Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Umbakı
Umbakı – Qaradağ rayonundakı Çeyildağ qəsəbəsinin əvvəlki adı. Umbakı – Qobustanda dağ. Hündürlüyü 605 m.
Umnisə Musabəyova
Umnisə Süleyman qızı Musabəyova (9 oktyabr 1902 – 15 noyabr 1974) — Azərbaycan oftalmoloqu, tibb elmləri doktoru (1936), professor (1943), Azərbaycan SSR EA-nın üzvü (1962), Azərbaycan SSR Əməkdar Elm Xadimi (1957). == Həyatı == Ümnisə Musabəyova 9 oktyabr 1902-ci ildə Qutqaşendə (Qəbələ) rayonunda hüquqşünas ailəsində anadan olmuşdur.Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) fondlarında mühafi zə olunan, vaxtaşırı ekspozisiya və sərgilərində nümayiş etdirilən 26 adda materialları—fotoşəkillər, sənədlər, kitablar və şəxsi əşyaları kəmiyyətcə çox olmasa da, elmi dəyəri etibarı ilə Ü.Musabəyovanın görkəmli alim, ictimai xadim və gözəl pedaqoq kimi çoxcəhətli fəaliyyətini işıqlandırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Materialları Ü.Musabəyovanın yeganə övladı vaxtilə Muzeyin Yeni Tarix şöbəsinin əməkdaşı olmuş, tarix elmləri doktoru Dilarə İbrahim qızı Musabəyova 1960-cı ilin yanvarında Muzeyə hədiyyə etmişdir. == Yaradıcılığı == Orta təhsilini Bakıda böyük xeyriyyəçi H.Z.Tağıyevin maliyyə dəstəyi ilə 1901-ci ilin oktyabrında açılmış Aleksandra rus-müsəlman qız məktəbində (müsəlman şərqində ilk dünyəvi qız məktəbi) aldıqdan sonra 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. IV kursda oxuyarkən həm də Mikrobiologiya və gigiena institutunda laboratoriyada işləyir. Burada onun elmi-tədqiqat işinə marağı özünü büruzə verir. 1926-cı ildə ali təhsilini başa vurmuş Ümnisə Musabəyova bacarıqlı gənc mütəxəssis kimi Universitetin göz xəstəlikləri kafedrasında saxlanılır, əvvəl ordinator, 1930-cu ildən assistent işləyir. Ali təhsildəki uğurları gənc həkimdə göz xəstəliklərinin müxtəlif problemlərini öyrənmək, bu sahədə elmə yeni əlavələr etmək həvəsini artırır. Bu məqsədlə gündüzlər vaxtını Mərkəzi göz klinikasında, məşğələ otaqlarında, gecələr yazı masası arxasında keçirir. Tezliklə Ümnisə xanımın göz xəstəliklərinin mühüm problemlərindən bəhs edən sanballı məqalələri mətbuat səhifələrinə yol açır, xarici ölkələrin tibb jurnallarında onun dəyərli elmi mülahizələri maraq doğurur, fövqəladə istedadı alimlərin diqqətini cəlb edir.
Süyüm bikə
Söyümbikə (tatar. Söyembikä, «Söyem» — Sevim, «Bikä» — xanım, tərcüməsi — Sevimli xanım) (1516 - 1557) — Qazan xanlığının hakimi. == Həyatı == Kazan xanlığında Noğay xanı Yusif mirzənin gözəl qızı Söyümbikə 1516-cı ildə anadan olmuşdu. Gənc yaşda mirzələr tərəfindən evləndirilmişdi. İlk həyat yoldaşı Can Əli xan rus tərəfdarı imiş. Kazanlılar onu heç sevməzmiş və üsyan edib onu öldürüblərmiş. Sonra gənc yaşda dul qalan gözəl qadın Söyümbikə xan ilə Krım xanı Səfa Giray xan evlənirlər. Səfa Giray xanın oğlu Krım xanlığının varisi Bole xandan sonra Söyümbikə xandan da ikinci oğlu Ödəmiş xan dünyaya gəlir. Səfa Giray xan neçə dəfə Kazana göz dikən rusları döyüşdə darmadağın etmişdi. Ölümündən sonra vəsiyyətinə görə taxtı oğlu Ödəmiş xana qalmışdır.
Tuti Bikə
Tuti Bikə (Dərbənd – 1786, Dərbənd) — Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi. == Həyatı == 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılmışdı. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq şəhəri axıra qədər müdafiə etmiş, 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdır. 1786-cı ildə vəfat etmiş, Dərbəndin Qırxlar qəbiristanlığında, səkkizguşəli məqbərədə dəfn olunmuşdur.
Umnisə xanım (film, 1969)
== Məzmun == Film gözəl insan, istedadlı həkim, təcrübəli cərrah, alim və ictimai xadim Umnisə xanım Musabəyovaya həsr olunmuşdur. Umnisə xanım çalışdığı Mərkəzi Göz Klinikasında lentə alınmışdır. Burada əsas yer həkimin xəstələrlə tanışlığına, cərrahiyyə əməliyyatı aparmasına, həkimlərlə söhbətinə ayrılıb. Bu epizodlarla bərabər onun haqqında ictimai xadim kimi də söhbət gedir. Filmdən bəlli olur ki, o, bir çox ölkələrdə olmuş, beynəlxalq konfranslarda, simpoziumlarda iştirak etmişdir.
Ulrike Tşarre
Ulrike Klaudiya Tşarre (15 may 1972) — Alman aktrisa. == Filmoqrafiyası == 2000 — Ina und Leo 2002/2009— Lindenstraße 2002 — Tatort — Bienzle und der Tag der Rache 2003 — Pöhlers Passagen 2004 — Tatort — Bienzle und der steinerne Gast 2004 — Schöne Frauen 2005 — Tatort — Bienzle und der Feuerteufel 2006 — Polizeiruf 110 — Er sollte tot 2006 — Mörderische Erpressung 2006 — Wiedersehen in Verona 2007 — Pfarrer Braun — Unter Verdacht 2007 — Die Co-Piloten 2007 — Nachts das Leben 2007 — Post Mortem 2007 — Hilfe! Hochzeit!
Ümmiyə Koçak
Ümmiyə Koçak-(1 mart 1957) Türk aktrisa, yazıçı, əkinçi və rejissor. == Həyatı == 1 mart 1957-ci ildə Adana-nın Çelemli kəndində anadan olan Ümmiye Koçak, oxumaq istəməsinə baxmayaraq ailədə 10 uşaq olduqları üçün ibtidai sinifdən sonra məktəbə göndərilmədi. İbtidai məktəbi bitirdikdən sonra Ümmiye Koçak oxuduğu kitablarla özünü yaxşılaşdırdı. İlk oxuduğu kitab Maksim Gorkinin "Ana" adlı əsəri oldu. Evləndikdən sonra Mersinin Arslanköy şəhərinə köçən Koçak, 2001-ci ildə kənd qadınlarının yaşadıqlarını dünyaya göstərmək üçün "Arslanköy Qadın Teatr Qrupu" nu qurdu. Ansamblın səhnəyə qoyduğu ilk oyun Remzi Özçelikin "Taş Bademleri" pyesi oldu. Daha sonra qrup öz hekayələrindən ibarət bir tamaşa düzəldərək "Qadın sədası" tamaşasını səhnəyə çıxardı. Ümmiye Koçak 2006-cı ildə Sabancı Beynəlxalq Adana Teatr Festivalında "Həsrət Çiçəklər" pyesi ilə çıxış etdi. Koçak daha sonra tarlalarda işləyərək qazandığı pula qənaət edərək qadınlara qarşı zorakılıq problemindən bəhs edən "Yün Körpəsi" filmini yazdı və rejissorluq etdi. Ümmiye Koçak 49-cu Antalya Qızıl Portağal Film Festivalında premyerası olan "Yün Körpəsi" filmi ilə New York Avrasiya Film Festivalında "Sinemada Ən Yaxşı Avrasiyalı Qadın Sənətçi" mükafatını qazandı.2017-ci ildə Kristiano Ronaldo-nun oynadığı Türk Telekom reklamının rejissorluğunu etdi.Evli və 3 övladı olan 64 yaşlı Ümmiye Koçak bu günə qədər 11 pyes yazıb.
Meike Droste
Meike Droste (5 fevral 1980) — alman aktrisa.
Mike Connors
Mike Connors (15 avqust 1925, Fresno, Kaliforniya – 26 yanvar 2017, Tarzana[d], Kaliforniya) — aktyor. == Həyatı == 15 avqust 1925-ci ildə anadan olub. 26 yanvar 2017-ci ildə vəfat edib.
Mike Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi.
Mike Havenaar
Mayk Havenaar (d. 20 may 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Mike Kabo
Mike Kabo (30 mart 1986, Quda, Cənubi Hollandiya) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Mike Kabo, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Mike Pirompon
Mike Pirompon (tay ไมค์ ภิรมย์พร, ing. Mike Phiromphon; 8 iyul 1966) — Tailand musiqiçisi .
Mike van Duynen
Mike van Duynen (Niderlandca tələffüz: [ˈmɑik fɑn ˈdœynə(n)]; 6 noyabr 1991, Haaqa) — Erediviziya təmsilçilərindən olan Zvolle klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Həyatı == 6 noyabr 1991-ci ildə anadan olub. == Klub karyerası == Mike Erediviziya təmsilçilərindən olan ADO Den Haaq klubu vasitəsilə inkişaf etmişdir. 2015-ci ildə isə 2.Bundesliqa təmsilçilərindən olan Fortuna Düsseldorf klubuna transfer olmuşdur. Uğursuz mövsümdən sonra, Mike 2015-16 mövsümünün qalan hissəsini Roda klubunda icarə əsasında keçirtmişdir. O, 2016-cı ilin yayında Ekselsior klubuna transfer olmuşdur. İki mövsümdən sonra Mike Zvolle klubu ilə üç illik müqavilə imzalamışdır.
World naked bike ride
Ümumdünya Çılpaq Veloyürüş (ing. World Naked Bike Ride (WNBR)) - özündə kütləvi beynəlxalq velosiped yarışı təşkil edir. Yarışda iştirak edən insanlar paltarsız (və ya üzərində geyimin minimal miqdarında), əzələ gücü ilə idarə olunan nəqliyyat vasitələrində hərəkət edirlər (başlıca olaraq Velosiped ilə, lakin rolik və skeytdən də çox istifadə olunur). Yarışın keçirilmə məqsədi - «təmiz, təhlükəsiz və müsbət-bədən dünyasını» insanlara tanış etmək və məlumatlandırmaqdır. Yarışın dress-kodunu «Nə qədər cəsarətlisən, bir o qədər də çılpaqsan» sloqanı ilə təsvir etmək olar. Tam və ya və qismən çılpaqlıq dəstəklənir, lakin yürüş zamanı bu məcburi sayılmır. Bundan başqa, intim orqanlarını örtmək məcburi deyil - məhz bu seçim azadlığı Ümumdünya Çılpaq Veloyürüşü digər təşkilat növlərinin keçirdiyi fəaliyyətlərindən fərqləndirir. Yürüşə əyləncəli və maraqlı atmosfer yaratmaq, Kütləvi İnformasiya Vasitələrinin diqqətini cəlb etmək, həmçinin müşahidəçilərin təxəyyülünü həyəcanlandırmaq məqsədilə iştirakçılar arasında ekspressiv üslubda kreativlik dəstəklənir. Məsələn Bodi-art - kostyum, hand-made velosiped, bumboks, horn və sirenalar kimi özünüifadənin ümumi forması sayılır. == Tarix == Ümumdünya Çılpaq Veloyürüş fərqli təşkilatlatlar tərəfindən 2004-cü ildən keçirilməyə başlamışdı.