1. Müəyyən bir iş görmək üçün bir yerə toplaşma, yığılma; toplantı. Nümayişə toplanış səhər saat 8-də olacaq.
– Bu dirəyin ətrafı fəhlələrin toplanış yeridir.
2. Hər hansı bir təşkilat, kollektiv üzvlərinin yığıncağı.
Hər axşam [klubda] toplanış olurdu.
[Reyhan:] Sabah bunu toplanışda; Gərək əzbər söyləyək biz.
// Belə yığıncağın iştirakçıları, üzvləri. Toplanışın qərarı.
3. Hərbi mükəlləfiyyətli şəxslərin qısamüddətli təlim üçün hərbi idarənin sərəncamında olması. Zabitlərin toplanışı. Düşərgə toplanışı.
// Təlim, məşq, təlimat məqsədilə qısa müddətə bir yerdə olma. Təbliğatçıların toplanışı.
4. Dərmə, yığma, toplama.
…Bir azdan məhsul toplanışı başlanacaq, iş qızışacaqdır.
Kəndlərdə məhsul toplanışı qızğın surətdə gedirdi.