Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dark Tranquillity
Dark Tranquillity — İsveçdə yaradılan metal musiqi qrupu. Bu növdə uzun müddətdir fəaliyyət göstərən qrup eyni zamanda İsveç death metal musiqi növünün də yaradıcısı hesab edilir. == Haqqında == 1989-cu ilin əvvəllərində vokal ifaçı Anders Friden, gitaraçı Niklas Sundin, ritm gitaraçı Mikael Stanne, bas gitaraçı Martin Henriksson və zərb alətlərində Anders Jivarp birlikdə "Septic Broiler" adında bir thrash metal qrupu yaratdılar. 1990-cı ildə Enfeebled Earth adlı demo albom üzərində işlədikləri zaman, qrup anidən fikrini dəyişdirdi və demo albomdan imtina etdi. Sonra qrupun adı "Dark Tranquillity" olaraq dəyişdirildə və ifa növü də death metal ilə əvəzləndi. Qrup, yeni adı ilə 1991-ci ildə ilk demo albomu olan "Trail of Life Decayed" və ardınca 1992-ci ildə ikinci demo albomu olan "A Moonclad Reflection"ı yayınladı. "A Moonclad Reflection" demo albomunun satış indeksi 1500ə çatdı. Qrup öz janrını death metal ilə əvəzləsə belə, musiqilərində 80-ci illərdən gələn klassik thrash nəfəsi də duyulurdu. 1993-cü ildə ilk albom olan "Skydancer" albomunu satışa çıxardılar. Bu albomda qonaq sənətçi kimi Anna Kajsa Avehall iştirak etmişdi.