Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Butalı islimilər
Butalı islimilər — üzəri buta rəsmi ilə bəzənən islimi elementinə deyilir. Butalı islimilər Azərbaycan memarlıq (daş, kəc və kaşı) bəzəklərində daha çox yayılmışdır == İstinadlar == .
Butalı xalçaları
Butalı xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Cenk Tunalı
Cenk Tunalı (türk. Cenk Tunalı) — Türkiyə aktyoru. == Həyatı == Cenk Tunalı 9 sentyabr 1978-ci ildə İstanbulda dünyaya gəlib. 1996-cı ildə Cağaloğlu Anadolu Liseyindən, 2000-ci ildə İstanbul Dövlət Konservatoriyasının Teatr bölümündən məzun olub. Bir müddət Haldun Dormənə assistentlik edib. 2000-ci ildə Haldun Dormənin dəstəyi ilə "Teatr Qılçıq" qrupunu qurub. 4 il bu qrupda dramaturqluq, aktyorluq və rejissorluq edib. İstanbul Dövlət Teatrında bir çox tamaşada rol alıb. Bundan başqa müxtəlif filmlərə, teleseriallara çəkilib. Uzun müddət səhnələrdə bir aktyorun komediya tamaşaları şousunu qurub.
Qan Turalı
Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; 1984, Əli-Bayramlı) — Azərbaycan yazıçısı, jurnalist. == Həyatı == 1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib.2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri "Çiyələkli gecənin pornoqrafiyası" adlı uzun hekayəsi "Alatoran" jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub. "Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib. "Ədalət", "525-ci qəzet", "Reytinq" qəzetlərində çalışıb.
Aşağı Tualı (Xudafərin)
Aşağı Tualı (fars. طوعلي سفلي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər yaşayır (76 ailə).
Yuxarı Tualı (Xudafərin)
Yuxarı Tualı (fars. طوعلی عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 265 nəfər yaşayır (66 ailə).
Mütaliə
Mütaliə — hər hansı mətndə verilmiş məlumatı əxz etməyə yönəlmiş kommunikasiya – əlaqə fəaliyyətidir. Bu kommunikasiyada müəllif, çap məhsulu, oxucu və ya oxucu auditoriyası iştirak edir. Tədris proqramının tələbinə uyğun olaraq oxucu məfhumunun məzmununu açmağa ehtiyac duyulur. Mütaliə mahiyyətcə fərdi psixoloji proses olsa da, cəmiyyətin sosial həyatına, ictimai marağın istiqamətlərinə, mövcud maraqların məhsulu olan yeni ideyaların yayılmasına, bütövlüklə hamının malına çevrilməsinə imkan yaradır. Məlumdur ki, insanların müxtəlif xarakterli maraqları və tələbatları olur. Hər bir kəsin özünəməxsus marağı, tələbatı mütaliə tələbatının və mütaliə marağının yaranmasına təsir göstərə bilir. Eyni zamanda insanın mütaliə marağının və mütaliə tələbatının reallaşmasında mühüm rol oynayır. == Mütaliə elmi-nəzəri problem kimi == İstər ümumtəhsil, istərsə də ali və orta-ixtisas məktəblərinin tədris proqramında nəzərdə tutulan biliklər insanın həyata fəal müdaxiləsi üçün kifayət deyildir. Təcrübələr göstərir ki, heç bir ali məktəb öz məzunu olan mütəxəssisə müəyyən ixtisas üzrə müasir həyatın tələbi həcmində məlumat və biliklər məcmusunu verə bilmir. Bu isə təbii haldır.
Mütalib Mitarov
Mütalib Mitaroviç Mitarov (23 fevral 1920 - 11 mart 2011) - Tabasaran şairi və yazıçısı, Dağıstanın xalq şairi. 2005-ci ildə “Sətirlərdə ömür” kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı. == Həyatı == Mütalib Mitarov 1920-ci ildə Dağıstan Respublikasının Xiv rayonunun Kondik kəndində anadan olub. Baqautdin Mitarov Mütalib Mitarovun kiçik qardaşıdır. Mitarov Böyük Vətən müharibəsində iştirak edib, Şimal cəbhəsində vuruşub. Müharibədə əlil olaraq vətəninə qayıdır. Mütalib Mitarov Pedaqoji Texnikumu və Ali Partiya Məktəbini bitirmiş, daha sonra o, müxtəlif partiya və sovet vəzifələrində çalışmışdır. O, “Bilik” cəmiyyətində Xiv rayon komsomol komitəsinin birinci katibi, Sov.İKP Tabasaran rayon komitəsinin birinci katibi, respublikanın məişət xidməti naziri, Dağucpəqızın direktoru, o cümlədən Respublika Ədəbiyyat Muzeyinin direktoru vəzifələrində çalışmışdır. Mütalib Mitarovun ilk nəşri 1937-ci ildə “Qırmızı Tabasaran” qəzetində çap olunub. Mitarovun ilk şeirlər kitabı “Xoşbəxtlik” adlanır.
Mütalib Xudiyev
Mütalib Ələsgər oğlu Xudiyev (3 mart 1993; Bəydövül, Göyçay rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Mütalib Xudiyev 3 mart 1993-cü ildə Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Subay idi. Mütalib Xudiyev orta təhsilini aldıqdan sonra 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki işlərdə çalışmışdır. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Mütalib Xudiyev 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Mütalib Xudiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mütalib Xudiyev 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mütalib Xudiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mütalib Xudiyev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Kətalim və Sadatşəhr
Kətalim və Sadatşəhr — İranın Mazandaran ostanının Ramsər şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,900 nəfər və 5,234 ailədən ibarət idi.
İsmail Mutasim Adnan
İsmail Mutasim Adnan (d. 8 yanvar 2001) — Maldiv adalarını təmsil edən üzgüçü. İsmail Adnan Marşal adalarını 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == İsmail Adnan birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.68 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 109-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Mersin Talim Yurdu FK
Mersin Talim Yurdu və ya köhnə adı ilə Mersin İdman Yurdu — Türkiyənin Mersin şəhərini təmsil edən və 1925-ci ildə qurulmuş köhnə futbol klubu.