAN VİKİ
Düşmüş mələklər
Düşmüş mələklər — Yəhudilikdə bəzi pis mələklərin Şeytanın hökmranlığı altında olduğuna və Cinlərin “düşmüş mələklər” olduğu inancı mövcuddur. == Yəhudilikdə == Yəhudi inancında düşmüş mələklərin özünə məxsus yeri vardır. Bu mələklər haqqında ən geniş məlumat Hanokun kitabında yer alıb. Hanok kitabında Tanrı oğulları olaraq bildirilən bu mələklər insan qızlarından xoşladıqları üçün yerə enirlər. Mənbələrdə yerə enən mələklərin sayı 200-ə qədər olduğu qeyd olunur. Bu mələklər özlərinə həyat yoldaşları seçib onlarla evlənirlər, bu evlilikdən böyük divlər dünyaya gəlir. Divlər hər şeyi yeməsinə baxmayaraq doymaq bilmirlər və insanlara hücum edirlər. Hətta doymaq bilmədikləri üçün bir-birlərinə hücum edərək qanlarını içirlər. Hanokun kitabının IX bölümündə isə yerdəki ölən şəxslərin ruhlarının hararyının Cənnətin qapılarına qədər yüksəldiyi bildirilir. Bunu görən baş mələklər (Gabriel, Uriel, Rafael, və d.) Tanrının bunun qarşısını almasını istəyirlər.
Göy Mələkləri məbədi
Göy Mələkləri Məbədi — Ermənistan respublikası Üçkilsə rayonunun ərazisində, İrəvan – Üçkilsə yolunun 18 – ci kilometrliyində, Üçkilsə şəhəri yaxınlığında yerləşən erməni məbədi. == Tarixi == Məbəd VII əsrin II yarısında katolikos III Nerses tərəfindən inşa etdirilmişdir. Məbədin inşasına 642 – ci ildə başlanmışdır. Alban tarixçisi Moisey Kalankatlı məbədin hələ tamamlanmasına baxmayaraq artıq 653 – cü ildən ibadətə açılmasını bildirir. 653 – 659 – cu illərdə Nerses Dvində olduğundan, məbədin inşaat işlərinə Anastas Akarratsi rəhbərlik etmişdir. Lakin ərəblərin Dvinə yaxınlaşması və Bizans qüvvələri ilə Ərəb Xilafəti arasında toqquşmaların çoxalmasından sonra III Nerses Dvindən Göy Mələkləri məbədinə qayıtmışdır. Lakin X əsrdə bina uçaraq dağılmış və bir daha bərpa olunmamışdır. Bununla belə X əsrdə güclənən Ani çarlığının hökmdarı I Qagik Baqratuninin saray memarlı Memar Trdat Göy Mələkləri məbədinə oxşar ikinci bir məbədi qədim Ani şəhərində inşa etdirmişdir. Tarixi mənbələrdə Qaqikaşen adıyla anılan bu məbədin də taleyi Göy mələkləri məbədinin taleyinə oxşamış və o da tezliklə uçaraq dağılmışdır. Hazırda ermənilərin Zvartnos adlandırdıqları məbədin ətrafındakı yaşayış yerlərinə ilk ermənilərin gəlişi XVI – XVII əsrlərdə, kütləvi gəlişi isə XIX yüzilin əvvəllərinə təsadüf edir.
Günaydın, mələyim! (film, 2008)
== Məzmun == Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır. Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır. == Film haqqında == Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir. Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.
Harri Potter və Mələz Şahzadə (film, 2009)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter seriyasnın altıncı kitab əsasında çəkilən film. == Məzmunu == Harri Potter və "Yarımqan Prins"də Voldemortun geri dönüşünü Sehr Nazirliyinin də qəbul etməsiylə artıq insanlar Harrini "Seçilmiş Insan" deyə çağırmağa başlayırlar. Bu vaxt Harri, özünə vəftiz atası Siriusdan miras mallar qaldığını öyrənir. Bu mallar, Simruq Ordeninin gizli qərargahı olan Grimmauld meydanındakı, Blek ailəsinin evi və yaşlı ev elfi Kriçerdir. Harry, professor Sneypin Qaranlıq sənətlərə Qarşı Müdafiə müəllimi olduğu xəbərini eşitdikdə çaşıb qalır. Sneypin yeri, Harry-nin fərqində olmadan müəllimlik etməsi üçün razı etdiyi Horace Slughorn doldurur. Bu bir baxıma Harrinin faydasına olmuşdur çünki; Slughorn, Harrini Sneypin istədiyindən daha aşağı bir OSS (Orta sehrbazlıq səviyyəsi) balı ilə FYBS (Faciəvi Yorucu sehrbazlıq imtahanları) Eliksir sinifinə qəbul edər. Beləcə Harry seherbaz (ölüm yeyənlərlə döyüşən cadugər) ola bilməsi üçün lazım olan dərsləri ala bilər. (Harrinin gələcəkdə etməyi düşündüyü tək peşə sehrbazlıqtır.
Harri Potter və Mələz Şahzadə (roman)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter haqqında kitabların altıncı tomu. Bu kitab Ginnesin rekordlar Kitabına dünyanın ən çox satılan kitabı kimi düşüb. 2005-ci ildə kitabın əsasında film ekran üzü gördü.
Mavi Mələklər
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Mavi mələklər (kitab)
Mavi mələklər (roman)
Mikayıl (mələk)
Mikayıl — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır. Mikail adı İbranicə "Micha’el və ya Mikha’el; Yunanca Mikhail, latınca Michael; Ərəbcə isə Mikayıl şəkildə keçir və Tanrıya kim bənzər mənasına gəlir. Yəhudilikdə ən üstün mələk olaraq bilinir.
Müqəddəs Mələk qəsri
Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs Mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi. Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir. İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Mələk-A (film, 2005)
Angel-A — Lük Bessonun 2005-ci ildə çəkdiyi Fransa filmi. "Mələk A" filmi daha çox bizim hər birimizin daxilinə baxışdır: çətinliyimiz olanda güzgüyə baxıb deyirik: "Salam. Sən əslində elə də pis deyilsən, mənim xoşuma gəlirsən". Məhz filmin süjet xətti budur. Anjela (Pye Rasmussen) adlı bir qız miskin vəziyyətə düşmüş Andrenin (Camal Dəbuz) qarşısına çıxıb deyir ki, mən mələyəm. Mələk miskini insan biçiminə qaytarır. Onlar bir-birlərinə vurulurlar. Официальный сайт фильма (fr.) Ангел-А — Internet Movie Database saytında.
Mələk (Qara Qan)
Mələk — Qaraqanın 2015-ci ildə nəşr olunan kitabı. Qaraqanın yeni romanı sayca dördüncü əsəridir. Mələk adlanan bu əsər Fantastik-drama janrında yazılıb. Əsərdə Azərbaycan reallığı, əsl sevgi və onun acı nəticələri, paxıllıq, kin, nifrət, acgözlük və şəhvət hisslərinin ətrafında baş verən hadisələr oxucunu yeni, sərt həqiqətlərlə dolu bir dünyaya aparır. Gözəl bir qadın cildində bir oğlanın damına düşən mələk və onun taleyindən danışılır.
Mələk (İslam)
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
Mələk Abbaszadə
Mələk Fuad qızı Abaszadə (d. 31 oktyabr 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, xaricdə Müstəqil Azərbaycanı təmsil etmiş Azərbaycan Gözəli, top-model, Azərbaycan Respublikasının əməkdar artisti (2009). Mələk Abaszadə 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyoru fakültəsini bitirib. 3 mart 1991-cu ildən Səməd Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Türkiyədə xoreoqraf Bilge Tususun xoreoqrafiya kursunu bitirmişdir. Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir: Sanni (B.Sleyd "Çestvovaniye"), Sevər (Hidayət "Mənzil"), Ədilə Kərimova (Elçin "Poçt şöbəsində möcüzələr"), Ayşa Yüzbaşova (M.İbrahimbəyov "Neft bumu"). Mələk Abaszadə bir çox kliplərdə çəkilib. İbrus teatrında rollar oynamışdır. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.⠀⠀⠀⠀ 2022 Banu (rej. Təhminə Rafaella) 2021 Həyat Deyəsən Gözəldi (rej.
Mələk Mehmed Paşa
Mələk Mehmed Paşa (d. 1718 - ö. 19 fevral 1802) — III Səlim səltənətlərində ümumilikdə 2 il 5 ay 15 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 171-172; II/A, s. 68, 74-75, 115; II/B, s. 20, 28, 93, 116; III, 4; Halil Nûri, Târih, Süleymaniye Ktp., Âşir Efendi, nr. 239, vr. 8a-10a; Ahmed Câvid, Verd-i Mutarrâ (Hadîkatü’l-vüzerâ içinde), s. 45-47; Vâsıf, Târih (İlgürel), s. 125; a.e., TSMK, Hazine Köşkü, nr.
Mələk Mosso
Mələk Mosso (türk. Melek Mosso) ya da gerçək adıyla Mələk Davarcı (türk. Melek Davarcı; d. 11 noyabr 1988, Kayseri, Türkiyə) — səhnə adı ilə bilinən Türkiyəli musiqiçi və musiqi müəllimi. 11 noyabr 1988-ci ildə Kayseri'də anadan olub. 7 yaşında ilk bəstəsini bəstələyərək musiqiyə başladı. 9 yaşında Dənizli Bələdiyyə Konservatoriyasında bağlama və Türk Xalq Musiqisi dərslərinə başlamışdır. Daha sonra təhsilini Gözəl Sənətlər Liseyində davam etdirdi. Liseydə yan fleyta çalmağa başladı. Universitet təhsilini Adnan Menderes Universiteti Təhsil Fakültəsi Musiqi Təlimi Bölməsində tamamladı.
Mələk balıqları
Mələk balığı
Mələk İbrahim Paşa
Mələk İbrahim Paşa (d. 1595 - ö. 3 dekabr 1685) — Osmanlı sultanı IV Mehmed dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Təxminən 1595-ci ildə Sivasda dünyaya gəldi. Gənc yaşlarında İstanbula gələrək həmyerlisi olan Seyid Mustafa Paşanın himayəsinə girdi. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra Seyid Mustafa Paşanın baş dəftərdarlığa gəlməsiylə, İbrahim Paşa da onun kəndxudalığına gətirildi. Bu vəzifədə ikən qıvraq zəkası və çoxbilmişliyi səbəbilə Şeytan ləqəbi almışdır. Ancaq sonrakı illərdə bu ləqəbi IV Mehmed tərəfindən Mələk olaraq dəyişdirildi. 2 dekabr 1656-cı ildə baş dəftərdalığa gətirilən və 4 ildən çox bu vəzifədə çalışan İbrahim Paşa bu vəzifədə ikən sədrəzəm Körpülü Mehmed Paşanın bir çox səfərlərinə qatılmışdır. Yüksək xidmətləri səbəbilə sədrəzəm tərəfindən vəzirliyə gətirilmişdir.
Mələk Əhməd Paşa
Mələk Əhməd Paşa (osman. ميليك أحمد باشا, türk. Melek Ahmet Paşa; d. 1585, İstanbul, Osmanlı imperiyası — ö. 1 sentyabr 1662, İstanbul, Osmanlı imperiyası) — IV Mehmed dövründə 1 il 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. İstanbulun Bəyoğlu rayonunun Fındıqlı səmtində dünyaya gəlmişdir. Bioqrafiyası anasının qohumlarından olan və 21 il xidmət etdiyi Övliya Çələbinin Səyahətnamə əsərində verilmişdir. Dağıstan abxazlarından olan atası müxtəlif səfərlərə qatıldığı Özdəmir Paşa və oğlu Osman Paşanın qapıçılar kəndxudası olmuşdur. Ənənəyə görə, 3 yaşında süd anasının yanına göndərilmiş, bu əsnada saraya hədiyyə edilmişdir. Sultan Əhməd ona Mələk təxəllüsü verərək yetişdirilməsi üzrə Darüssəadə ağası Hacı Mustafa ağaya göndərdi.
Mələkbər xanım
Mələkbər xanım (ö. oktyabr 1890) — Osmanlıların Misir və Sudan hakimi Səid Paşanın ikinci xanımı. Doğum tarixi və saraya necə alındığı məlum deyil. Ancaq çərkəz əsilli olan bu qızcığazın Səid Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Cütlüyün Mahmud və Mehmed Tosun adlı 2 oğlu dünyaya gəldi. Səid Paşanın ilk xanımı İnci xanımdan övladı yox idi və bir çoxları paşanın övladının olması üçün Mələkbər xanımla birlikdə olduğunu düşünürdü. Digər tərəfdən Səid Paşa ilk xanımına çox bağlı idi və bütün rəsmi görüşlərə və səyahətlərə onunla birlikdə qatılırdı. 1863-cü ildə Səid Paşanın vəfatının ardından Mələkbər xanım bir daha evlənmədi və qalan ömrünü kiçik oğlu Mehmed Tosun Paşa ilə birlikdə keçirdi. 1890-cı ilin oktyabrında İsgəndəriyyədə vəfat edən İnci xanım öncə buradakı Nəbi Danial məscidinə, daha sonra isə Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi. Mahmud bəy (ö.
Mələki Rum Katolik Kilsəsi
Melkit Katolik Kilsəsi, və ya rəsmi adı ilə Mələki Rum Katolik Patriarxlığı (ərəb. بطريركيّة الروم الملكيّين الكاثوليك‎‎ [ərəbcədə ملكي “məlik aid olan” mənasını verər]) — Antioxiya Pravoslav Kilsəsinin rəhbərliyində daxili çəkişmələr nəticəsində XVIII əsrin əvvəllərində Roma Papasının hakimiyyətini tanıyan bir qrup rumi ortodokslardan ayrıldı.
Mələkli
Mələkli — İğdır ilinin İğdır ilçəsində belde. Bələdiyyənin qüzeyində Evci, Tacirli və Özdəmir; şərqində Qaraqoyunlu və Göyçəli; qərbində Ağyumaq və İğdır; güneyində isə Aşağıərhacı yer alır.
Mənim anam bir mələk

Digər lüğətlərdə