Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qolçomaq
Qolçomaq - Rusiya imperiyasında və SSRİ-nin yaradıldığı ilk illərdə mövcud olan varlı kəndlilər. Kollektivləşdirmə prosesində varlı kəndlilər, xüsusən qolçomaqlar daha çox zərər çəkmişdilər. Elliklə kollektivləşmə əsasında qolçomaqların bir sinif kimi ləğv edilməsi siyasəti onların tamamilə məhvinə gətirib çıxarmışdı. Yüz minlərlə qolçomaq və varlı kəndli ailəsi məhv edilmiş, yaxud sürgün olunmuşdu. 1928-ci ildə Azərbaycan SSR-də 24 min varlı (qolçomaq) təsərrüfatı vardı. Sahibkar kəndliləri bir sinif kimi ləğv etmək siyasətinin konkret üsul və yolları ÜIK(b)P MK-nın 30 yanvar 1930-cu il tarixli “Elliklə kollektivləşmə rayonlarında qolçomaq təsərrüfatlarının ləğv edilməsi tədbirləri haqqında” qərarında göstərilmişdi. Bu qərara görə SSRI miqyasında “qolçomaq” adlandırılan varlı kəndlilər üç qrupa bölünərək onlara qarşı mübarizə aparılmalı idi. Birinci qrupa kollektivləşmənin qatı düşmənləri aid edilirdilər. Onlar güllələnir, ailə üzvləri isə Sibirə, yaxud Orta Asiyaya sürgün edilirdi. Ikinci qrupa kolxoz hərəkatına qarşı çıxan varlı kəndlilər aid edilirdilər.
Topçaq
Topçaq düzü — Cəbrayıl rayonunun ərazisində yerləşir. == Ad açımı == Vaxtı ilə "Topçaq" düzü haqqında bir yazımızda bu adın "topa yer", dəyirmi yer" mənalarını verdiyini göstərmişdik. Bu fikri hörmətli xalq yazıçımız Sabir Əhmədliyə istinadən şərh etmişdik. Bu düzün təsvirini "Azığa doğru" romanında verən yazıçı yazır ki, babaların dediyinə görə, Topçaq vaxtı ilə müharibə meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı yer olarmı? Bir düzdü, bir meydandı, məcməyi kimi dəpdəyirmidi. Toponimik, etnonimik araşdırmalar göstərir ki, T o p ç a q\\Topçak\\ Tobıçak bir etnosun adıdır. İ. N. Berezin orta yüzilliklərə aid olan "İqor knyaz Severskiy" adlı kitaba yazdığı rəydə T o p ç a k \\ T o b ı ç a k adlı tayfa birliklərindən də bəhs etmiş, həmin adın "kök at"; mənasını göstərmişdir. "qüvvətli, gözəl at"; 2) "girdə", "dairəvi", "yumru" mənalarındadır. F. E. Korş t o p ç a k sözünün "xüsusi növ at " mənasında olduğunu göstərmişdir.