Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kressel
Kressel (fr. Creissels, oks. Creissèls) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Qərbi Miyo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12084. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 50 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1486 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatına (Rokfor və Peray pendirlərinin istehsalı üçün südlü qoyun yetişdirirlər), həmçinin kənd turizminə əsaslanır.
Pressen
Pressen (fr. Pressins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38323. Kommunanın 1999-cu il üçün əhalisi 832 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 262 ilə 532 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Kressen-Roşfor
Kressen-Roşfor (fr. Cressin-Rochefort) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01133. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 374 nəfər təşkil edirdi.
Treyser (Overwatch)
Treyser (ing. Tracer; hərfi tərcümədə İzləyici) və ya əsl adı ilə Lena Okston (ing. Lena Oxton) – 2016-cı ildə Blizzard Entertainment tərəfindən istehsal olunmuş Overwatch videooyunundan personaj. Treyser Overwatch kainatının personajı olsa da, ilk dəfə onlayn krossover döyüş oyunu Heroes of the Storm oyununda (aprel 2016 yeniləməsi) peyda olmuşdur. Britaniya əsilli Treyser oyunçular tərəfindən canlı və cəld personaj kimi tanınır. Oyunda Treyser fiziki cəhətdən çox da güclü deyil, lakin teleportasiya və zamandan geriyə getmə güclərindən istifadə edə bilməsi onun əsas üstünlüyüdür. O, bu gücləri təsadüfi bir qəza nəticəsində əldə etmişdir. Qəza nəticəsində Treyser öz fiziki formasını indiki zamanda sabit saxlamaq qabiliyyətini itirmişdir, lakin Vinstonun onun üçün ixtira etdiyi xronal akselerator ona öz zamanını idarə etməyə imkan vermişdir. Treyser Overwatch oyununun ən tanınmış personajlarından biridir: tez-tez oyunun rəsmi mediasında – reklam materiallarında və posterdə, eləcə də, fan-artlarda görünür. Treyserin məşhurluğu medianın onun oyunun içindəki qələbə pozalarını, eləcə də, onun fan istehsalı pornoqrafiyadakı əhəmiyyətini (baxmayaraq ki, Blizzard bunun qarşısını almağa çalışır) əhatə edən onlayn mübahisələrə diqqət ayırmasından sonra daha da artmışdır.
Hersşprunq-Ressel
Hersşprunq-Ressel diaqramı-Spektr-işıqlıq diaqramı XX yüzilliyin əvvələrində artıq yüzlərlə ulduzun illik parallaksı, başqa sözlə bu ulduzlara qədər məsafə məlum idi. Odur ki, həmin ulduzların görünən ulduz ölçülərini bilməklə onların mütləq ulduz ölçüləri, mütləq ulduz ölçüləri bilməklə ulduzların işıqlıqlarını, nəhayət, spektral sinifləri, yaxud effektiv temperaturları təyin edilmişdi. Bütün statistik məlumatlar əsasında XX yüzilliyin 5–13-cü illərində danimarkalı astrofizik Hersşprunq və amerikalı astrofizik Ressel ulduzların işıqlığı ilə onların spektral sinifləri arasında maraqlı əlaqə olduğunu müəyyən etmişlər. Bu aslılıq "spektr-işıqlıq" diaqramı, yaxud Hersşprunq-Ressel (H.-P.) diaqramı adlanır. Hersşprunq diaqramda baş ardıcıllıq və ondan altda cırtdan ulduzları yerləşdirmiş, Ressel isə sonra üstdəki ulduzları diaqrama əlavə etmişdir. Sonralar "spektr-işıqlıq" diaqramı təkmilləşdirilmiş, sol və sağ ordinat oxunda işıqlıq və mütləq ulduz ölçüsü, alt və üst absis oxunda isə spektral siniflər (yaxud əsas rəng göstəricisi) və effektiv temperatur olmaqla diaqramda ulduzların vəziyyəti müəyyən edilmişdir.
Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.