Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Enderbi Torpağı
Enderbi Torpağı (ing. Enderby Land) — Şərqi Antarktida ərazisinin bir hissəsi olaraq, 44°38' və 59°34' şərq uzunluğunda qərararlaşır. == Coğrafiya == Qərbdən Kraliça Mod Torpağı, şərqdən isə Kemp Torpağı ilə əhatələnir. Kosmonavtlar dənizi sahillərini yuyur. Enderbi Topağının bir hissəsini təşkil edən Bernad yarımadasında 2300 metr hündürlüyə malik olan Neypier dağı yerləşir. Yarımada Kosmonavtlar dənizini Birlik dənizindən ayırır. Yarımada 100 km dəniz daxilinə uzanır. Buz qatının qalınlığı mərkəzi hissədə 2000—2500 metr təşkil edir. Bəzi sahələr buzdan tam azad ola bilir. Enderbi Torpağının şərq hissəsində dağ massivi yerləşir.