Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mansudae Toplantı Zalı
Mansudae Toplantı Zalı — Koreya Xalq Demokratik Respublikasının qanunverici hakimiyyəti hesab olunan Yüksək Xalq Məclisinin əyləşdiyi binadır. Toplantı Zalı Pxenyan şəhərində yerləşən Koreya İnqilabı Muzeyinə bitişik yerləşir. Təsisatlara parlament nümayəndələrinin əyləşdiyi 2000 yerlik və 4300 kv metr ərazini əhatə edən əsas toplantı zalı həmçinin 10 müxtəlif dilə sinxron tərcümə edə biləcək zal daxildir. Bina Stalinist memarlıq üslubunda inşa edilsə də üzərində müxtəlif Koreya elementləridə təsvir edilmişdir.
Bilderberq toplantıları
Bilderberq klubu (ing. Bilderberg Club), Bilderberq qrupu (ing. Bilderberg Group), Bilderberq konfransı (ing. Bilderberg conference), Bilderberq toplantıları (ing. Bilderberg meetings) — dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı. Klubun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir. == Tarixi == Klubun ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında 29 may 1954-cü ildə Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub. Qrup öz adını da buradan götürüb. Burada Niderlandın kral sarayının dəvətilə 12 ölkədən 70 nəfər iştirak edib. İlk toplantıdan bəri hər dəfə yeni bir yerdə toplaşırlar.
Bilderberq toplantılarının siyahısı
1954-cü ildən bəri Bilderberq klubunun dəvəti ilə yalnız bir sıra görüşlər keçirib: 1976-cı ildə Bilderberq konfransının aprel ayında ABŞ-nin Virciniya ştatının Hot Springs şəhərindəki "The Homestead" otelində keçirilməsi planlaşdırılmışdı. Lakin şahzadə Bernardın cəlb olunduğu Lokxid skandalı səbəbindən ləğv edilmişdir.
Kosmik tullantı
Kosmik tullantı (həmçinin orbit zibili, orbit tullantısı, kosmik zibil, kosmik artıq və kosmik töküntü olaraq da tanınır), insanlar tərəfindən yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən Yer ətrafındakı orbitdəki cisimlərin məcmusudur. Bunun ilk nümunəsi, kosmosa ilk insan addımı olan Sputnik I süni peykidir. 4 oktyabr 1957-ci ildə Sputnik I orbitə buraxıldı və 3 aydan çox qalmasına baxmayaraq Sputnik yalnız 3 həftə işləmiş və 2 aydan çox dünya ətrafında dövrə vurmuşdur. Buda onu ilk kosmik tullantı etmişdir. Bu obyektlər keçmiş raket mərhələlərini və işləmək qabiliyyətini itirmiş peyklərin partlaması və toqquşması nəticəsində yaranan bütün hissəcikləri ehtiva edir. Məsələn, 10 fevral 2009-cu ildə artıq işlək vəziyyətdə olmayan bir Rusiya peyki ABŞ-nin aktiv “İridium” ticarət məqsədli peyki ilə toqquşub onu məhv etmiş və bu qəza nəticəsində kosmik tullantıların üstünə daha 2000 ədəd əlavə edilmişdir. Tullantı təbəqəsi raket mühərriklərindən meydana gələn tozlardan, boya lövhələri kimi səth pozğunluqları məhsullarından, RORSAT nüvə enerjisi peykləri tərəfindən yayılan soyuduculardan, Needles layihəsinin qruplarından, mikrometorların və ya çox kiçik dağıntıların kosmos vasitələrinin üstündəki təsiri nəticəsində sərbəst buraxılan cisimlərdən meydana gəlir. Bu obyektlərin orbitlərinin kosmik aparatın uçuş istiqamətləri ilə üst-üstə düşmə ehtimalının yüksək olması nəticəsində kosmik zibillər tez-tez potensial toqquşma riski yaradırlar. Kosmik zibillərin təxminən on milyonlarla ölçülən böyük əksəriyyəti boya hissəcikləri və raket yanacağı şlakları kimi kiçik hissəciklərdən ibarətdir. Bu kiçik hissəciklərin təsiri eroziv və qumlama kimi zərərlərə səbəb olur.
Toplanmış canavargiləsi
Toplanmış canavargiləsi (lat. Daphne glomerata) == Təbii yayılması == Şərqi Qərbi Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Həmişəyaşıl, hündürlüyü 30 sm-ə çatan, kökü üzdə olan koldur. Budaqları şaxələnmiş, çoxsaylı, cavan zoğları yuxarı qal xandır. Yarpaqları zoğların uclarında sıx yerləşmiş, uzunluğu 3–5 sm və eni 1,5 sm olan, əks-yumurtavari, uzunsovdan lansetvari və ya ellipsvari-lansetvariyədək dəyişir, bünövrəsinə tərəf daralmış, küt və ya ucu biz, iynəli, parlaq, çılpaq, dərili, sıx yaşıl, qısa saplaqlarda yerləşir. Çiçəkləri çox güclü şirin qoxulu, krem rəngli-ağ, 2–6 ədəd qoltuq salxımlarda yerləşərək iri, mürəkkəb, uc başcıqları formalaşdırır. Kasacığın borucuğunun uzunluğu 1,5 sm, nazik, çılpaq, bəzən çəhrayıtəhər, kasacığın əyrisinin diametri 1,5 sm-dək, hissələri uzunsov, kütdür. Çəyirdəkləri çəhrayı və ya qırmızı, ətlidir. İyun – iyul aylarında yarpaqlar açıldıqdan sonra çiçəkləyir. == Ekologiyası == İstiyə, soyuğa, küləyə, quraqlığa davamlıdır.
Açıq ulduz topları
Açıq ulduz topası və ya sadəcə açıq topa – eyni molekulyar buluddan meydana gəlmiş bir neçə min ulduzdan əmələ gələn bir ulduz qrupuna verilən addır. == Yerləşməsi == Açıq ulduz topaları əsasən Ağ Yolda toplanmışlar. Bu topaların ulduzlarını ümumi qalaktik fondan ayırmaq çox çətindir. Bunun üçün spektral tədqiqatlar aparmaq, çoxlu sayda ulduzların rəng göstərəcilərini və məxsusi hərəkətlərini öyrənmək lazımdır. Hər bir açıq topanın ulduzları eyni şüa sürətinə və məxsusi hərəkətə malikdir. == Quruluşu == Topalar dağınıqdır və bir mərkəz ətrafında deyil. Açıq topalar ancaq aktiv ulduz quruluşunun olduğu spiralvari və nizamsız qalaktikalarda olurlar. Ümumilikdə bir neçə yüz milyon ildən cavandırlar. Açıq ulduz topalarına misal olaraq Ülkər və Buğa ulduz topalarını göstərmək olar. Ülkər ulduz topası baş ardıcılığın ulduzlarından ibarətdir (bu topada nəhəng və ifrat nəhəng ulduzlar çox azdır).
Toplan və Kölgəsi (1977)
== Məzmun == Filmdə Toplan adlı balaca bir itin başına gələn maraqlı hadisələrdən bəhs edilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenarinin müəllifi: Əzizə Əhmədova Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Bəhman Əliyev Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Rəssamlar: Tahir Piriyev, Tamilla Əsgərova Cizgi rəssamları: Vaqif Məmmədov, Vahid Talıbov, Arifə Hatəmi, Hüseyn Cavid İsmayılov (Cavid İsmayılov kimi), Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Montaj edən: Nailə Dadaşova Mahnıları oxuyur: Flora Kərimova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə === Filmi səsləndirənlər === Sadıq Hüseynov — köpək Almaz Mustafayeva — toplan == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Qafqaz arxeoqrafiya komissiyası tərəfindən toplanmış aktlar
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) ( rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
Zərbəçi kolxozçuların I toplanışı (film, 1936)
== Məzmun == Film Azərbaycanın kənd təsərrüfatında çalışan zərbəçi kolxozçuların I toplanışına həsr olunmuşdur.
Toplan və kölgəsi (film, 1977)
== Məzmun == Filmdə Toplan adlı balaca bir itin başına gələn maraqlı hadisələrdən bəhs edilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenarinin müəllifi: Əzizə Əhmədova Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Bəhman Əliyev Operator: Antonina Korotnitskaya Bəstəkar: Oqtay Rəcəbov Səs operatoru: Kamal Seyidov Rəssamlar: Tahir Piriyev, Tamilla Əsgərova Cizgi rəssamları: Vaqif Məmmədov, Vahid Talıbov, Arifə Hatəmi, Hüseyn Cavid İsmayılov (Cavid İsmayılov kimi), Gülşən Quliyeva, Rauf Dadaşov, Solmaz Hüseynova Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Ramiz Ağayev Montaj edən: Nailə Dadaşova Mahnıları oxuyur: Flora Kərimova Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Kamil Rəhmanzadə === Filmi səsləndirənlər === Sadıq Hüseynov — köpək Almaz Mustafayeva — toplan == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Toplan, nəsə baş verir (film, 2021)
Toplan, nəsə baş (hindcə:Koochie Koochie Hota Hai)- Tarh Mansukraninin rejissoru olduğu 2021-ci ildə kinoteatrlara veriləcəyi gözlənilən Hindistan cizgi filmi.Film 1998-ci ildə çəkilən Nəsə baş verir filminin cizgi filmi versiyasıdır.Səsləndirilmə olmayıb.Film necə var idisə,elə də qalıb.Bu da cizgi film sahəsində bir ilkdir.Lakin,filmin bəzi yerləri yararsız hala düşdüyündən yeni aktyorlar,aktrisalar səsləndiriblər. == Məzmun == Rahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır. Elə həmin vaxt Anceli də Rahula aşiq olduğunu hiss edir. Bir gün Anceli bütün cəsarətini toplayaraq bu sevgisini Rahula etiraf edir. Lakin Anceli sözünü deməmişdən qabaq Rahul Tinaya aşiq olduğunu deyir. Bundan sonra Ancelinin bütün ümidləri qırılır. Ertəsi gün Anceli ani bir qərarla bu böyük "məğlubiyyətini" unutmaq üçün məktəbi tərk edir və ailəsinin yanına dönür.